Icma.az
close
up
RU
Kosmik ailənin yeni üzvü“Azersky2” peyki ölkəmizin kosmik sənaye ixracatçısı kimi dünyada mövqeyini gücləndirəcək

Kosmik ailənin yeni üzvü“Azersky2” peyki ölkəmizin kosmik sənaye ixracatçısı kimi dünyada mövqeyini gücləndirəcək

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Azərbaycanın Kosmik Agentliyi (“Azərkosmos”) “Azersky 2” peykini ölkəmizdə hazırlanmış ilk böyük peyk layihəsi kimi qlobal kosmik sənaye cəmiyyətinə təqdim etmək niyyətindədir. Agentliyin rəhbər vəzifəsini icra edən Dunay Bədirxanov bildirib ki, indiyə qədər kosmosa göndərilmiş peyklərdə yerli mütəxəssislərimiz çox az olduğu üçün bu prosesə xaricdən mühəndislər cəlb olunurdu. Hazırda peyk idarəetmə üzrə yerli mütəxəssislərin hazırlanması “Azərkosmos”un imkanlarını gücləndirib. Bu potensial isə “Azersky 2” peykinin birbaşa Azərbaycanda layihələndirilməsi, yığılması və hazırlanmasını təmin edib. Peyk proqramının idarə olunması da milli kadrlar tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycanın növbəti optik müşahidə peykinin 2026-cı ildə orbitə buraxılması nəzərdə tutulur. “Israel Aerospace Industries” şirkəti ilə birgə hazırlanan yeni peyk ölkəmizdə yer səthinin müşahidəsi sektorunda davamlılığı təmin edəcək, hazırda azad edilmiş ərazilərdə aparılan tədqiqatların sürətlənməsinə töhfə verəcək.

Türkiyə ilə birgə kosmik əməkdaşlıq

Azərbaycan qlobal fəzada “Azerspace-1”, “Azerspace-2” və “Azersky” peykləri ilə təmsil olunmaqdadır. “Azərkosmos” son illərdə dünya kosmik ailəsinin etibarlı üzvü kimi dünyanın ən qabaqcıl şirkətləri ilə əməkdaşlığı artıraraq yeni nəsil texnologiyaların tətbiqinə nail olmaqdadır. Bir müddət əvvəl qardaş Türkiyənin “İmpro” şirkəti ilə imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, Kosmik Agentlik “Göktürk-1” peyki vasitəsilə təsvir və həllərdən istifadəni də əldə edəcək. Ötən ilin sonlarında Azərbaycanın Kosmik Agentliyi ilə İtaliyanın yerüstü idarəetmə şirkəti olan “Leaf Space”lə imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin Bakı teleportunda 3,7 metrlik “S/X” diapazonlu anten quraşdırılıb. Yeni qurğu sistemi müxtəlif peyklərdən toplanan kritik məlumatların emalı və ötürülməsini, peyk şəbəkələri arasında nəzarəti, eləcə də kosmosdakı cihazların monitorinqini həyata keçirməyə imkan verir.

ABŞ və Çinin kosmik nəhəngləri ilə bir platformada

Bundan başqa, “Azərkosmos” ötən ilin sonunda Çinin qlobal terminal istehsalçısı olan “StarWin” şirkəti ilə müqavilə imzalayaraq regionda rabitə xidmətlərinin əhatəsini genişləndirmək üçün əlavə peyk resursu bazası qazanıb. Çin şirkəti ilə əməkdaşlıq çərçivəsində, müştərilərə ənənəvi rabitə infrastrukturu olmayan uzaq bölgələrdə xidmət göstəriləcək ki, həmin xidmətləri “Azconnexus”- StarWin” peyk internet platforması birlikdə təchiz edəcək.

Beynəlxalq əməkdaşlıq çərçivəsində “Azərkosmos” qlobal peyk operatoru olan “ABS” şirkəti ilə faydalı əlaqələr qurub. Niderlandda keçirilən “IBC 2024” beynəlxalq sərgi-konfransında ABŞ-ın eyniadlı şirkəti ilə imzalanmış sazişə əsasən, milli kosmik şirkətimiz Amerikanın peyk vasitəsilə Nigeriya ərazisində öz müştərilərinə “Pay TV” xidmətini təqdim edəcək. Həmçinin, dünyanın ən güclü qlobal peyk operatorlarından biri ilə yaxın tərəfdaşlıq “Azərkosmos”un biznes xətlərini genişləndirməyə, təkcə öz peyk resurslarının satışı ilə deyil, qlobal partnyorlara məxsus peyk xidmətlərinin kommersiyalaşdırılması sayəsində də gəlir əldə etməyə imkan verəcək.

Yeni “Azersky2” peykinin fəzaya buraxılması isə kosmik sənayedə mühüm dönüşə səbəb olacaq. 5 il fəaliyyətdə olacağı təxmin edilən peyk ilə 500 km hündürlükdən uzunluğu 400 km-ə, eni isə 5 km-ə qədər fotolar çəkmək mümkündür. Peyk, ayırdetməsi 50 sm-dən daha yaxşı təsvirlər əldə etmək üçün elektro-optikal kamera ilə təchiz ediləcək . Peykin məlumat yaddaşı 1 TB müəyyən edilib. Qurğu saniyədə 0.5 GB ölçüdə material ötürə biləcək. Peyk  “OPTSAT 500” platforması üzərində istehsal ediləcək. Beləliklə, yeni peyk qurğusu Azərbaycanın ən son nəsil peyk parkının yaranmasına və çoxşaxəli və daha dəqiq müşahidələr aparmağa imkan verəcək.

Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda texnologiya habına çevrilir

Yeni peyk Azərbaycanın beynəlxalq regionun kosmik mərkəzinə çevrilməsi yönündə səylərini daha da möhkəmləndirəcək, eyni zamanda, ölkəmizin informasiya təhlükəsizliyində və  kosmos sahəsində digər dövlətlərdən asılılığını tam aradan qaldıracaqdır. Azərbaycanın həm Cənubi Qafqazda, həm də Xəzər regionunda texnologiya habına çevrilməsi prosesi daha da sürətlənəcək və dünyada öncül mövqeyini möhkəmləndirəcək.

“Azersky2” Azərbaycan peyk məhsulları və kosmik sənaye ixtacatçısı kimi dünyada mövqeyini artıracaq. Hazırda Avropa, Afrika, Yaxın Şərq, Mərkəzi Asiya regionlarının 50-dək ölkəsindən 200-dən artıq müştəriyə xidmət göstərərək qlobal və regional peyk xidmətləri ixrac edən “Azərkosmos”un ixrac coğrafiyasının genişlənərək 60-dən çox ölkəni əhatə etməsi mümkün olacaq. Eyni zamanda, qeyri-neft ixracının əsas bölmələrindən birinə çevrilən İT və rəqəmsal texnologiyaların ixracından əldə edilkən valyutanın həcmini artıracaq. Ötən il peyk əmtəəsindən 18 milyon dollar gəlir əldə edən Azərbaycanın yaxın onillikdə bu sahədən ən azı 50-100 milyon dollar dəyərində valyuta qazanması istisna edilmir.

Sözsüz ki, bunlar Azərbaycan iqtisadiyyatının güclənməsinə, post-neft dövründə milli gəlirlərin strukturunda kosmik sənaye dividentlərinin artmasına səbəb olacaq.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Mart 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see218

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see197

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see173

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see169

Agentlikdə müşavirlər və şöbə müdiri vəzifədən azad edildi Sədrin də işdən çıxarılacağı gözlənilir

05 Dekabr 2025 13:54see150

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see146

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see135

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see134

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see134

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see131

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see131

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see129

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see128

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see127

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see127

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see126

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see125

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see124

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see122

Venesuelanın keçmiş kəşfiyyat rəisi Maduro haqqında danışıb...

06 Dekabr 2025 01:16see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri