Kral öldü, yaşasın kral!
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Norveç Kral Sarayı Kral V Haraldın vəfat etdiyini açıqlayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Kralın ölüm xəbəri az əvvəl rəsmi olaraq təsdiqlənib.
Kralın səhhəti son günlər kəskin şəkildə pisləşmişdi. O, avqustun 17-dən etibarən Oslodakı xəstəxanada müalicə olunurdu. Əvvəlcə qan xəstəliyi – hemolitik anemiya ilə bağlı müalicə alan monarxda daha sonra qanda bakterial infeksiya aşkarlanmışdı.
Avqustun 27-də Kral Sarayı Haraldın səhhətinin “çox ciddi” olduğunu bildirmişdi. Onun həyat yoldaşı, Kraliça Sonya və Vəliəhd Şahzadə Haakon bütün rəsmi tədbirlərini ləğv edərək kralın yanında olmuşdular.
Harald V 1991-ci il yanvarın 17-də atası Kral V Olavın ölümündən sonra Norveç taxtına çıxmışdı. O, Avropanın ən uzun müddət hakimiyyətdə olan monarxlarından və dünyanın ən yaşlı hökmdarı idi.
Kralın vəfatından sonra Norveç taxtına onun oğlu, Vəliəhd Şahzadə Haakonun keçməsi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 28 Avqust 2026 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















