Britaniya kral ailəsinin həkimi müəmmalı şəkildə öldü
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Britaniya kral ailəsinin terapevti Hanna Terri İngiltərənin şərqindəki Norfolk qraflığında, Sandrinqem malikanəsinin yaxınlığındakı evində ölü tapılıb.
Moderator.az xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, 45 yaşlı Terrinin meyiti oktyabrın 4-də aşkarlanıb. Bildirilir ki, qadın küt əşyanın başına vurulması nəticəsində ölüb. Hazırda onun əri Mark Keyn qətldə şübhəli bilinir. O, daha əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Nəşr qeyd edir ki, Hanna Terri Sandrinqem malikanəsində olduğu müddətdə kral ailəsinin yüksəkvəzifəli üzvlərini müalicə edib.
Qəzetin mənbələrinin sözlərinə görə, Böyük Britaniya Kralı III Çarlza və Kraliça Kamillaya Terrinin ölümü barədə məlumat verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 07 Oktyabr 2026 20:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















