Icma.az
close
up
RU
Korporativ şam yeməyindən sonra qadının 13 orqanı çıxarıldı

Korporativ şam yeməyindən sonra qadının 13 orqanı çıxarıldı

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Britaniyalı Rebekka Hində korporativ şam yeməyindən sonra qida zəhərlənməsi diaqnozu qoyulub və nəticədə 13 orqanı və orqan hissələri çıxarılıb.

Qaynarinfo bu barədə "LADBible" portalına istinadən xəbər verir. 

Rebekka bildirib ki, tədbirdən sonra həmkarları tez bir zamanda sağalsa da, o, həftələrlə və aylarla özünü pis hiss etməyə davam edib. Antibiotiklərlə müalicə və həkim məsləhətlərindən sonra ona kompüter tomoqrafiyası təyin olunub.

Müayinələr zamanı onun qarın boşluğunda çoxsaylı törəmələr aşkarlanıb. Biopsiyalar göstərib ki, Rebekkada çox nadir görülən xərçəng növü - qarın boşluğunun psödomiksoması var. Bu xəstəlik zamanı selik və şiş hüceyrələri qarın boşluğunda toplanaraq ciddi fəsadlara yol açır. Xəstəlik artıq bir neçə daxili orqanın səthinə yayılıb və sıx toxumalı şişlər əmələ gətirib.

Rebekkaya iki mürəkkəb cərrahiyyə əməliyyatı tətbiq edilib. Nəticədə onun yumurtalıqları, uşaqlığı, yoğun bağırsağı və mədə-bağırsaq traktının bir hissəsi daxil olmaqla 13 orqanı çıxarılıb.

Bu əməliyyatlardan sonra Rebekka bədənindəki funksiyaların bir qismini kompensasiya etmək üçün gündə 60-a yaxın dərman qəbul etməyə məcbur qalıb. Həmçinin ona HIPEC adlı prosedur tətbiq edilib - bu, qızdırılmış kimyəvi müalicə məhlulunun birbaşa qarın boşluğuna yeridilməsi ilə qalan xərçəng hüceyrələrinin məhv edilməsi məqsədi daşıyır.

Səkkiz kimyaterapiya kursundan sonra aydın olub ki, xəstəlik geri çəkilməyib. Rebekka son eksperimental müalicə kursunu keçib, lakin bu müalicə ciddi əks təsirlərə səbəb olduğu üçün dayandırılıb.

Hazırda 40 yaşlı Rebekka sağalmaz diaqnozla yaşayır və nə qədər ömrünün qaldığını bilmir. Buna baxmayaraq, o, təslim olmaq əvəzinə, həyat keyfiyyətini qorumağa çalışır və nadir xəstəliklərə dair məlumatlılığı artırmağa çalışır.

"Normal yaşamağa çalışıram, əlbəttə ki, müəyyən dəyişikliklərlə. Sörfinqlə məşğul oldum, hava şarı ilə uçdum, it arabası sürməyi sınadım. İndi isə "Pseudomyxoma Survivor" fonduna vəsait toplamaq üçün 90 kilometrlik veloyürüşdə iştirak etdim", deyə Rebekka bildirib.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 May 2025 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri