Icma.az
close
up
RU
“Konstitusiya və Suverenlik İli” nə deməkdir, mahiyyəti nədir? Deputatlar şərh edir...

“Konstitusiya və Suverenlik İli” nə deməkdir, mahiyyəti nədir? Deputatlar şərh edir...

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib.

Bu mühüm qərar Azərbaycanın dövlətçilik tarixində milli suverenliyin möhkəmləndirilməsi və Konstitusiyanın ali hüquqi statusunun daha da önə çıxarılması baxımından strateji əhəmiyyət daşıyır.

1995-ci ildə qəbul olunmuş və xalq iradəsini ifadə edən Azərbaycan Respublikasının Konstitusiyası bu gün də ölkəmizin hüquqi, siyasi və ictimai əsaslarını müəyyən edən başlıca sənəd olaraq çıxış edir.

Suverenlik isə Azərbaycanın müstəqil daxili və xarici siyasətinin əsas dayağını təşkil edir. Əsası Heydər Əliyev tərəfindən qoyulan hüquqi dövlət quruculuğu prosesi bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir.

Müstəqil dövlətçilik ideyalarının möhkəmlənməsi, qanunun aliliyinin təmin olunması və vətəndaşların hüquq və azadlıqlarının qorunması Konstitusiyanın tətbiqi ilə bilavasitə bağlıdır.

Maraqlıdır:

Konstitusiyanın qəbul edilməsinin bu gün ölkəmizin inkişafında oynadığı rolu necə qiymətləndirilir?

2)Suverenlik anlayışı nə ifadə edir?

3) Bu anlayışın qorunmasında Konstitusiyanın rolu nədir?

4) Bugünki Konstitusiya əhalinin hüquq və azadlıqlarını yetərincə təmin edirmi?

5) Gənc nəsildə konstitusion düşüncənin artırılması üçün hansı tədbirlər görülür və ya görülməlidir?

Gununsesi.info xəbər verir ki, bu barədə Milli Məclisin deputatları saytımıza fikirlərini bölüşüblər.

Milli Məclisin deputatı Elnarə Akimova deyir ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması, postmüharibə dövründə yeni milli ideoloji prioritetlərin böyük əhəmiyyət kəsb etməsi, qüdrətli Azərbaycanın dünya ölkələri sırasında özünə layiqli yer tutması, müstəqilliyimizin əbədi olmasında bir çox prinsiplərin əhəmiyyət və mahiyyətini ön plana çıxarmaq baxımından əvəzsiz rol oynayır:

O, həmçinin bildirib:

“Konstitusiyanın qəbul edilməsi hər bir dövlətin hüquqi və siyasi əsaslarının formalaşmasında həlledici faktordur. Çünki Konstitusiya dövlətin ali hüquqi aktıdır, vətəndaşların hüquq və azadlıqlarını təmin edən, dövlətin quruluşunu, idarəetmə prinsiplərini müəyyən edən fundamental sənəddir. Konstitusiya ölkənin sabit inkişafını, qanunların bir-birinə uyğunluğunu və vətəndaşların hüquqlarının qorunmasını təmin edir. Onun qəbul olunması hüquqi islahatların əsasını qoymuş, demokratik dəyərlərin formalaşmasına və vətəndaş cəmiyyətinin inkişafına imkan yaratmışdır. Bu il Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması postmüharibə dövründə yeni milli ideoloji prioritetlərin böyük əhəmiyyət kəsb etməsi, qüdrətli Azərbaycanın dünya ölkələri sırasında özünə layiqli yer tutması, müstəqilliyimizin əbədi olmasında bir çox prinsiplərin əhəmiyyət və mahiyyətini ön plana çıxarmaq baxımından əvəzsiz rol oynayır. Bu, həmçinin ölkəmizdə hüquqi dövlət quruculuğuna və milli müstəqilliyin möhkəmləndirilməsinə verilən yüksək əhəmiyyətin göstəricisidir. Suverenlik bir xalqın özünüidarəetməsidir, dövlətin daxili və xarici siyasətdə tam müstəqil qərarlar qəbul etmək hüququ, yəni başqa dövlətlərdən və beynəlxalq təşkilatlardan asılı olmadan öz siyasətini yürütmək imkanına malik olmasıdır. Öz sərhədləri daxilində qanunları müəyyən etmək, vətəndaşlarına hüquqlar vermək və onları qorumaqdır suverenlik. Konstitusiya bu baxımdan, dövlətin ərazi bütövlüyünü, müstəqil siyasət aparmaq hüququnu və milli maraqlarını qorumaq üçün hüquqi zəmin yaradır. Yəni bir növ o, həm milli suverenliyin rəmzi, həm də onun praktik təminatçısıdır. Onun qorunması və daim təkmilləşdirilməsi dövlətin müstəqilliyinin, təhlükəsizliyinin və davamlı inkişafının əsas şərtlərindəndir”.

Elnarə Akimova bugünki Konstutisiyanın əhalinin hüquq və azadlıqlarını da yetərincə təmin etdiyini də vurğulayır:

“Əlbəttə, bugünki Konstitusiya əhalinin hüquq və azadlıqlarını da yetərincə təmin edir. Bu gün ölkəmizdə yaşayan hər kəsin dil, din, düşüncə, mülkiyyət, təhsil azadlığı var və Konstitusiyamız bu azadlıqların təmin olunması üçün kifayət qədər geniş hüquqi çərçivə yaradır. Gənc nəsildə konstitusion düşüncəyə gəlincə isə, bu ilk növbədə, onların hüquqi düşüncə tərzi, vətəndaşlıq məsuliyyəti və qanunlara hörmət ruhunda formalaşması ilə cilalanır. Təbii ki, bu düşüncənin qorunması, artırılması hər zaman əsas prioritet istiqamət olmalıdır. Təsadüfi deyil, ölkə başçısı, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev son zamanlar bu məsələyə daim vurğu salır. Elə bir neçə gün öncə, mayın 10-da Ağdamda Muğam Mərkəzinin açılışında, Kəngərli kənd sakinləri ilə görüşdə yeni nəslin düzgün zəmində yetişdirilməsi məqamlarına diqqət yönəltdi, ailə, məktəbin rolunu önə çəkdi. Gənc nəsildə konstitusion düşüncənin artırılmasından bəhs ediriksə, elə bu məqamdan başlamalıyıq. Çünki təhsil sistemində hüquqi maarifləndirmə, məktəb və universitet proqramlarına hüquq və konstitusiya ilə bağlı praktik dərslər, müzakirələrin daxil edilməsi mütləq nəzərə alınmalıdır. Gənclər təşkilatları dövlət qurumları ilə birlikdə hüquqla bağlı seminarlar, forum və kampaniyalar keçirməlidir. Bundan başqa, media və sosial şəbəkələrdə maarifləndirmə düzgün yöndə qurulmalı, rəqəmsal kontent vasitəsilə gənclərə Konstitusiya və hüquqlar barədə məlumatlar ötürülməlidir”.

Milli Məclisin digər deputatı Vüqar İskəndərov isə deyir ki, Konstitusiya bir xalqın kimliyini, necə yaşadığını, yaşamaq istədiyini göstərir:

“Bir dövlətin müstəqil olması, sözün əsl mənasında real müstəqilliyi onun Konstitusiyasının qorunmasıdır. Konstitusiya ali qanundur və ən ali qanun olaraq xalqın öz dövləti ilə harmonik inkişafında ən vacib faktor kimi qiymətləndirilməlidir. Konstitusiya qanunu bir xalqın kimliyini, necə yaşadığını, yaşamaq istədiyini və onun hüquqi identikliyini göstərir. Konstitusiyada ifadə olunan qanunlar xalqın uzun sürən tarixi yaddaşından hopub gələn, həm bu gününü, həm də gələcəyini müəyyənləşdirən ali sənəddir. Suverənlik isə müstəqillik, heç kimdən asılı olmamaqdır, hakimiyyətin hüququdur”.

Vüqar İskəndərov həmçinin bu dəyərlərin qorunmasını, gələcək nəsillərə ötürülməsinin vacibliyindən də söz açır:

“Suverən dövlət heç kimdən asılı deyil. O, öz milli maraqlarına söykənən siyasətlə xalqın iradəsini əlində rəhbər tutaraq inkişaf etmək modelidir. Bu mənada, Azərbaycan Respublikası bu məsələləri özündə ehtiva edən əsl müstəqil dövlətdir. Konstitusiyamızdan danışanda onun müəllifi Heydər Əliyevi xatırlamalıyıq. Müəllifi olduğu işçi qrupuna da, komissiyaya da rəhbərliyi özü etməsi, maddələri bir-bir incələməsi bu sənədə verilən böyük azərbaycanlının qiyməti idi. Düşünürəm ki, 90-cı illərin əvvəllərindən ermənilərin, onun himayədarlarının birgə ittifaqlar qurması, torpaqları işğal etməsi hər birimizin yaralı yeri idi. Ulu Öndər, təbii ki, bütün bunları bilirdi və Konstitusiyamızın yazılışında elə məsələlər nəzərdə tutulurdu, o bizi mütləq gələcəkdə suveren, müstəqil etməli idi. Bu yolların açarı da maddələrimizdə nəzərdə tutulur. Təbii olaraq, Cənab prezident İlham Əliyevin sərəncamı ilə bu ilin “Konstitusiya və Suverenlik İli” elan etməsi, həm konstitusiyamızın 30 illiyi, həm də suverenliyimizi bərpa etməyimizin 5-ilini özündə ehtiva edir. Bu ilin belə elan edilməsi rəmzi məna daşımaqla bərabər, özündə reallığı və hüquqi üstünlüyümüzü ehtiva edir. Konstitusiyamıza sayğımız, hörmətimiz, suverenliyimizə olan sonsuz güvənimiz və yaratdıqlarımızı qoruyub saxlamaq, həm bugünki, həm də gələcək nəsillərim hyatında ən vacib məsələdir. Bütün bunlar bizə əmamətdir və bu əmanəti qorumaq vəfizəmiz, borcumuz olmalıdır. Təbii ki, xalqımızın hüquq və azadlıqlarının qorunması məsələsi də qanunlarımızda göstərilir, müvafiq qurumlar bununla bağlı işlər görür. Burada həm də əsas məsələ uşaq, yeniyetmə və gənclərlə işlərin düzgün aparılmasıdır. Dünya sürətlə dəyişir, yeni siyasi politra formalaşdırılır. Çağdaş, texnoloji üstünlüklər əldə edən dövlətlər, təbii ki, daha çox novator olacaq. Ancaq bu sürətli inkişaf və yeni texnoloji məsələlərin üzə çıxması özü ilə mənfi tendensiyalar da gəririr. Bu mənada risk altında olan gənclər, yeniyetməlidir. Gənclərimizi milli dəyərlərə hörmət rolunda tərbiyə etməyimiz çox vacibdir. Bir xalqın dəyərlərini məhv etməklə onu manqurtalşmaq olar. Bunun üçün hətta çalışan qüvvələr də var. Gənc nəsil, təbii ki, daha çox savadlı, mübariz olmalıdır. Dövlətin sütunlarını qorumaq və bu mənada qanunlardan doğru istifadə etmək, təbiliğatın aparmaq hər birimizin borcudur. Bu il belə tədbirlərin keçirilməsini təmin etməliyik. Bu təşkilatçılıq təkcə dövlətin vəzifəsi deyil. Vətəndaş cəmiyyətindən tutmuş ali məktəblərə qədər hər yer bunun üçün çalışmalıdır. Bir sözlə, əsas məsələ doğru-düzgün tərbiyə etmək, gənclərə konstitusion hüquqlarını aşılamaq lazımdır həm də. Bir daha qeyd edim ki, bu ali dəyərləri qorumaq, saxlamaq və gələcək nəsillərə ən gözəl şəkildə ötürməliyik”.

Deputat Elçin Mirzəbəyli isə fikirlərini bu cür bildirib:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Və şübhəsiz ki, bu ilin siyasi, elmi və mədəni həyatının leytmotivini də müstəqil respublikamızın Ulu Öndərin rəhbərliyi ilə ərsəyə gətirilmiş konstitusiyasının 30-cu və işğaldan azad etdiyimiz ərazilərimiz üzərində dövlət suverenliyimizin, əsasən bərpa olunmasının, böyük Zəfərimizin 5-ci ildönümü təşkil edəcək. Dövlət suverenliyi dövlətin öz ərazisində vahid və şəriksiz üstünlüyü və beynəlxalq münasibətlərdə müstəqilliyi deməkdir. Müasir beynəlxalq hüququn fəlsəfəsinə görə, dövlət ərazisinin böyüklüyündən, əhalisinin sayından, konstitusiya quruluşundan asılı olmayaraq, suverenliyə malikdir. Suverenlik dövlətin və dövlətçiliyin əsas əlamətidir və onu siyasi münasibətlərin xüsusi subyekti, cəmiyyətin siyasi sisteminin əsas tərkib hissəsi kimi səciyyələndirir. Dövlət suverenliyi anlayışına beynəlxalq hüququn müstəqil subyektinin ərazisinin bütövlüyü və bölünməzliyi, sərhədlərinin toxunulmazlığı və onun daxili işlərinə kənar müdaxilənin yolverilməzliyi kimi fundamental prinsiplər daxildir. Dövlət suverenliyinin iqtisadi əsaslarını onun ərazisi, təbii və mədəni sərvətləri, siyasi əsasını isə sabit, bərqərar olmuş dövlət və onun institutlaşmış dövlət idarəçiliyi mexanizmləri təşkil edir. Suverenliyin hüquqi əsasında isə dövlətin konstitusiyası və digər hüquqi-normativ aktları, eləcə də dövlətlərin bərabərliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, suveren hüquqlarına müdaxilənin yolverilməzliyi hüququnu təsbit edən beynəlxalq hüququn qəbul edilmiş prinsipləri dayanır. Azərbaycan, həm klassik dövlətçilik əlamətlərinin daşıyıcısı olan bir dövlət olaraq, səlahiyyətlərini müstəqil şəkildə yerinə yetirən hakimiyyətə malikdir, həm də müasir dövrün münasibətlər sisteminin mahiyyətinə uyğun olaraq, dövlət suverenliyinin reallığını özünün ən ali məqsədi hesab edir”.

Elçin Mirzəbəyli həmçinin bildirib:

“Dövlətlərin suverenliyi, klassik hüquqi nəzəriyyələrə görə, özünü əsasən 5 prinsip üzrə büruzə verir: Dövlət suverenliyinin siyasi və hüquqi mahiyyətində, dövlət suverenliyinin atributluluğunda, dövlət suverenliyinin reallığında, suveren hüquqların tükənməzliyində və tamlığında, həmçinin dövlət suverenliyinin davamlılığında. Klassik anlamda, dövlət suverenliyinin mahiyyətini atributluluq təşkil edir. Burada dövlət hakimiyyətinin aliliyi və müstəqilliyi (autarkiya) dövlət suverenliyinin əsas atributu kimi qəbul olunur. Aristotelə görə, autarkiya dövlətin əsas əlamətidir. Onun fikrincə, autarkiyanın mahiyyəti ondan ibarətdir ki, dövlət bütün digər subyektlərdən fərqli olaraq, öz üzərində başqa heç bir gücə malik deyil və bütün səlahiyyətlərini müstəqil şəkildə həyata keçirir. Müasir beynəlxalq münasibətlər sistemində isə müstəqil dövlətçiliyin əsas əlaməti dövlət suverenliyinin reallığıdır. Bu xüsusda, Azərbaycan, həm klassik dövlətçilik əlamətlərinin daşıyıcısı olan bir dövlət olaraq, səlahiyyətlərini müstəqil şəkildə yerinə yetirən hakimiyyətə malikdir, həm də müasir dövrün münasibətlər sisteminin mahiyyətinə uyğun olaraq, dövlət suverenliyinin reallığını özünün ən ali məqsədi hesab edir. Azərbaycanın hərbi-siyasi bloklara qoşulmaması, müttəfiqlərini ikitərəfli münasibətlər zəminində, öz maraqlarını əsas götürərək müəyyənləşdirməsi, ölkəmizin ərazisində hər hansı bir ölkənin hərbi bazasının olmaması, xalqımızın və onun mənafeyini ifadə edən dövlətimizin iradəsinin üzərində hər hansı bir xarici amilin təsir gücünə malik olmasına imkan verilməməsi dövlət suverenliyimizin reallığının göstəriciləri kimi qiymətləndirilə bilər.

O, eyni zamanda suverenliyimizi bərqərar etməyin göstəricilərinin bu cür olduğunu deyib:

“2012-ci ildə Azərbaycan ərasindəki Rusiya Federasiyasına məxsus Qəbələ Radiolakasiya Stansiyasının fəaliyyətinin dayandırılması və burada fəaliyyət göstərən hərbi kontingentin ərazimizdən tamamilə çıxarılması, Ordumuzun 2020-ci ilin noyabrında ərazilərimizdə Ermənistanın hərbi birləşmələrinin işğalına son qoyması, 2023-cü ildə isə torpaqlarımızı həm işğalçı qüvvələrin tör-töküntülərindən təmizləməsi, həm də silahlı, aqressiv separatizmə son qoyması, bundan sonra isə Rusiya sülhməramlılarının işğaldan azad edilmiş ərazilərimizdən çıxarılmasına nail olunması Azərbaycan dövlətinin bütün istiqamətlərdə özünün real suverenliyini bərqərar etməsinin göstəricisidir. Bütün bunlarla yanaşı, bir mühüm məqamı da unutmamaq lazımdır: Milli suverenliyin əsasını, məhz Konstitusiyanın aliliyi təşkil edir. Klassik və müasir suverenlik konsepsiyalarına, həmçinin BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental norma və prinsiplərinə görə, suverenlik dövlətin bütün əraziləri üzərində daimi və mütləq hakimiyyətə malik olmasıdır. Suverenlik konsepsiyasının başqa bir önəmli prinsiplərindən biri onun bölünməzliyi, digər mühüm prinsipi isə dövlətin suverenliyinin və konstitusiya quruluşunun onun bütün əraziləri üzərində istisnasız olaraq təmin edilməsidir. Bu baxımdan, Azərbaycan, müasir dövrdə, həm də olduqca ziddiyyətli geosiyasi dəyişikliklərin baş verdiyi mürəkkəb zaman kəsiyində öz suverenliyinin tam bərpasına nail olmuş, milli iradəni qeyd-şərtsiz ifadə edən müstəqil hakimiyyətə malik suveren bir dövlət olaraq, vətəndaşlarının qürur mənbəyidir”.

Günel Həsənova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 May 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Putin bir cümlə ilə özünü təslim etdi...”

18 Avqust 2025 00:45see222

Paşinyan: Ermənistan və Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib

18 Avqust 2025 19:09see217

Ağ Ev bunu təkzib edib...

17 Avqust 2025 20:55see199

Britaniya həmin siyahını İrana verdi: Bu müsəlman ölkəsinin adı var!

19 Avqust 2025 00:40see170

Dünyada ərzaq bahalaşıb Ən çox nələrin qiyməti artıb?

17 Avqust 2025 20:15see143

Vətən sərhədlərində gözlərini qırpmadan keşik çəkənlər... Azərbaycan Sərhəd Mühafizəsi 106 yaşında

19 Avqust 2025 00:40see140

Sevgilisini məhkəmədə uddu Bu qədər təzminat alacaq

18 Avqust 2025 00:56see137

Böyük fəlakət Ölənlərin sayı 645 nəfərə çatdı

18 Avqust 2025 04:45see135

Arsenal səfərdə Mançester Yunayted i məğlub etdi VİDEO

17 Avqust 2025 22:03see131

Çempion PSJ mövsümə bir qollu qələbə ilə başlayıb VİDEO

18 Avqust 2025 01:03see130

“Yay bitməmiş gəzməyə gedə bilsəydik deyənlər üçün 3 günlük ucuz və yaddaqalan marşrutlar

17 Avqust 2025 17:52see127

Uşaqlar üçün kompüter oyunları təhlükəlidir?

17 Avqust 2025 18:27see125

“Ata yurdumda uşaqlıq xatirələrimi yada salıram” DEPUTAT

18 Avqust 2025 08:25see125

Pandemiya ilə bağlı yazılan cərimələr gələn il qüvvədən düşür HÜQUQŞÜNAS FOTO

18 Avqust 2025 15:33see124

Qərb Ukraynada müharibənin bitməsində maraqlı deyil Belarus

17 Avqust 2025 22:11see123

Dilarə Əliyeva qızı və nəvəsinin görüntüsünü paylaşdı

17 Avqust 2025 21:30see122

Qarabağ bu xəritələr əsasında bərpa edilir Video

17 Avqust 2025 18:03see120

Ukrayna Luqansk sərhədlərində 5 minə yaxın əsgərini itirib

18 Avqust 2025 08:08see120

Messi futbol tarixində yeni rekorda imza atıb

17 Avqust 2025 21:06see119

Starlink in işində nasazlıq yarandı

19 Avqust 2025 02:37see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri