Icma.az
close
up
RU
“Kouçlar səssiz anlaşmaların yolçularıdır” ICF Azərbaycanın prezidenti

“Kouçlar səssiz anlaşmaların yolçularıdır” ICF Azərbaycanın prezidenti

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mayın 17-də Beynəlxalq Kouçluq Federasiyasının (ICF) Azərbaycan bölməsinin prezidenti Ebru Kaya Caymaz ilk rəsmi Beynəlxalq Kouçluq Həftəsi tədbirində çıxış edib.

Sözləri ilə fərq yaradan Ebru Kaya Caymaz kouçluğun bir peşədən daha çox bir insanlıq halı olduğunu vurğulayıb.

ICF Azərbaycan rəhbəri Ebru Kaya Caymaz çıxışında kouçluğun təkcə bir peşə yox, bir ruh halı, bir duruş və etik davranış forması olduğunu qeyd edib.

“Kouçluq təkcə dinləmək deyil, sükutun içindəki səsləri eşitməkdir. Təkcə sual vermək deyil, həmin suallarla insanın öz həqiqətinə qovuşmasına yol açmaqdır”, - o qeyd edib.

Nitqində Xarıbülbül metaforunu mərkəzə alan Ebru Kaya Caymaz kouçluğu sükut içindən çiçəklənən bir dəyişim prosesi kimi xarakterizə edib: “Bəzən bir baxış, bir nəfəs, bir sükut – bütün istiqaməti dəyişir. Ruhlanırıq… Dəyişirik… və içimizdə bir Xarıbülbül çiçəklənir”.

Tədbirdə Milli Məclisin üzvləri Sevinc Hüseynova, Arzu Nağıyev və Pərvin Kərimzadə, Azərbaycan Texniki Universitetinin rektoru professor Vilayət Vəliyev, elm, təhsil və ictimaiyyət nümayəndələri, sponsorlar və spikerlər iştirak ediblər.

2023-cü ildə yaradılan ICF Azərbaycan, 2024-cü ildə rəhbərliyi təhvil alan yeni idarə heyəti ilə vizyonunu daha da irəliyə aparıb. Bu gün təşkilat Azərbaycanda kouçluq mədəniyyətini yaymaq, peşəkarları dəstəkləmək və etik duruşla cəmiyyətə ilham vermək məqsədilə fəaliyyət göstərir.

Ebru Kaya Caymaz bildirib ki, kouçluq yalnız dinləmək deyil, sükutun içindəki səsləri eşitməkdir: “Bir çiçək kimi... Adı Xarıbülbül olan, ən çətin şəraitdə belə açmağı bacaran bir çiçək kimi. Necə ki Xarıbülbül ən sərt şəraitdə belə çiçəkləyir, kouç da insanın içindəki gücü - ağrıdan, qorxudan, keçmişin dərinliklərindən çıxarır. Biz burada yalnız bir fikir paylaşmadıq. Bir toxum əkdik. Dinləyən hər kəs - artıq bu toxumun bir hissəsidir. Kouçluq təkcə bu gün üçün deyil, gələcəyə açılan bir ümiddir”.

E.Caymaz, ICF dəyərlərini sadəcə təmsil edən deyil, yaşayan bir lider kimi kouçluğun zərifliyinə, gücünə və dəyişdirici təsirinə diqqət çəkdi. Bu gün atılan hər bir addım sabahın liderlik anlayışına ilham qaynağıdır.

“Bəzən bir çiçək danışar… və biz o sükutu dinləyərik. Kouçlar səssiz anlaşmaların yolçularıdır”.




Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 May 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri