Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
London, 6 oktyabr, AZƏRTAC
Böyük Britaniya Kralı III Çarlz qardaşı Endryu Mauntbatten-Vindzora verdiyi şəxsi maliyyə dəstəyinin onun polisə qarşı məhkəmə çəkişməsinin xərclərini ödəmək üçün istifadə edilməməsini tələb edib.
AZƏRTAC “The Telegraph”a istinadla xəbər verir ki, Bukingem Sarayındakı mənbə Kral Çarlzın Endryunun Temza Vadisi Polisi tərəfindən həbs olunmasının qanuniliyinə məhkəmədə etiraz etməsi prosesində iştirak etmədiyini bildirib. Mənbənin sözlərinə görə, Endryu Mauntbatten-Vindzora böyük qardaşından aldığı maliyyə vəsaitinin Ali Məhkəmədə qaldırdığı iddianın maliyyələşdirilməsinə sərf edilməməli olduğu açıq şəkildə bildirilib.
“The Telegraph” keçmiş şahzadənin dövlət vəzifəsində qanunsuz davranış şübhəsi ilə saxlanılmasının şəraiti ilə əlaqədar Temza Vadisi Polisinə qarşı hüquqi proses başladığını açıqlamışdı. İddia polisin axtarış orderini icra edərkən atdığı addımlarla bağlıdır.
Temza Vadisi Polisi isə hüquqi iddianın detallarının məxfi saxlanılması üçün müraciət edib. Oktyabrın 8-də Ali Məhkəmədə keçiriləcək dinləmədə məhkəmə sənədlərinə çıxışın məhdudlaşdırılması ilə bağlı bu müraciətə baxılacaq.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 06 Oktyabr 2026 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















