Icma.az
close
up
RU
Körpələrin göz yaşı Sədaqət Kamal yazır

Körpələrin göz yaşı Sədaqət Kamal yazır

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Şamil Əliyev tək çəkməyib öz filmini. Dünyanın dərdli halıyla müəllifin tandemindən yaranıb bu film. Elə ona görə ad da, bu dərdin dəyərinə görə seçilib: “Körpələrin göz yaşı”na dəyməyən dəyəri var belə dünyanın.

Filmdə daha çox hazır arxiv materiallarına, yəni digər kinematoqrafçıların ekran işlərinə istinad, rejissorun öz ideyasının dəlil sübutu olmaq zərurətindən doğub.

Bu mənada, film xorda, solo ifaçısı ilə xorun qarşılıqlı münasibəti anlamına gəlir. Şamil Əliyev, öz ana yurdundakı faciəni, dünyada törədilən digər faciələrdən ayırmayaraq, məhz dünyanın özünü, öz solo ifasının xoruna çevirə bilib. Belə yanaşma filmi, Xocalı soyqırımına dünya siyasətçilərinin biganəliyini ifşa edən ən kəskin bir rəsmi sənəd mövqeyinə qaldırır.

Qeyd edim ki, film haqda danışarkən musiqiyə istinadım onun öz ruhundan doğur. Belə ki, əvvəldən axıra kimi filmi müşayiət edən uğurlu musiqi həlli, filmin sadə, cansız bir sənəd olmaq çərçivəsini heçə endirərək, onu sənəd deyil, məhz yüksək sənət nümunəsi, daha dəqiq desək, sənədli film deyil, sənətli film edir.

İlk kadrlarından, milli musiqi alətimiz kamançanın bütün ekran boyu iri planda, özü də zəhmətkeş insan əlləri fonunda canlanması, onu həm milli kimliyimizin, həm də uzun illər dünyada, soyqırıma məruz qalmağımız faktının ört-basdır edilməsi nəticəsində kaman səsinə səs verən nalə və iniltimizin rəmzinə çevirir.

Xocalı 1992

Ruanda 1993

Bosniya və Hersoqovina 1995

Kamboca 1995

Nyu-York 2001

Film - kadrlarından, müəyyən sıralama ilə hər hissənin başlığına həkk olunan bu adlar, dünyanın tək coğrafi deyil, həm də faciə xəritəsində öz əksini tapmış yer adları kimi çatdırılır tamaşaçıya. Bu yer adlarının yanında verilmiş xronoloji işarələrə nəzər salsaq, Xocalı soyqırımının tarixən əvvəldə durduğunu görəcəyik. Belə ki, 20-ci əsrin ən qəddar soyqırımı kimi tarixə düşmüş bu rəqəm, həm  dünyanın biganəliyinə, həm də dünyadakı faciələrin zəncirvariliyinə bir işarədir.

1992-ci il Xocalı soyqırımı, 2001-ci il ABŞ-dakı 11 sentyabr faciəsi arasındakı zaman kəsiyi aşkar görünür. Xocalıdakı günahsız insanlar kimi, ABŞ göydələnindəki insanlar da günahsız qurbanlar idi. Şamil Əliyev bir filosof kinematoqrafçı kimi, çox incə kinoştrixləri kimi istifadə edib bu zaman kəsiyi faktından.

Adından göründüyü kimi, tamaşa üçün çox ağır olan “Körpələrin göz yaşı”nda ustalıqla yaradılmış rəng palitrası filmin ağır yükünü tamaşaçı çiyinlərindən götürməyə xidmət edir.

Filmdə vəhşət doğuran, böyüklü və uşaqlı insan cəsədləri ilə dolu, sözün hərfi mənasında qaramat kadrlardan sonra, öz çılpaqlıqları ilə saflıq və gözəllik bəxş edən toppuş körpə şəkillərinin çiçəklər kimi kadra səpələnməsi, həm də digər kadrdakı qırmızı laləli çəmənə, təbiətə analogiya kimi bəşərin qəlbində yaşayan ümid rəmzidir.

Bu filmlə bağlı aşkar etdiyim həqiqətlərdən biri də, Xocalı soyqırımına kinematoqrafımızda bu günə kimi mövcud baxışlardan fərqlənən yeni baxış bucağı oldu.

Adətən Xocalıyla bağlı filmlərimizdə erməni faktoru xüsusi vurğulanır. Əlbəttə ki, bu fakt danılmazdır və onu qabartmaq zərurətə bağlıdır, halbuki bu halda dərdimizin lokallaşması faktını da boynumuza almalıyıq.

Bax, Şamil Əliyev də məhz bu səbəbdən, dərdin lokallaşmasından uzaqlaşmaq üçün, filmini körpənin deyil, məhz “Körpələrin göz yaşı”deyə bəşərə ümumən məlum olan bir ifadəylə adlandırıb. Dünyanın sənədli xronikal filmlərindən (həmçinin mərhum Çingiz Mustafayev və Nizami Abbasın hamımızın yaddaşına həkk olunmuş məşhur çəkilişlərindən) götürülmüş fraqmentlər əsasında  reallaşan uğurlu montaj filmin ritminin, məna aspektinin, tempinin tamaşaçıya güclü emosional təsirinə səbəb olmuşdur.

Bəli, rejissorun bu filmini yüksək montaj nümunəsi kimi də fərqləndirmək olar. Çünki dünyanın müxtəlif qanlı nöqtələrində çəkilmiş film kadrlarını, o, özünün çəkdiyi kino materialları ilə elə orqanik birləşdirə bilib ki, filmə, “bu onların, bu da bizlərin dərdi” deyə  çəpər çəkmədən, bir nəfəsə, eyni emosional təsir çərçivəsində baxa bilirsən. Müəllif, filmində hayqırmır ki, “ey dünya, baxın görün, biz nələr çəkmişik” deyil, sadəcə ”baxın görün, nələr çəkdirirlər  bəşəriyyətə” deyir.

Doğrudur, o, dərdi kimlər çəkdirir, söhbətinə qətiyyən qarışmır.

Mixail Rommun məşhur “Adi faşizm” filmindəki kimi, kadrarxası müəllif şərhi, ittihamı yoxdur Şamil Əliyevin filmində.

Filmin uğuru da elə bundadır. O, dünyadakı faşizmi, yəni müasir terminlərlə desək, soyqırımı, terroru, ekstremizmi, kütləvi qırğınları ittiham etməkçün, “Körpələrin göz yaşı”nı şahid (qeyd edim ki, müqəddəs kitablar - “Quran” və “İncil”ə aid hekayələrdən biri də körpə məsumluğunun zülmə son qoymaq mahiyyətini önə çıxarır) çəkməyə üstünlük verib kinomuzda. Məhz milli kinomuzda.

Sədaqət Kamal

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Fevral 2026 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see284

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see269

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see260

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see260

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see258

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see252

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see246

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see244

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see235

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see227

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see221

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see221

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see218

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see212

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see208

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see207

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see206

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see198

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri