Icma.az
close
up
RU
Menu

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

Zülalla ən zəngin çərəz

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

Leyla Əliyeva İSESKO nun Baş direktoru ilə görüşüb

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

Kosmetoloqlar əvvəl həkimlik iddiasında idilər, indi isə fironluq...

Kosmetoloqlar əvvəl həkimlik iddiasında idilər, indi isə fironluq...

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Kubra Məhərrəmova yazır...

Yazıya başlamamışdan əvvəl böyük bir XƏBƏRDARLIQ edirəm. Söhbət savadlı, bilikli, ali tibb təhsilinə malik həkim, həkim-kosmetoloqlardan getmir. Çünki onlar öz mədəniyyətinə, savadına, biliyinə arxayın olub çalışırlar. Və ən maraqlısı odur ki, biz bu peşəkarları nə televiziya, nə də digər reklam bataqlığında görmürük. Çünki adamlar iş görür, şou-hoqqa vermirlər. Keçirəm əsas məsələyə.

Son zamandar tibb və kosmetologiya sahəsində baş verənlərin, həmçinin illər əvvəl baş verən bu kimi bənzər hadisələrin cəzasız qalması cəmiyyətdə ciddi narazılıq yaradıb. Hesab edirəm ki, bu məsələ nə zamanda partlamalı idi. Artıq heç kimə sirr deyil ki, 7 il ali tibb təhsili alan da, 7 gün kursa gedən də özünə "doktor", "uzman" deyir. Necə deyərlər, "iki eşşəyin arpasını bölə bilməyənlər" "uzman-doktor" olurlar. Düşünürəm ki, bu ədalətsizliyə qarşı ilk növbədə elə əsl, diplomlu, sertifikasiyadan keçən həkimlər mübarizə aparmalıdırlar. Çünki o qədər "balam", "quzum", "pişiyim" deyib xəstə başı aldadan geydirmə həkimlər, kosmetoloqlar var ki, həqiqətən də ara qarışıb, məzhəb itib.

Bir şeyə sevinmək olar ki, deyəsən bu baş verənlər dövlət qurumlarını yuxudan oyadıb. Bu kimi yoxlamalar zamanı da xoşagəlməz mənzərələr baş verir. Belə ki, yoxlamalar zamanı dövlət qurumunun əməkdaşlarına da müqavimət göstərib, telefonu onların başına tolazlayırlar. Əslində bu, elə həmin dövlət qurumuna tolazlamaq deməkdir. O deməkdir ki, mən nə dövləti, nə də onun qurumunu tanıyıram.

Bir faktı diqqətinizə çatdırım. Deməli, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yoxlayıcı-mütəxəssisləri tərəfindən bu il yanvarın 22-də Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küç., məhəllə 507-511 ünvanda yerləşən "Laser Beauty Estetik Klinikası" MMC-yə məxsus özəl tibb müəssisəsində planlı yoxlamaya başladılıb. Yoxlama zamanı lisenziyanın şərtlərinə riayət olunması, özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssislərinin sertifikasiyaya cəlb edilməsi, lisenziyada nəzərdə tutulan işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilirməsinin qanunauyğunluğu araşdırılıb. Daha sonra dövlət qurumunun rəsmi press-relizində qeyd edilib ki, yoxlama zamanı baş həkim Rəna Soltanova, klinikanın rəhbəri Yeganə Cəfərova tərəfindən AEM-in yoxlayıcı-mütəxəssislərinə qarşı qeyri-etik davranış nümayiş etdirilib (qışqırıb, telefonu AEM-in mütəxəssislərinin üzərinə çırpıb və yuxarı instansiyalara şikayət edərək, işdən çıxartdırmaqla hədələyiblər) və müqavimət göstərilib.

"Yoxlama nəticəsində tərtib edilən aktı və inzibati xəta haqqında protokolu imzalamaqdan imtina ediblər. Baş verənlərlə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilib. Mövcud qanunvericiliyə əsasən klinikanın fəaliyyətinin dayandırılması istiqamətində zəruri tədbirlər görülür", - deyə qurumdan bildirilib.

Bu, əslində çox maraqlı məsələdir... Ya fəaliyyət göstərən klinikanın rəhbərliyi qanun-qaydanı heçə sayır, ya da nəsə başqa səbəb var ki, fiziki zorakılıq və işdən çıxarılması ilə bağlı təhdid edir müfəttişləri. Görəsən, bu toxunulmazlıq hissini, halını Rəna Soltanovaya kim bəxş edib? Məncə dövlət qurumları bir də bu məsələyə diqqət etsələr, yaxşı olar. Çünki hər kəs belə fironluq eləsə, vay dövlət qurumlarının halına. Əgər bundan sonra o klinika yenə bu və ya digər halda fəaliyyət göstərsə, deməli elə Rəna Soltanova düz edib. Çünki cəza olmadıqca, bəziləri Allahlıq iddiasına düşür. İndi keçirəm bu qəbildən olan klinikalarda aparılan proseduralara.

Dolğular... Dodaq, yanaq, üz və daha sonra gəlir ağır artilleriya - bədən dolğusu. Ayaqlar, yanlar, sinələr və s. Adıçəkilən "Laser Beauty Estetik Klinikası"na məhz bədən dolğusu isə bağlı xeyli prosedurlar həyata keçirilib. Vergi müfəttişləri üçün maraqlı ola bilər deyə düşünürəm. Niyə küçədə 50 qəpiyə peraşki satan adamdan çek tələb olunur, amma 3000-7000 dollar (5100-11900 manat) alan şəxs(lər) çek vermir(lər). Yox, əgər veribsə, o zaman sübutu da olmalıdır, təqdim eləsin ki, verib...

İndi keçirəm "Aquafilling" preparatına. "Aquafilling" tərkibində poliamid, yəni akrilamid olan süni dolğudur. Preparat ətrafına su toplamaqla canlı toxumada uzun müddətli həcm artımını göstərsə də, yüksək iltihab yaradan və toxuma sensibilizasiya edici xüsusiyyətlərə malikdir. Eyni zamanda vaxt keçdikcə poliamid inyeksiya, müdaxilə olunan nahiyələrdəki sinir liflərinin mielin qişası ətrafına toplana bilir. Bu da neyropatiya-xəstələrdə sinir keyiməsi, küt ağrıların yaranmasına gətirib çıxarır. Uzunmüddətli müşahidələr pasiyentlərin potensial onkoloji problemlərlə üzləşəcəyini 90% hallarda istisna etmir.

Bu hər kəsin əldə edə biləcəyi məlumatlardır. Özünə həkim deyənlər bu preparatı xəstəyə yeridəndə bunları bilmirdilər? Bilmirdisə, o zaman o necə həkimdir? Həkimdirsə, bu zəhəri insanların əzasına, bədəninə nə deyib vurublar? Elə şikayət edən xəstələr də eyni bu halları yaşadığını hər biri eyni cür təsvir edir. Yüksək hərarət, ürəkbulanması, ayağa dura bilməmək, dözülməz ağrılar. Ayaqlarda və yanlarda qaralmalar, şişkinlik, iltihab və s. Peşəkar həkimlər deyirlər ki, bu qəbildən olan süni dolğuları bədəndən tamamilə çıxartmaq və təmizləmək mümkün deyil. Ancaq cərrahi müdaxilə ilə müəyyən hissəsini götürmək mümkündür. Yəni bu kimyəvi zəhər ömür boyu həmin adamların qanında, toxumasında, bədənində olacaq. Burada bir daha düşünmək üçün səbəb yaranır. Bədənə edilən dolğuların tərkibini müəyyən edəndən sonra qərar verin. Azərbaycanda olan əksər dırnaqarası kosmetoloqlar daha çox pul qazanmaq üçün süni dolğulardan istifadə edirlər. Çünki onlar daha ucuzdur. Xəstələrin əksəriyyəti də "kosmetoloqlara" inanır və böyük məbləğləri məhz təbii gel üçün ödədiklərinə inanırlar. Burada ikinci məsələ ortaya çıxır ki, süni gellərin bu miqyasda Azərbaycana gətirilməsində kimlər və hansı şirkətlər maraqlıdır? Dolğuların Azərbaycana gətirilməsinə gəlincə, buna icazəni Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi verir. Hətta bunun üçün xüsusi gigiyenik sertifikat da verir. O zaman sual yaranır, əgər bu süni dolğular dünyanın bir sıra ölkələrində, xüsusən də adıçəkilən "Aquafilling" dolğusu qadağandırsa, bu dolğu ölkəyə necə keçirilir? Necə sertifikat alır? Yox, əgər Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bundan xəbəri yoxdursa, o zaman digər dövlət qurumu - Gömrük Komitəsi buna necə icazə verir?! Fakt olaraq illərlə bu məhsul Azərbaycana gətirilib və insanlara yeridilib. Yəni belə çıxır ki, sıravi vətəndaşın çantasında üç eynirəngli və eyniölçülü alt paltar olanda Dövlət Gömrük Komitəsi bu məhsulun satış məqsədiylə ölkəyə gətirilməsi fikrinə düşür və dövlət rüsumu ödənilməsini tələb edir. Amma və lakin tonlarla mənşəyi, mənbəyi məlum olmayan süni, ölümə gətirib çıxaran preparatlar ölkəyə çox rahatlıqla gətirilir...

Hər əlinə şpris alan şəxs başlayır pasiyentləri şikəst etməyə. İndi çoxu deyəcək ki, bəs Rəna Soltanova və onun kimi "kosmetoloqların" pasiyentlərinin orqanizminə yeritdiyi süni dolğular nəticəsində problem yaşayan qadınlar niyə şikayət etmirlər? Çünki onların əksəriyyəti utanır. Çünki bu dolğu prosedurlarını edən qadınların əksəriyyəti öz xəyallarındakı gözəl qadın olmaq arzusu ilə həmin "podval klinikalara" gedəndə çox zaman ailə üzvlərindən gizli gedirlər. Bu da ona gətirib çıxarır ki, can çəkişməsinə düşən qadınların şikayətləri hüquq-mühafizə orqanlarına edilmədiyi üçün, dırnaqarası klinikalar da onları qapıdan qovur ki, "get kimə şikayət edirsən et!" Çünki bu qəbildən olan klinika və "kosmetoloqlar" üçün müştəri, elə Rəna Soltanovanın dediyi kimi "kliyent" kassaya qədər maraqlıdır. Pulu ödədisə, vəssalam. Xəstənin sonrakı halı, ağırlaşmaları onlar üçün maraqlı deyil. Bu məsələdə daha bir məqam da var ki, bu qəbildən olan "kosmetololqarın" bir sıra bloqer və tanınmış adamlar vasitəsilə özlərini reklam etmələridir. Orta statistik adam isə hər hansı "ulduzu" həmin kosmetoloqların səhifəsində görən kimi ürəyi məst olur ki, "bəs mən də gedim, belə gözəl olum". Bütün hallarda bu məsələ çox ciddi araşdırılmalı və cəzaları verilməlidir. Yoxsa, belə hərc-mərcliyin sonu ona gətirəcək ki, bir gün telefonu hansısa "kosmetoloq" cənab nazirin başına çırpacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Yanvar 2025 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see319

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see290

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see288

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see283

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see234

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see232

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see231

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see226

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see225

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see217

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see213

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see208

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see204

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see193

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

15 Noyabr 2026 02:58see187

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see184

Leyla Əliyeva İSESKO nun Baş direktoru ilə görüşüb

15 Noyabr 2026 04:16see181

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see180

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see176

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri