Icma.az
close
up
RU
Kosmos yarışı geri döndü: Ayda ilk nüvə reaktorunu kim yerləşdirəcək?

Kosmos yarışı geri döndü: Ayda ilk nüvə reaktorunu kim yerləşdirəcək?

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Ayda beynəlxalq rəqabət bir daha qızışır. NASA, 2030-cu ilə qədər Ayda nüvə reaktoru yerləşdirərək Cənub Qütbünü “girilə bilməz zona” elan etməyi planlaşdırır. 


Sherg.az xəbər verir ki, Çin və Rusiya isə oxşar layihəni 2036-cı ilə planlaşdırıb.

 “Politico”nun məlumatına görə, NASA-nın yeni rəhbəri Şon Daffi 2030-cu ilə qədər ABŞ istehsalı olan nüvə reaktorunu Ay səthinə yerləşdirməyə hazırlaşır. Daffi bu addımın ABŞ-a Ayda “girilə bilməz zona” elan etməyə imkan verəcəyini bildirir.

Bu təşəbbüs NASA-nın “Artemis” Proqramı çərçivəsində planlaşdırılan gələcək Ay bazasının eniş ərazisini qorumaq üçün vacib addım kimi qiymətləndirilir.

Lakin Ayı hədəfləyən təkcə ABŞ deyil.

May ayında Çin və Rusiya Ayda öz nüvə reaktorlarını yerləşdirmək məqsədilə əməkdaşlıq haqqında niyyət protokolu imzalayıb. Hər iki ölkə layihələrini 2036-cı ilə qədər tamamlamağı planlaşdırdığı üçün, üç super güc bu gün Ayda ilk olma yarışına girmiş vəziyyətdədir.

Bu hadisələr, ABŞ-ın kosmosda insanlı kəşflərə yönəlmiş prioritetlərinin qəfil və gözlənilməz şəkildə dəyişdiyini göstərir.

Elmi proqramlara ayrılan vəsaitlərdə azalma və NASA-ya 1961-ci ildən bu yana verilən ən aşağı büdcəyə baxmayaraq, qurum Ay araşdırmaları üçün 7 milyard dollardan çox resurs ayırıb.

Bir zamanlar Donald Trampın büdcə ixtisarları təhdidi ilə üz-üzə qalan “Artemis” proqramı artıq 2027-ci ilə qədər Ayda insan yerləşdirmək məqsədilə davam etdirilir.

Daffi verdiyi göstərişdə NASA-dan Ayda gələcək iqtisadi fəaliyyətləri dəstəkləmək üçün nüvə reaktoru yerləşdirilməsi işlərini sürətləndirməyi tələb edib.

Eyni zamanda ABŞ Nəqliyyat naziri olan Daffi, NASA-dan 2030-cu ilin sonuna qədər ən azı 100 kilovat güc hasil edə bilən reaktorun Ayda yerləşdirilməsini istəyib.

Bu miqdar orta hesabla 80 Amerika evini eyni anda enerji ilə təmin edə biləcək səviyyədədir və Ayda daimi baza üçün enerji infrastrukturunu təmin edə bilər.

Ayda davamlı varlıq yaratmaq üçün nüvə enerjisi həyati əhəmiyyət daşıyır. Çünki Ay hər ayın iki həftəsində tam qaranlığa qərq olur və dondurucu soyuqlara məruz qalır.

NASA-nın əməliyyatlarını qurmağı planlaşdırdığı Cənub Qütbündə Günəş heç vaxt yüksəkdən doğmur və bəzi kraterlər daimi qaranlıqda qalır. Bu isə günəş enerjisi ilə yaşamağı demək olar ki, qeyri-mümkün edir.

Lakin bu qəfil dönüşün əsas səbəbi digər super güclərin artan rəqabəti ola bilər.

Daffi “Bunu ilk edən ölkə, gələcəkdə Artemis proqramının yerləşməsinə ciddi şəkildə maneə törədə biləcək bir girilə bilməz zona elan edə bilər” deyə xəbərdarlıq edib. Bu açıqlamanın Rusiyanın və Çinin may ayında elan etdiyi Ayda nüvə reaktoru planlarına işarə etdiyi güman olunur.

Bu da göstərir ki, Ay, xüsusilə də Cənub Qütbü - yeni bir beynəlxalq kosmos yarışının mərkəzinə çevrilməkdədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:258
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Avqust 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri