Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Samiq Sadıxov vəzifəsindən azad edildi

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

“Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda birgə regional seminar keçirilir YENİLƏNİB 2 VİDEO AZƏRTAC

“Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda birgə regional seminar keçirilir YENİLƏNİB 2 VİDEO AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 2 dekabr, AZƏRTAC

Dekabrın 2-də Əqli Mülkiyyət Agentliyinin və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən “Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda birgə regional seminar işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan ilə ÜƏMT arasında kreativ iqtisadiyyat sahəsində əməkdaşlığın davamı olan regional seminarda bu beynəlxalq təşkilatı təmsil edən nümayəndə heyəti, həmçinin Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan nümayəndələr iştirak edirlər.

Açılış mərasimində çıxış edən Agentliyin rəhbəri Kamran İmanov bildirib ki, bugünkü regional seminar müəyyən mənada innovasiyadır: yeni yanaşma və yeni həllər yoludur. Bu seminar yaradıcılığı, ixtiraçılığı və özünüifadə etməyi davamlı iqtisadi artımın əsas drayveri kimi təsvir edir, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının yeni hazırlanan CEDM modelinin tətbiqi təklifini tətbiq etməyimizə dəstək göstərir.

K.İmanov diqqətə çatdırıb ki, CEDM – kreativ iqtisadiyyatın data (məlumat) modelidir. CEDM model empirik dataların toplanmasında, kreativ iqtisadiyyatın dəyərlənməsində çoxsahəli ölçü aləti rolunu oynayan və geniş faktorların nəzərə almasına imkan yaradan alətdir. Burada kreativ məhsul istehsalatı olan institusional mühit kreativ istehsalı tələb edən resurslar və kreativ sektorun iqtisadiyyata təsirini göstərən kreativ (yaradıcı) nəticələrdir. Bu cür yanaşma yenidir, daha dərin, mükəmməl aspektləri ilə yanaşı, sosial və mədəni aspektlərini də nəzərə alır və bu modeldə əqli mülkiyyətin rolu, xüsusən müəlliflik hüququnun əhəmiyyəti qabarıq şəkildə göstərilir.

ÜƏMT-nin departament direktorunun müavini, böyük menecer Dimiter Qançev çıxışında bildirib ki, bu gün əsas məsələlərdən biri iqtisadiyyatın şaxələndirilməsidir. Eyni zamanda, biz iqtisadi baxımdan qeyri-sabit dövrdə yaşayırıq. Digər tərəfdən, hər kəs əlində olan resursları optimallaşdırmağa çalışır. Bunlardan biri də yaradıcılıqdır, kreativlikdir.

ÜƏMT rəsmisi diqqətə çatdırıb ki, kreativlik özü-özlüyündə iqtisadi inkişaf yaratmır. Bunun üçün mühit olmalıdır. Həmçinin bir mexanizm olmalıdır ki, kiçik şirkətlər, böyük şirkətlər öz məhsullarını bazara çıxara bilsinlər. Əsas mexanizmlərdən biri də əqli mülkiyyət hüquqlarının qorunmasıdır. Bunun vasitəsilə yaradıcılıq məhsulları bazara çıxarıla bilər və bundan iqtisadi dəyər əldə edilə bilər. Bu səbəbdən müəllif hüquqlarının və əqli mülkiyyət hüquqlarının qorunması yaradıcı sənaye üçün olduqca vacibdir.

D.Qançev qeyd edib ki, ÜƏMT 20 il əvvəl kreativ sənayenin iqtisadiyyata töhfəsini ölçən metodologiya hazırlayıb. Bunun da əsası müəllif hüququnun qorunmasıdır. Bu, çox önəmli və aydın meyarlardan biridir. Bu metodologiyanı 65 ölkə, o cümlədən Azərbaycan qəbul edib.

“Ümumi daxili məhsulda (ÜDM) kreativ sektorun rolu getdikcə güclənir. Metodologiyanı tətbiq etdik və anladıq ki, bu, tam şəraiti bizə demir. Bu, təkcə ÜDM və iş yerləri ilə bağlı deyil. Bunun sosial və mədəni təsirləri də var. Yaradıcılıq bir vakuumda fəaliyyət göstərmir. Bunun üçün müvafiq ekosistem olmalıdır ki, bu sahə genişlənsin və inkişaf etsin. İki gün ərzində regional seminarda biz növbəti addımları müzakirə edəcəyik. Məsələn, biz o ekosistemi necə görmək istəyirik ki, yaradıcılıq inkişaf edə bilsin, bunun üçün parametrlər necə olmalıdır. Biz inanırıq ki, yeni model vasitəsilə biz bir nümunə təqdim edə bilərik.

Azərbaycan bu layihəni ilk tətbiq etdiyimiz ölkələrdən biridir. Biz gələn il modelin icrasının nəticələrini açıqlayacağıq”, - deyə ÜƏMT rəsmisi bildirib.

Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov yaradıcı sənayenin dünyada sürətlə inkişaf edən sahələrdən biri olduğunu deyib. Onun sözlərinə görə, bu, həm rəqəmsallaşma, həm də dövlətlərin diqqətinin artırılması və sərmayə qoyulması ilə bağlıdır: “Yaradıcı sahənin inkişafı əqli mülkiyyət məsələlərinin əhəmiyyətini, aktuallığını da artırır. Bugünkü rəqabətli biznes mühitində əqli mülkiyyət bütün şirkətlər üçün dəyərli bir aktivə çevrilir. Kiçik və orta bizneslər üçün onların əqli mülkiyyət hüquqlarını başa düşmələri və qorumaları innovasiyaları təşviq etmək, bazarda mövcud olmaq və rəqabət üstünlüklərini qorumaq üçün çox vacibdir. Əqli mülkiyyət məsələləri, həmçinin yaşıl innovasiyalar, yaşıl iqtisadiyyatın dəstəklənməsində mühüm rola malikdir. Əqli mülkiyyət qorumaq və rəqabət üstünlüyünü təmin etməklə yaşıl texnologiyalara investisiyalar ayrılmasına xidmət edir. Bütün qeyd edilən amillər fonunda əqli mülkiyyət aktivlərinin genişlənməsi ölkəmizin yaşıl inkişaf gündəliyinin daha effektiv həyata keçirilməsinə töhfə verəcək”.

Açılış mərasimində, həmçinin Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, deputat Hikmət Babaoğlu, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, AZPROMO-nun rəhbəri Yusif Abdullayev çıxış edərək tədbirin mövzusunun aktuallığını qeyd ediblər, regional seminarın işinə uğurlar arzulayıblar.

Daha sonra tədbirdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun “Əqli Mülkiyyətin yenidən dərk edilməsi və kreativ iqtisadiyyat” mövzusunda məruzəsi dinlənilib.

Agentliyin rəhbəri bildirib ki, əqli mülkiyyətin müasir konteksti nəzərəçarpan dərəcədə dəyişib, onun kökündə təkcə hüquqi məna deyil, iqtisadi və sosio-mədəni məna da başa düşülür. Əqli mülkiyyətin müasir kateqoriyasında fiziki və hüquqi şəxslərin əqli fəaliyyət nəticələrinə (ƏFN) verilən yalnız müstəsna hüquqlar deyil, bilavasitə ƏFN də nəzərə alınmalıdır.

Məruzədə kreativ iqtisadiyyatın inkişafında bir sıra qurumların, o cümlədən İqtisadiyyat Nazirliyinin, Əqli Mülkiyyət Agentliyinin, Mədəniyyət Nazirliyinin, habelə Elm və Təhsil, Rəqəmsal İnkişaf və Nəqliyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mühüm rolu qeyd olunub.

K.İmranov diqqətə çatdırıb ki, Əqli Mülkiyyət Agentliyində aparılan təhlil və hesablamalara görə, Azərbaycanda ÜDM-də kreativ sənayenin payı getdikcə artmaqdadır. Bu göstərici 2024-cü ilin 1 yanvarına olan vəziyyətə görə 5,2 faizə çatıb və hazırda inkişaf etmiş ölkələr səviyyəsindədir.

Daha sonra ÜƏMT-nin departament direktorunun müavini, böyük menecer Dimiter Qançev “Kreativ iqtisadiyyatın mövcud ölçmə modellərinə ümumi baxış” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə hər bir modelin dataya əsaslandığı qeyd olunub. Eyni zamanda, bildirilib ki, data hər şeyi ifadə etmir. Məsələyə elmi yanaşılmalıdır. Datalar məlumata çevrilməli, qəbul edilən qərarların elmi əsası olmalıdır.

Seminarın ilk günündə ÜƏMT-nin nümayəndələri “Müəllif-hüquq sənayesi ÜƏMT çərçivəsində”, “Kreativ iqtisadiyyatın data modelinin yaradılması”, “Modelin çərçivəsi, strukturu və indikatorları”, “İndeks metodologiyası və məlumat mənbələri, tələblər” mövzularında məruzələrlə çıxış ediblər.

İki gün davam edəcək seminarda ÜƏMT-nin peşəkar mütəxəssisləri kreativ iqtisadiyyatın aktual məsələlərinə dair məruzələrlə çıxış edəcək, əqli mülkiyyətin, o cümlədən müəlliflik hüquqlarının kreativ iqtisadiyyatın inkişafında payı barədə müzakirələr aparılacaq. Həmçinin kreativ iqtisadiyyatın inkişafında Azərbaycan təcrübəsi və bu sahədə ölkəmizdə həyata keçirilən layihələr barədə tədbir iştirakçıları qarşısında geniş təqdimat olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Dekabr 2024 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see321

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see263

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see239

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see236

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see204

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see201

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see183

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see174

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see164

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see153

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see152

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see151

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see149

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see129

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see127

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see126

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see125

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see125

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see125

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri