Icma.az
close
up
RU
Kotleti salfetkaya büküb deyirdi ki, qardaşıma aparıram Şəhidlə uşaq evində böyüyən müğənni haqqında

Kotleti salfetkaya büküb deyirdi ki, qardaşıma aparıram Şəhidlə uşaq evində böyüyən müğənni haqqında

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kulis.az müğənni Hiss haqqında maraqlı faktları təqdim edir.

Röya Məmmədova 13 iyul 1995-ci ildə Bakıda anadan olub.

Uşaq evində böyüyən müğənni həmin günləri belə xatırlayır:

“Başqasını ailəsi ilə xoşbəxt görəndə fikirləşirdim ki, məndə niyə yoxdur. Orda təbii ki, normal olaraq bizə yemək verirdilər, başqa bir uşaq kotleti salfetkaya büküb cibinə qoyurdu və deyirdi ki, qardaşıma aparıram. Sonra avtobusda cibindən çıxarıb iyləyirdi. Deyirdim bu, niyə belə edir, onda başa düşmürdüm. Ət görmür də neyləsin yazıq... Uşaq evində qida, geyim çatışmazlıqları var idi. Aparırdılar öz yetimçələrinə - üzr istəyirəm, uşaqlarına. İnsan kimi insanlar var idi, lakin çoxu görməmiş idi. Həmin müəllimlər də görməyib. Nə var aparırdılar - elə bil ayıdırlar, qışa tədarük görürlər. Özlərinin də dünyagörüşü yoxdur, görməmişdirlər”.


***
O, 2013–2017-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alıb.

***

Hiss musiqi ilə maraqlanmağa 14 yaşında başlayıb. O, 15 yaşında Sən bir nəğməsən adlı musiqi yarışmasında iştirak edib. Professional olaraq ilk mahnısı 2018-ci ildə ifa etdiyi "Mirvarilər" olub.

***
O, sənətə başladığı ilk illərdən səhnə adını Hiss (This is Hiss) olaraq seçib.

Onun sayca beşinci treki olan "İstəmirəm" aylar ərzində “Shazam” Türkiyə çartında Top 50-də yer alıb. Mahnıya çəkilmiş klip “YouTube”da 20 milyondan çox izlənilib.

***

Hiss 2021-ci ilin sentyabrında “Show TV” də yayımlanan “Bir Başka Güzel“ proqramında xüsusi dəvətlə çıxış edib. Onun 2021-ci ildə ifa etdiyi "Karma" treki uzun müddət Azərbaycan üzrə “YouTube” və ” Apple Music” trendlərində birinci yerdə qərarlaşıb.

***
O, ABŞ-nin ən böyük musiqi şirkəti olan “Warner Music Group” ilə İsfar Sarabskidən sonra müqavilə imzalayan 2-ci azərbaycanlı müğənni olub.

Hiss 28 aprel 2023-cü ildə "Formula 1 Azərbaycan Qran Prisi 2023" açılış mərasimində çıxış edib. O, həmçinin 17 may 2023-cü ildə Milli Gimnastika Arenasında keçirilən Bədii gimnastika üzrə 39-cu Avropa çempionatının açılış mərasimində 3 iyun 2023-cü ildə isə “Bakcell Arena”da keçirilən Azərbaycan Kubokunun finalındakı bağlanış mərasimində səhnəyə çıxıb.

***

O, dinləyiciləyicilərinin daha çox gənclərdən ibraət olmasını belə əsaslandırıb:

“Gənclər… Ümumiyyətlə, belə bir şey var, hansısa sənətçi, müğənni fərqi yoxdur, deyir ki, Hissin kütləsi gənclərdir, uşaqlardır. Əslində, bu, çox böyük bir göstəricidir. Həmişə bütün dünya starlarının fanat kütləsi gənclər olub. Yaşlananda o fanatizm və motivasiya olmur. Ona görə də gənclər daha çoxluq təşkil edir və bununla da qürur duyuram. Bu deməkdir ki, mən staram… Bəzən yaxınlaşmağa utanırlar, görürəm telefon əlində dayanır. Deyirəm ki, gəl, gəl... Tərzimi çox sevdiklərini bildirirlər. Mahnılarımdan da danışırlar. Məncə, məndə hər şey - mahnılarım, tərzim, geyimlərim, hamısı bir-birini tamamlayır deyə orijinal görünürəm”.

***
Müğənni müsahibələrinin birində Türkiyəyə köçmək istədiyini deyib:

“Onların iş prinsipləri, işləmə qrafikləri mənə maraqlıdır. Türkiyəyə köçməyi düşünürəm. İş olanda gəlib-gedim. Bu yaxınlarda yəqin ki, edərəm. Çünki onlar çox başqa cür işləyirlər, bizim kimi deyil, ideya var. Onların məqsədi dünyaya çıxmaqdır, yeni, çox başqa bir “sound” etməkdir. Bizdə də elə musiqiçilər çox azdır… Olmaq istədiyim yer dünya səhnələridir… Məsələn, Dua Lipa kimi dünya ulduzu olmaq. Rihannanın adını deməyəcəm, çünki o, ikondur. Dünya səhnələrində olmaq istəyirəm yox, olacam. Başqa yolum yoxdur”.

***

Onun dediyinə görə, yaşadığı uşaqlar evində uşaqlara maaş kimi baxırdılar:

“Mən yaşadığım yer yaxşı idi. Uşaqların dünyagörüşünü inkişaf etdirmirlər. Onlara maaş kimi baxırlar, gəldi, yedirtdi, getdi. Onlara əşya kimi baxırlar, gələcəyini düşünmürlər, şəxsiyyət kimi yanaşmırlar. Orada yüzlərlə uşaq var, necə tərbiyə etsinlər? Öz uşaqları kimi yanaşmırlar”.

***
İfaçı Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovla eyni uşaq evində böyüyüb.

Bu barədə o, instaqramda foto paylaşaraq yazıb:

“Bəzi şeylər var ki, sözlə ifadə etmək olmur. Olsa belə, çox mənasız qalır. Nur içində yat, mənim balaca qardaşım!”.

***

O, uşaq evindən övladlığa uşaq götürmək istəsə də, sonra buna hazır olmadığını düşünüb:

”Uşaq evlərinə baş çəkməmişəm. Amma düşünürəm. Hətta fikirləşirəm ki, bir uşaq götürüm. İnşallah gələcəkdə sənədlərdə bir problem çıxmaz. Məncə, getsəm, bir az sıxılaram. Özümü ələ alım, sonra”.

"Muse" İstanbul konsertini ləğv edib - Səbəb Zərif və döyüşən poeziya - Tofiq Bayramın 90 illiyinə Xidmətçi qıza aşıq olan evli qadın - Ən yaxşı 10 LGBT filmi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://kulis.az
archiveBu xəbər 30 Aprel 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri