Icma.az
close
up
RU
Köpə səbəb olan MƏHSULLAR. SİYAHI

Köpə səbəb olan MƏHSULLAR. SİYAHI

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Bəzi qida məhsulları var ki, onların çoxlu miqdarda istehlakı xoşagəlməz hallara (köp, meteorizm, qarın ağrısı) səbəb ola bilər.

Belə məhsulların qəbulu nəticəsində bağırsaqlarda qıcqırma prosesləri xeyli sürətlənir ki, nəticədə çoxlu qaz ifraz olunur. Bağırsaqlar şişir və bu da ağrılara və sancılara səbəb olur.

Köpə səbəb olan məhsullar bunlardır:

- Kələmin bütün növləri. Həll olunmayan qidalı liflər və kükürdlə zəngin olan kələm köpə səbəb olan əsas məhsuldur. Bu xüsusilə çiy kələmə aiddir. Termik emaldan (bişirilmə, pörtlənmə) sonra kələmin bu xüsusiyyəti azalır.

Nəzərə almaq lazımdır ki, güclü xərçəng əleyhinə və bir çox digər qiymətli  xüsusiyyətlərə  malik olan kələmin bütün növləri çox faydalıdır. Bağırsaqlarda köpün qarşısını almaq üçün kələmi az miqdarda və ya minimal termik emaldan sonra istehlak etmək lazımdır.

- Paxlalar (noxud, lobya, mərci). Bu da çox qiymətli qida məhsuludur. Mənfi təsirini azaltmaq üçün hazırladıqdan əvvəl paxlaları bir neçə saat ərzində suda saxlamaq lazımdır.

- Süd. Bir çox böyüklərdə süddə olan laktozaya qarşı dözümsüzlük var ki, bu da köpə səbəb olur.

Təbii süddən fərqli olaraq süd məhsulları (kəsmik, yoqurt, qatıq və s.) orqanizm tərəfindən daha asan mənimsənilir. Süd istehlakından sonra köp, meteorizm, ağrılar əmələ gəlirsə, süddən imtina edib rasiona süd məhsullarını daxil edin. Süd məhsulları bağırsaqların normal fəaliyyəti üçün vacib olan südturşulu bakteriyalar və həmçinin sümük və əzələlər üçün (o cümlədən, ürək əzələsi üçün) vacib olan kalsiumla zəngindir.

- Təzə mayalı un məmulatları (bulka, piroq, pirojki və s.). Bu məhsulların tərkibində olan maya bağırsaqlarda qıcqırma proseslərinə səbəb olur. Bu məhsulları qidalanmada minimum həddə çatdırın ki, bu məhsullar artıq çəkiyə səbəb olur.

- Pivə və kvas. Bunun da səbəbi tərkibində mayanın olmasıdır.

- Şirin qazlı içkilər. Bu içkilər olduqca ziyanlıdır. Araşdırmalar gösrərir ki, bu içkilər beyinə ziyan vurur, mübadilə proseslərini pozur, piylənmə və şəkərli diabetin riskini artırır, sümüklərdən kalsiumun yuyulmasına səbəb olur, mədənin turşuluğunu artırır.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1064

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see378

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see377

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see342

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see240

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see235

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see220

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see218

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see204

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see199

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see197

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see195

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see188

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see187

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see179

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see177

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see172

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see171

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see168

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri