Icma.az
close
up
RU
Koordinasiya kimyasında yeni yanaşmalar elmi konfrans

Koordinasiya kimyasında yeni yanaşmalar elmi konfrans

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 17 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) tanınmış kimyaçı-alim, professor Hacalı Nəcəfoğlunun 70 illik yubileyinə həsr olunmuş “Koordinasiya kimyasında yeni yanaşmalar” mövzusunda respublika elmi konfransı işə başlayıb.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Konfransın açılış mərasimində BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, universitetin tanınmış məzunu, professor Hacalı Nəcəfoğlu ölkəmizdə kimya elminin inkişafına böyük töhfələr verib. 1972-1977-ci illərdə BDU-nun Kimya fakültǝsindǝ təhsil almış Hacalı Nəcəfoğlu Azǝrbaycan Elmlǝr Akademiyasının akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun (institut indi Elm və Təhsil Nazirliyinin tabeliyindədir – red.) Quruluş kimyası elmi-tədqiqat laboratoriyasında işǝ başlayıb. O, 1983-cü lidǝ namizǝdlik dissertasiyasını müdafiǝ edib. 1985-ci ildǝ BDU-nun Qeyri-üzvi kimya kafedrasında laboratoriya müdiri vəzifəsinə təyin olunub. 1985-1992-ci illərdə BDU-nun Qeyri-üzvü kimya kafedrasında baş laborant, baş mühǝndis, aparıcı elmi işçi və assistent vǝzifǝlǝrindǝ işləyib. 1992-ci ildən qardaş Türkiyədə elmi-pedaqoji fəaliyyətini davam etdirib, 1992-1995-ci illərdə Ərzurum Atatürk Universitetində müǝllim kimi çalışıb. 1995-ci ildən indiyədək isə Türkiyənin Qars Qafqaz Universitetində çalışır.

Rektor qeyd edib ki, professor Hacalı Nəcəfoğlunun rǝhbǝrliyi altında 21 magistr, 11 fǝlsǝfǝ doktoru dissertasiyası müdafiǝ edilib. O, 5 kitabın müǝllifi, 7 kitabın redaktoru, 2 kitabın tǝrcümǝçisi, 230-dan çox elmi mǝqalǝnin müǝllifidir.

Tədbirdə professor Hacalı Nəcəfoğlu haqqında videoçarx nümayiş olunub.

Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Nağıqızı, Türkiyənin Qəbzə Universitetinin Kimya fakültəsinin dekanı professor Ramazan Altuntaş, Mirzə Uluqbəy adına Özbək Milli Tədqiqat Universitetinin Kimya fakültəsinin dekanı professor Saxnuza Kadirova, Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi professor İmaməddin Əmiraslanov, Atatürk Universitetinin professoru Hasan Seçen, BDU-nun Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri Kərim Rəhimov, Qars Qafqaz Universitetinin dosenti Elif Öztürkkan, BDU-nun Kimya fakültəsinin dekanı Fuad Kərimli çıxışlarında professor Hacalı Nəcəfoğlunun Azərbaycanda və Türkiyədə kimya elminin inkişafında, Türk dünyasının elm-təhsil sahəsində şəbəkələşməsində xidmətlərini vurğulayıblar. Çıxışlarda qeyd olunub ki, görkəmli alim yalnız kimya sahəsində deyil, Azərbaycanın mədəniyyəti, dili, ədəbiyyatı, ümummilli mövzularla bağlı çoxsaylı yazıları, çıxışları ilə daim ölkəmizin həqiqətlərini tanıdıb, vətəndaş kimi öz borcunu layiqincə yerinə yetirib.

Sonra professor Hacalı Nəcəfoğlunun yubileyi ilə bağlı müxtəlif ölkələrdən olan alimlərin videotəbrikləri səsləndirilib.

Professor Hacalı Nəcəfoğlu konfransın yüksək səviyyədə təşkilinə və elmi-pedaqoji fəaliyyətinə verilən dəyərə görə təşəkkürünü bildirib, BDU-nun təhsil və iş həyatında xüsusi yerinin olduğunu, daim Azərbaycana xidmət etməkdən qürur duyduğunu bildirib: “Həyatda ilk xoşbəxtliyim BDU-ya daxil olanda olub. Burada keçirdiyim hər an, imtahanlar zamanı aldığım qiymətlər, məzun olmağım və sonra burada işə başlamağım - hamısı mənim üçün qiymətlidir”.

Konfrans işini bölmə iclasları ilə davam etdirib.

-1 / 13

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri