Icma.az
close
up
RU
“Kontakt Home”un baş kredit mütəxəssisi ailə üzvlərinin adına bu qədər kredit ayırıbmış

“Kontakt Home”un baş kredit mütəxəssisi ailə üzvlərinin adına bu qədər kredit ayırıbmış

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Kontakt Home” mağazalar şəbəkəsinin baş kredit mütəxəssisi məsuliyyətə cəlb edilib. O, işlədiyi şirkətə qarşı külli miqdarda dələduzluq etməkdə ittiham olunub. Həmin şəxsin öz qohumlarının adına kredit rəsmiləşdirdiyi, sonra da həmin kreditləri ödəmədiyi məlum olub.

Tribunainfo.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Emin Quliyev 2017-ci ildən “Kontakt Home” mağazalar şəbəkəsində çalışıb.

Məlumata görə, Quliyev şirkətin “Kontakt Home 7”, “Sahil” filialında çalışan zaman bu cinayət əməlini törədib.

İstintaqla müəyyən edilib ki, Emin Quliyev öz ailə üzvlərinin və tanışı Həmid Əliyevin adına müxtəlif məhsulların kreditlə satılmasına nail olub. O, kreditə götürülən məhsulları sataraq borclarını ödəyib. Sonra isə bir müddət kreditləri vaxtında ödəsə də, gecikmələr yaranıb.

İttihama görə, Emin Quliyev MMC-yə 170 min manat məbləğində ziyan vurub.

Quliyev ifadəsində deyib ki, özünü qismən təqsirli bilir.

Onun sözlərinə görə, müxtəlif məhsulları həm özünün, həm də ailəsinin adına götürüb:

“Əvvəllər ödəniş cədvəlinə uyğun olaraq aybaay ödənişləri edirdim. Sonradan borc yığıldı. Kredit borclarım çox idi. Şirkətdən götürdüyüm məhsulları satıb borcumu ödəyirdim. Mən sayılıb-seçilən işçilərdən olmuşam. 125 işçidən 5 nəfər baş kredit mütəxəssisi var idi. Biri də mən idim. Digər kredit mütəxəssisi kredit vermədiyi halda, baş kredit mütəxəssisi həmin şəxsə kredit verə bilirdi. Çünki öz subyektiv səlahiyyətlərim var. Bu hadisələr olmasaydı, mağaza müdirinin müavini vəzifəsinə təyin olunacaqdım.

Mənim niyyətim kredit vermək olub. Nə qədər çox kredit versəm, maaşım bir o qədər çox olurdu. İşlədiyim dövrdə 8 milyon manata yaxın kreditə məhsul vermişəm. Heç birində də problem olmayıb”.

Emin Quliyev bu işdə adı keçən Həmid Əliyevlə bağlı hissəni belə izah edib:

“Mən öz ailə üzvlərimin adına götürülən kreditlərə cavabdehəm. Ayrı-ayrı şəxslər gəlib rəsmi qaydada kreditə məhsul götürüblər. Sonra aparıb Həmid Əliyevə satıblar. Krediti isə Həmid Əliyev ödəməli idi. Həmid bəy mağazanın ən yaxşı müştərilərindən biri olub. Ödənişlərini vaxtı-vaxtında ödəyib. Həmid bəyin həyat yoldaşı da yaxşı müştəri olub. Həmid bəylə müştərilərin alqı-satqısında iştirak etməmişəm. Onlardan pul almamışam. Ailə üzvlərimdən başqa kreditə məhsul verdiyim müştərilərin heç birində kənarlaşma olmayıb, müştərilər hamısı özləri gəlib, iştirak ediblər və özləri imza çəkiblər”.

İfadəsinin davamında E. Quliyev bildirib ki, 162 min manat məbləğində kreditə məhsul verib.

O, öz üzərinə düşən 98 min 600 manat öhdəliyi ödədiyini bildirib. Qalan məbləğ isə Həmid Əliyevin öhdəliyindədir və aylıq qrafik üzrə ödəyir.

Emin Quliyev ifadəsinin sonunda deyib ki, şirkətə ödənilməyən 38 min manatın 23 min manatı Həmid Əliyev və onun xanımının adına olan kreditlərdir.

Məhkəmənin hökmü ilə Emin Quliyev şərti cəza alıb.

Musavat.com

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 30 İyul 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see624

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see252

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see233

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see231

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see211

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see210

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see195

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see190

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see185

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see167

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see154

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see151

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see149

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see147

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri