Icma.az
close
up
RU
Könüllərə göstərilən qayğı Azərbaycan gəncliyinə verilən dəyərdir

Könüllərə göstərilən qayğı Azərbaycan gəncliyinə verilən dəyərdir

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

11-22 noyabr tarixlərində ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mütərəqqi bir tədbirdə Azərbaycan gəncliyinin də birgə fəaliyyəti bütün dünyaya əsl nümunə oldu. Belə ki, 2000-ə yaxın gəncin həmrəylik nümayiş etdirərək bu mötəbər tədbirdə fəal iştirakı ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi.

Əsası 1993-cü ildə Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Dövlət gənclər siyasəti bu gündə Ulu öndərin layiqli davamçısı cənab İlham tərəfindən uğurla davam etdirilir. Azərbaycan gəncliyinə, onun sağlam inkişafına hər daim özü kimi inanan cənab İlham Əliyevin uzaqgörən və müdrik siyasətində ölkə gəncliyinə olan sonsuz məhəbbət bizləri daha da fəal çalışmağa, işləməyə sövq edir. Cənab İlham Əliyev demişdir: “Mən çox şadam ki, Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib və onların sağlam gələcəyi bizim prioritet hədəflərimizdəndir”. Hər il 2 fevral tarixində imzaladığı sərəncamlarla, qəbul etdiyi dövlət proqramları ilə ölkə başçımız bu sözü əməldə göstərməyi bacaran nadir şəxsiyyətlərdən biridir.

Bu tədbirdə də bir daha ölkə gəncliyi olaraq prezidentimizin qayğısının canlı şahidi olduq. Belə ki, ölkə başçımız cənab İlham Əliyevin qərarına əsasən hər bir COP29 könüllüsü “Təşəkkürnamə”-yə layiq görüldü. Bu bir daha Azərbaycan gəncliyinə olan inamın, güvənin, dəstəyin və sevginin bariz göstəricisidir.

15 yanvar tarixində isə daha da sevindirici bir xəbər yayıldı. Alınan qərarla hər bir COP29 könüllüsü 1500 manat pul mükafatına layiq görüldü.

Biz qalib xalqın, qalib gəncləriyik. Sevinirik ki, cənab İlham Əliyev kimi yüksək insani keyfiyyətə, dərin zəkaya, qətiyyətli mövqeyə malik bir prezidentimiz var. Biz bununla fəxr edir və gələcək nailiyyətlərimizin işığında da həmişə ölkə rəhbərinin ətrafında sıx birləşməyə onun siyasətini dəstəkləməyə davam edəcəyik.

Cəmilova Raisə,

BDU-nun 3-cü kurs tələbəsi, COP29 könüllüsü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:239
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Yanvar 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri