Icma.az
close
up
RU
“Konstitusiya və Suverenlik İli” ilə bağlı “Şərq qapısı” qəzetinin elan etdiyi müsabiqənin qalibləri mükafatlandırılıb

“Konstitusiya və Suverenlik İli” ilə bağlı “Şərq qapısı” qəzetinin elan etdiyi müsabiqənin qalibləri mükafatlandırılıb

Icma.az, Azertag saytına istinadən bildirir.

Naxçıvan, 4 noyabr, AZƏRTAC

“Konstitusiya və Suverenlik İli”, tarixi Zəfərin 5 illiyi ilə əlaqədar “Şərq qapısı” qəzetinin elan etdiyi “Müstəqil Azərbaycan: Konstitusiya və Suverenlik İli”nin təntənəsi” mövzusunda yaradıcılıq müsabiqəsinin yekun tədbiri keçirilib, qaliblər mükafatlandırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və rəşadətli Azərbaycan Ordusunun misilsiz sücaəti sayəsində 2020-ci ildə qazanılmış tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilmiş uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün tam bərpa edildiyini bildirib. Qeyd olunub ki, beləliklə, Azərbaycan xalqının həmrəyliyi, liderin qətiyyəti sayəsində dövlətimizin suverenliyi təmin olunub. Bu il Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycan Respublikası Konstitusiyasının ümumxalq referendumu ilə qəbul edilməsinin 30-cu ili tamam olur. Məhz bu baxımdan Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması Azərbaycan dövlətçiliyinin inkişafında, milli təfəkkürün möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edən bir hadisədir. “Konstitusiya və Suverenlik İli” tarixi dövlətçilik ənənələrimizin daha da möhkəmləndiyi, müstəqilliyimizin hüquqi-siyasi əsaslarının gücləndiyi dövrü xatırladır. Bu münasibətlə ölkədə və muxtar respublikada silsilə tədbirlər həyata keçirilir. “Şərq qapısı” qəzetinin elan etdiyi “Müstəqil Azərbaycan: Konstitusiya və Suverenlik İli”nin təntənəsi” mövzusunda yaradıcılıq müsabiqəsi də həmin tədbirlərin tərkib hissəsi kimi, dövlətçiliyimizin və zəfərimizin mahiyyətinin ictimaiyyətə düzgün aşılanmasında mühüm əhəmiyyət daşıyır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Rəmzi İbrahimov və “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova çıxışlarında qeyd ediblər ki, “Şərq qapısı” qəzeti “Konstitusiya və Suverenlik İli”nin ölkəmizin ictimai-siyasi həyatındakı tarixi əhəmiyyətini nəzər alaraq Zəfərimizin, suverenliyimizin, Konstitusiyamızın mənəvi dəyərini yaradıcılıq vasitəsilə ifadə etməyi hədəfləyən bir müsabiqə elan edib. Bu müsabiqənin keçirilməsində məqsəd həm gənclərdə və yaradıcı şəxslərdə Vətən sevgisini gücləndirmək, həm də onların fikirlərinə, ruhuna, yaradıcılığına bir pəncərə açmaqdır. Əldə edilən nəticələr isə gözləniləndən də yüksəkdir. Müsabiqəyə təqdim olunan işlərdə - istər esse olsun, istər məqalə, istər foto və ya yaradıcılıq nümunəsi - hər kəs öz Vətən anlayışını, Zəfər sevincini, Azərbaycanın bugünkü inkişaf tempini və gələcəyə inamını böyük səmimiyyətlə ifadə edib.

Sonra müsabiqənin nəticələri elan edilib. Münsiflərin rəyinə əsasən Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov, AZƏRTAC-ın əməkdaşı Samirə Quliyeva birinci, Naxçıvan Regional Miqrasiya Baş İdarəsinin əməkdaşı Muxtar Rzazadə, Naxçıvan televiziyasının əməkdaşı Məsumə Şirəliyeva, Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşı Türkan Hüseynli ikinci, “Nuhçıxan” İnformasiya Agentliyinin baş redaktoru Anar Tağıyev, “Səs” qəzetinin əməkdaşı Lalə Mehralı, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşı Tural Məmmədzadə və Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşı Emin Zeynalov isə üçüncü yerin qalibi olublar.

Birinci yerin qalibi Faiq Səfərov tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, media qurumları ilə bundan sonra da səmərəli əməkdaşlıq edəcəyini bildirib.

Qaliblərə diplom, digər iştirakçılara isə təşəkkürnamələr təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see226

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see224

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see219

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see214

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see204

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see203

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see177

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see176

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see173

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see171

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see163

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see157

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see149

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see148

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see145

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see145

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see142

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see136

Hər gün bir stəkan içən qocalmır

18 Dekabr 2025 06:06see133

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri