Icma.az
close
up
RU
Kosmetoloq Elnarə Rzayeva ilə bağlı məhkəmə yeni qərar çıxardı

Kosmetoloq Elnarə Rzayeva ilə bağlı məhkəmə yeni qərar çıxardı

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Ali Məhkəmədə barəsində xüsusi ittiham qaydasında müraciət edilmiş tanınmış kosmetoloq Elnarə Rzayeva ilə bağlı qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Gununsesi.info Pravda.az-a istinadən xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd: Məhkəmə prosesi Bakıda fəaliyyət göstərən “Laser Beauty Clinic”in baş həkimi Rəna Soltanova və həkim-kosmetoloq Rüfət Nigarın şikayəti əsasında baş tutub. Onlar Elnarə Rzayevanın “Instagram” səhifəsində klinika barəsində təhqir və böhtanlar yazdığını bildiriblər. Qeyd edilib ki, Elnarə Rzayeva sosial şəbəkədə “Laser Beauty Clinic” barəsində “Fikirlərinizi əsirgəməyin, bumeranq… Hər kəs bilməlidir ki, bütün etdiklərini, yaşatdıqlarını yaşamadan ölməyəcək insan. Bəlkə çoxunuzun xəbəri yox, amma vaxt var idi, bu iki bacı ən öndə gedən həkimlərimizin torbasını tikirdi, onlardan biri də mən idim. Etmədikləri pislik qalmamışdı, heç vaxt qisasımı almadım, bunların səviyyəsinə düşmədim. Sadəcə illər öncə Allaha tapşırdım, bu da sonuç. Əminəm ki, pulla hamını həmişəki kimi satın ala bilmiyəcəklər, ən azı bu dəfə…” sözlərini yazıb.

Xüsusi ittiham qaydasında şikayət edən MMC-nin baş həkimi Rəna Soltanova və həkim kosmetoloqu Rüfət Nigar Elnarə Rzayevanın Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci (Təhqir və böhtan) maddələri ilə cəzalandırılmasını tələb ediblər.

Elnarə Rzayeva bildirib ki, onun status paylaşmasından əvvəl Xalq artistinin gəlininin “LBC” estetik kosmetoloji klinikada uğursuz əməliyyat olunması barədə mediada xəbərlər yayılıb. Xəbər saytı tərəfindən aparılmış araşdırma nəticəsində məlum olub ki, estetik klinika əməliyyat aparması üçün uyğun lisenziyaya malik deyil.

Nərimanov Rayon Məhkəməsi kosmetoloq Elnarə Rzayevaya Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri üzrə bəraət verib. Lakin ona 148-ci, yəni təhqir maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzası verilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, digər proses iştirakçısı tərəfindən apellyasiya şikayəti birbaşa apellyasiya məhkəməsinə verildiyi üçün iş məhkəmə baxışından çıxarılıb.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Dekabr 2024 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri