Icma.az
close
up
RU
Kosmetoloq Aygün Ömərova lisenziyasız nece inyeksiya prosedurlarını həyata keçirir? Yeni Gündəm

Kosmetoloq Aygün Ömərova lisenziyasız nece inyeksiya prosedurlarını həyata keçirir? Yeni Gündəm

Yenigundem saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son illər Azəraycanda kosmetoloji prosedurlara tələbat artdığından bu xidməti göstərən “kosmetoloqlar”ın, estetik mərkəzlərin sayı artıb. Sözsüz ki, bu da qeyri-peşəkar kosmetoloqların və onların qurbanlarının sayını artırır.

XALQ.AZ-ın məlumatına görə, rəsmi statistikaya görə, ölkəmizdə son illər kosmetoloji prosedurlardan əziyyət çəkənlərin sayı kifayət qədər artıb.  Tibbi təhsili olmayanlar belə insanların sağlamlığı və gözəlliklər vəd edib gigeyinik qaydalara riayət etmədən qeyri qanuni prosedurlar həyata keçirilir.

Azərbaycan Respublikasının Qanununa əsasən kosmetoloji iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda “kosmetoloji” iş üzrə tibbi xidmətin göstərilməsi tibbin bir sahəsi kimi qeyd olunub: “Burada tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutulub. Tibbi kosmetologiyaya, cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksion üsullar daxildir. Bu üsullara inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq aid oluna bilər. Bu üsulların hamısı “kosmetoloji” işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoveneroloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssilər məşğul olmaq hüququna malikdirlər”.

 Tibbi təhsili olmadan, lisenziyasız və sertifakatsız  “Laser beauty clink vip” estetik mərkezində fəaliyyət göstərən sosial şəbəkədə  kosmetoloq  by_aygunomar  adı ilə reklam edən Aygün Ömarovadır.   

 

Araşdırmalarımız nəticəsində kosmetoloq Aygun Ömərova   Səhiyyə Nazirliyinin və Elm və Təhsil Nazirliyinin məlumat bazasında ali tibb təhsil olması barədə məlumat yoxdur həmçinin  sertifikasiyası haqqında məlumat mövcud deyil. Dövlət Reyestrində sistemində onunla bağlı heç bir qeyd yoxdur. Yəni o heç bir ali tibbi təhsili, tibbi sertifikata və lisenziyaya malik  olmadan fəaliyyət göstərir.

İddialara görə özünü həkim kimi təqdim edən  Aygun Ömərova  tibbi prosedurları  həyata keçirərək qanunvericiliyimizi heçə sayır.

Aygun Ömərova   müştərilərinə dolğu və plazma terapiya həyata keçirir. Bununla bağlı hətta sosail hesablarında məlumatlar və görüntülər əks olunub.Aygun Ömərova necə lisenziyası, sertifakatı olmadan bütün kosmetoloji prosedurları hətta inyeksiya həyata keçirir?

 Məsələ ilə bağlı  “Laser beauty clink vip” estetik mərkezindən heç bir açıqlama almaq mümkün olmadı, kosmetoloq Aygun Ömərovada zənglərimizə cavab vermədi.

 

 Qeyd edək ki, hüquq mühafizə orqanları tərəfindən lisenziyasız plastik cərrahlar və kosmetoloqlar haqqında araşdırmalarından yayınmaq üçün artıq qanunsuz fəaliyyət göstərən “ixtisaslanmış həkimlər” və “kosmetoloqlar” sosial hesablarını bağlayır.

Həmçinin xəbər verdiyimiz kimi Səhiyyə Nazirliyinin lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair göstərişlərini yerinə yetirmədiyi üçün “Laser Beauty Klinikası”nın həmin filial üzrə lisenziya əlavəsi İqtisadiyyat Nazirliyinin inzibati aktı ilə dayandırılmışdır.

Məlumat üçün bildirir ki,  Yasamal məhkəmənin qərarına əsasən, “Laser Beauty Estetik” 8000 manat cərimələnib.

XALQ.AZ-a  Analitik Ekspertiza Mərkəzindən verilən məlumat görə, Kosmetoloji və cərrahi xidmətlər göstərən istənilən estetik tibb mərkəzinin fəaliyyəti üçün kosmetoloji iş və plastik cərrahi iş üzrə özəl tibbi xidmət lisenziyası tələb olunur.Tibbi kosmetogiyaya, саrrаhi müdaxiəlar istisna olmaqla (plastik саггаhiууауа aid оlmayan) konservativ va korreksion üsullar daxildir. Bu usüllаrа inyeksion рrоsеdurlаr, müxtalif növ араrаt kosmetologiyası (о сümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq рrоsеdurları,və müalicəvi masaj usullarl, plazmoliftinq və  digər рrоsеdurlar  aid оlunur. Bu tibb müəssisələrində praktiki tibb fəaliyyəti üzrə müvafiq sertifikata malik plastik-cərrahlar, həkim-dermatovneneroloqlar və sertifikat alaraq, ixtisaslaşma keçən digər həkim mütəxəssislər fəaliyyət göstərə bilər. İstənilən pasientin kosmetoloq və ya cərrahın sertifikatını tələb etmək hüququ vardır. Qeyd edək ki, həkimlər beş ildən bir sertifikasiyadan keçirlər. Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilər . Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir deyə mərkəzdən bildirilib.

Məlumat üçün bildiri ki, lisenziyasız kosmetoloji fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə bir çox görüntülər var ki, qanunsuz dolğu, full face, botoks, mezolar, lipolitik, bütün inyeksion prosedurları, hətta qanunsuz tələbə hazırlığı həyata keçirir. Hətta endirim adı ilə müştəriləri cəlb edib vaxtı keçmiş kosmetoloji preparatları istifadə olunması ilə bağlı məlumtlar var.

Məsələ ilə bağlı qanunsuz fəaliyyət göstərən kosmetoloq  Ayğün Ömərova  haqqında  Analitik Ekspertiza Mərkəzinə  müraciət olunub.

Araşdırmalarımız davam edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 11 Aprel 2025 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see238

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see224

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see201

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see169

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see142

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see141

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see140

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see132

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see131

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see130

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see126

Dünyanın ən gözəl muzeyi seçildi Fotolar

06 Dekabr 2025 03:51see122

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see120

Zirədə liderlik mübarizəsi, “Sabah” üçün ikincilik oyunu

06 Dekabr 2025 08:01see120

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see120

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri