Icma.az
close
up
RU
AZƏRBAYCAN GƏNCLİYİ: MÖHKƏM TARİXİ BÜNÖVRƏDƏN MÜASİR ZƏFƏR GƏNCLİYİNƏ

AZƏRBAYCAN GƏNCLİYİ: MÖHKƏM TARİXİ BÜNÖVRƏDƏN MÜASİR ZƏFƏR GƏNCLİYİNƏ

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda dövlət gənclər siyasətinin əsasının qoyulması, prioritet istiqamətə çevrilməsi və bu sahədə konseptual fəaliyyətin əsaslarının yaradılmasının müəllifi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev olmuşdur. Bu baxımdan Ulu Öndərin Azərbaycanda dövlət gənclər siyasətinin formalaşdırılmasındakı rolu sadəcə bir idarəçilik addımı deyil, ölkənin gələcək onilliklərini sığortalayan strateji bir baxışın təməlidir. O, gəncliyin sadəcə bioloji yaş deyil, həm də cəmiyyətin yenilənmə mexanizmi olduğunu hamıdan yaxşı başa düşərək, gənclərimizi “Azərbaycanın gələcəyi” adlandıramaqla, bu sahəni dövlət siyasətinin prioritetinə çevirdi.

Ölkəmiz XX əsrin sonlarında öz dövlət müstəqilliyini bərpa etmə mərhələsini yaşayanda, o cümlədən müstəqilliyimizin ilk iki ilində gənclər ayrı-ayrı siyasi qrupların əlində öz dar maraqlarını təmin etmək üçün nümayişlər, mitinqlər və piketlərdə iştirak zamanı istifadə olunan fəal qrup kimi vasitəyə çevrilmişdi. Bu, ölkənin yalnız paytaxtında deyil, bütün regionlarında, o cümlədən Naxçıvanda da müşahidə olunurdu. Yaxşı xatirimizdədir ki, 1989-1992-ci illərdə Naxçıvan Dövlət Universitetində dərslər tez-tez pozulur, tələbə gənclik kortəbii şəkildə mitinqlərə cəlb olunur, onalrın qüvvəsindən istifadə olunur, gənclik özü üçün faydalı olan təhsildən və mütərəqqi fəaliyyətdən uzaqlaşdırılırdı. Ulu Öndər hələ Naxçıvan MR Ali Məclisinin Sədri vəzifəsində işlədiyi dövrdə gənclərin qüvvəsindən dövlətçiliyin inkişafı naminə və onların özlərinin kamil insan kimi yetişməsi üçün ciddi tədbirlər görməyə başlamışdı. 1992-ci ildə Ümummilli Liderimizin təşəbbüsü ilə yüz nəfər naxçıvanlı gənc qardaş Türkiyə Cümhuriyyətinin universitetlərində təhsil almağa göndərilmişdi. Heydər Əliyevin 1992-ci ildə NDU-nun 25 illik yubiley tədbirində iştirak və çıxış etdikdən sonra universitetin tələbələrinin dərslərdən məqsədli şəkildə yayındırılması halları minimuma enmiş, bu görüş tələbə gəncliyin böyük liderin ideallarının daşıyıcısına çevrilməsi yolunda mühüm hadisə olmuşdu.

Ulu Öndər 1993-cü ilin iyununda ölkədə hakimiyyətə qayıtdıqdan dərhal sonra onun cəmiyyətdə vəziyyətin sabitləşdirilməsi və gənclərin qüvvəsinin dövlətçilik naminə səfərbər edilməsi yolunda atdığı ilk addımlardan biri həmin ilin sentyabrında ölkə gəncliyinin fəal nümayəndələri ilə keçirdiyi görüş olmuşdu. Məhz həmin görüşdən sonra Heydər Əliyev gənclərlə işin sistemli şəkildə aparılması üçün dövlət strukturunu yaratdı: 1994-cü il iyulun 26-da imzalanan Prezident Fərmanı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılması gənclər siyasətinin vahid mərkəzdən idarə olunmasına imkan verdi. Məhz bundan sonra müharibə və keçid dövrünün çətinliklərini yaşayan gəncləri bir ideologiya ətrafında toplamaq və onların potensialını dövlət quruculuğuna yönəltmək mümkün oldu.

Ümummilli Lider gənclərlə kabinetlərdə deyil, birbaşa auditoriyalarda görüşməyə üstünlük verirdi. Bu baxımdan 1996-cı il fevralın 2-də müstəqil Azərbaycanın gənclərinin ilk forumunun keçirilməsi əlamətdar oldu. Həm bu ilk ölkə miqyaslı tədbir, həm də sonrakı forumlar gənclərin problemlərinin birbaşa dövlət başçısına çatdırıldığı ciddi platformaya çevrildi. İlk forumun nəticəsi olaraq, 1997-ci ildə Prezident Heydər Əliyevin Sərəncamı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü elan edildi. Qeyd etmək lazımdır ki, Azərbaycan bu günü təsis edən ilk MDB ölkəsi və ilk Avropa dövlətlərindən biri oldu. 2002-ci il aprelin 9-da Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının Qanunu imzalanaraq qüvvəyə mindi.

Ulu Öndərin gənclər siyasətinin ən uzaqgörən tərəfi təhsillə bağlı idi. Hələ SSRİ dövründə Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə minlərlə azərbaycanlı gənci ali təhsil almaq üçün sovet dövlətinin ən nüfuzlu universitetlərinə göndərən Heydər Əliyev müstəqillik illərində bu ənənəni qlobal miqyasda davam etdirdi. Bu strateji hədəfin əsas məqsədi müasir texnologiyalara və idarəetmə üsullarına bələd olan yeni intellektual elita formalaşdırmaq idi və gözlənilən nəticə əldə edildi: hazırda həmin kadrlar dövlət idarəçiliyinin müxtəlif sahələrində rəhbər vəzifələrdə ölkəmizin inkişafı üçün xidmət göstərirlər.

Heydər Əliyev gənclərin modernləşməsini siyasəti onların öz köklərinə bağlılığının qorunub saxlanılması və daha da möhkəmləndirilməsi fonunda həyata keçirilirdi. Gənclərin Azərbaycançılıq məfkurəsi ruhunda mənəvi tərbiyəsini əsas tutan dövlət gənclər siyasətinin nüvəsində milli ruh, ana dilinə sevgi və vətənə sadiqlik dayanırdı. Bu baxımdan böyük liderin “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq öz müstəqil dövləti haqqında düşünməlidir” fikri bu siyasətin nəzəri əsasını təşkil etdi.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti məhz Ulu Öndər Heydər Əliyevin qoyduğu möhkəm təməl üzərində inkişaf etdirilir. Ölkə əhalisinin 22,5 faizini təşkil edən gənclərə qayğı dövlət siyasətinin mühüm tərkib hissəsidir. 2005, 2011 və 2017-ci illərdə “Azərbaycan gəncliyi Dövlət Proqram”ları, 2015-ci ildə isə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” təsdiq edilməsi bunun ən aydın təzahürüdür.

Gənclərin əmək bazarına daxil olması və sahibkarlıq fəaliyyəti mənsub olduqları ölkələrdə ümumdaxili məhsulun artmasına birbaşa təsir göstərir. Bunu nəzərə alan iqtisadçılar gəncləri “insan kapitalı”nın ən dəyərli hissəsi hesab edirlər. Məhz bu baxımdan, Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən dövlət gəclər siyasəti “qara qızılın insan kapitalına çevrilməsi” fəlsəfəsi ilə müasir dövrün, xüsusilə də dördüncü sənaye inqilabının tələblərinə uyğunlaşdırılaraq həyata keçirilir. Belə ki, Azərbaycan gənclərinin dünyanın ən nüfuzlu universitetlərində təhsil alması üçün dövlət tərəfindən misilsiz imkanlar yaradılıb. Prezidentin müvafiq sərəncamları ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” nəticəsində 5000-dən artıq gənc dünyanın nüfuzlu ali məktəblərində təhsil almışdır. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində isə hər il 500 nəfərədək Azərbaycan vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması nəzərdə tutulub. Qeyd edək ki, Dövlət Proqramı gənclərin xaricdə bakalavr və magistr pillələri üzrə təhsilini tam dövlət vəsaiti hesabına maliyyələşdirilməsini nəzərdə tutur və əsasən təhsilin prioritet sahələrini (informasiya texnlogiyaları, mühəndislik, biotexnologiya, kiber təhlükəsizlik və s.) əhatə edir. Milli dəyərlərin və mədəni irsin gələcəyə ötürülməsində körpü rolunu oynayan, milli kimliyi müasir dünya dəyərləri ilə sintez edərək mənsub olduqları xalqın və dövlətin beynəlxalq nüfuzunun formalaşmasına mühüm töhfə verən gənclər xarici ölkələrdə təhsil alarkən bu sahədə də faydalı olurlar. Xarici ölkələrdə təhsil alan gənclərimiz Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıran “könüllü diplomatlar” rolunu oynayırlar. Ən nəhayət, dövlət proqramları çərçivəsində xaricdə təhsil alan minlərlə gəncin geri dönərək idarəetmədə yer alması ölkənin gələcək 20-30 illik inkişaf kursunu müəyyən edir.

Prezident İlham Əliyev gənclərin idarəetməyə gətirilməsi üçün şəffaf mexanizmlər formalaşdırıb. Bu baxımdan, 26 iyul 2019-cu il tarixli Prezident Sərəncamı ilə yaradılan, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək üçün hər il keçirilən “Yüksəliş” müsabiqəsi artıq öz töhfəsini verməkdədir: son illərdə nazirliklərdə, icra strukturlarında və diplomatik korpusda rəhbər vəzifələrə gənclərin təyin edilməsinə daha tez-tez rast gəlinir.

Bundan başqa, gənclərimizin öz biznes ideyalarını reallaşdırması üçün geniş infrastruktur yaradılmışdır. Onların startap layihələrinə dövlət tərəfindən qrantlar verilir, xarici bazarlara çıxmaq üçün dəstək göstərilir. 2021-ci ildən aerokosmik və texnologiya festivalı kimi keçirilən Texnofest Azərbaycan kimi beynəlxalq festivalların Bakıda keçirilməsi gənclərin texnoloji marağını stimullaşdırır və onlara qlobal mühəndislik layihələrində iştirak imkanlarını təmin eddir. Macar-alman sosioloqu və mütəfəkkiri Karl Mannheymin “nəsillər nəzəriyyəsi”nə görə, gənclərin cəmiyyətə “təzə baxış” gətirdiyini, köhnə vərdişlərin və stereotiplərin yükünü daşımadıqları üçün texnoloji və sosial yenilikləri daha sürətlə mənimsədiklərini nəzərə alsaq, bu qəbildən olan festivallarda gənclərin fəal iştirakının nə qədər əhəmiyyətli olduğu aydın olur.

         Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan xalqının əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatdığını, könüllülüyün insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatı, həmçinin vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyi olduğunu nəzərə alaraq, 2020-ci ilin “Könüllülər İli” elan etməsi aparıcı qüvvəsi gənclər olan bu hərəkata yeni nəfəs vermişdir. Bunadək yaranan ASAN, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə könüllülüləri və digər könüllü hərəkatları, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qruplarının coörafiyası və sıraları daha da genişlənmişdir. Gənclər müxtəlif layihələrdə könüllü olaraq həm təcrübə qazanır, həm də cəmiyyətə fayda verirlər. Bu, gənclərin iş dünyasına keçidi üçün onlarda mühüm “yumşaq bacarıqlar” (soft skills) formalaşdırır, öz enerji və qüvvələrini faydalı əməyə çevirməyə şərait yaradır. Eyni zamanda, könüllük hərəkatı gənclərin sosial məsuliyyət hissini, cəmiyyətdə həmrəylik və qarşılıqlı yardım mədəniyyətini gücləndirir, qərar qəbulu proseslərində iştirakı isə idarəetmədə şəffaflığı və hesabatlılığı artırır. Beləliklə, ölkəmizdə son 10 ildə formalaşan könüllülük hərəkatı gənclərin cəmiyyətdəki rolunu köklü surətdə dəyişmişdir: gənclər artıq sadəcə “istehlakçı” deyil, həm də “xidmət edən”dir.

          Beləliklə, Prezident İlham Əliyevin gənclər siyasəti Azərbaycan gəncliyini sadəcə təhsil alan deyil, həm də təsir edən qüvvəyə çevirmişdir. Başqa sözlə, gənclər cəmiyyətdə sadəcə demoqrafik bir göstərici olmaqla qalmayıb, dövlətin və cəmiyyətin gələcək simasının müəyyənləşdirilməsində dinamik şəkildə iştirak qüvvəyə çevrilmişdir. Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlət gənclər siyasətinin ən mühüm nəticələrindən biri, bəlkə də ən birincisi isə, müasir Azərbaycan gəncliyinin ən bariz xüsusiyyətinə çevrilən onun milli mənafelər ətrafında sıx birləşməsidir. 2020-ci ildə tariximizə qızılı hərflərlə yazılan 44 günlük Vətən müharibəsi, 2023-cü ilin sentyabr ayındakı lokal antiterror əməliyyatı və ondan sonrakı dövr göstərdi ki, Azərbaycan gənci üçün dövlətçilik və ərazi bütövlüyü ən ali dəyərdir. Dövlət başçımız “Zəfər nəsli”nə öz münasibətini aşağıdakı sözlərlə ifadə etmişdir: “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə olunmuş gənc nəsil yetişib”.

          Bütün bu deyilənlər göstərir ki, Azərbaycan dövləti üçün gənclər sadəcə bir sosial qrup deyil, ölkənin strateji resursudur. Azərbaycanda dövlət gənclər siyasəti Heydər Əliyevin uzaqgörən strateji kursu ilə təməli qoyulmuş və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə 'qara qızılın insan kapitalına çevrilməsi' prinsipi əsasında keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir. Bu siyasət gənclərin həm milli-mənəvi dəyərlərə sadiq yetişməsini, həm də müasir texnoloji biliklərə yiyələnərək qlobal rəqabətə hazır olmasını strateji hədəf kimi qarşıya qoyur. Müasir Azərbaycan gəncliyi artıq sadəcə dövlətin gələcək ümidi deyil, həm də ölkənin bugünkü innovativ inkişafının və qalib dövlət imicinin əsas hərəkətverici qüvvəsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Azərbaycanın gələcək taleyi bugünkü gənclərin hazırlıq səviyyəsindən asılı olacaqdır”. Bu baxımdan, dövlətin yaratdığı imkanlar gənclərin öz potensialını reallaşdırması üçün ən mühüm platformadır.

Elman Cəfərli

YAP Naxçıvan şəhər təşkilatının sədri,

tarix üzrə fəlsəfə doktoru, dosent

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 31 Yanvar 2026 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see263

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see253

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see240

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see233

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see231

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see219

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see211

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see208

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see191

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see186

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see180

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see180

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see179

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see160

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see159

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see143

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri