Icma.az
close
up
RU
Konstitusiya və suverenlik anlayışları Azərbaycanın müasir dövlət quruculuğunda ayrılmaz dəyərlərdir

Konstitusiya və suverenlik anlayışları Azərbaycanın müasir dövlət quruculuğunda ayrılmaz dəyərlərdir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Universitetində Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Bakı, 19 sentyabr, AZƏRTAC

Azərbaycan Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov açaraq Prezident İlham Əliyevin Sərəncamı ilə bir il bundan əvvəl təsis olunan Dövlət Suverenliyi Gününün mahiyyəti və tarixi əhəmiyyəti haqqında danışıb. Prorektor qeyd edib ki, suverenlik müstəqilliyin praktik olaraq həyata keçirilməsidir. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən, cəmi 23 saat 43 dəqiqə davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri tam tərk-silah edilərək Azərbaycan ərazisindən çıxarılıb, qondarma rejimin qalıqları isə özünün ləğv olunduğunu elan edib. Beynəlxalq tanınmış ərazisində dövlət suverenliyini və konstitusiya quruluşunu tam bərpa edən Azərbaycan dövləti indi özünün bütün sərhədlərinə və sərhədləri daxilində ərazisinin hər nöqtəsinə nəzarət edir. Prezidentin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması da bu prosesin məntiqi davamıdır.

Ardınca Siyasi və ictimai elmlər kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru Natiq Həsənov “Konstitusiya və suverenlik” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə suverenlik anlayışı və əlamətləri, suverenliyin klassik mahiyyəti, suveren dövlətlər sistemi kimi anlayışlara açıqlıq gətirilib, konstitusiya və suverenlik anlayışlarının Azərbaycanın müasir dövlət quruculuğunda ayrılmaz dəyərlər olduğu diqqətə çatdırılıb.

Humanitar və sosial elmlər fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri Solmaz İlyaszadə isə tələbələr adından “Gənclik və suverenlik” mövzusunda çıxış edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Sentyabr 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see623

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see231

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see231

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see209

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see190

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see184

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see184

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see164

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see153

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see149

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see148

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see147

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri