Kredit götürmək istəyənlərin nəzərinə: gələn il faizlər... Rəsmi
GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanda ümumilikdə cari il ərzində pul siyasəti yumşaldılmış, uçot dərəcəsi 7.25%-dən 6.75%-ə, faiz dəhlizinin yuxarı həddi 8.25%-dən 7.75%-ə, dəhlizin aşağı həddi isə 6.25%-dən 5.75%-ə endirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilir.
Hazırda uçot dərəcəsi son 4 ilin minimum səviyyəsindədir və neytral faiz dərəcəsinə yaxındır.
AMB-nin bəyanatında qeyd edilir ki, 2026-cı ildə də monetar şəraitin formalaşmasında faiz dəhlizi mühüm rol oynamaqda davam edəcək və pul bazarında qısamüddətli faizlər pul siyasətinin yardımçı əməliyyat hədəfi olaraq istifadə ediləcək. O da bildirilir ki, banklararası pul bazarındakı faizlərin Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət etməsi üçün Mərkəzi Bank arsenalındakı bütün alətlərdən adekvat və çevik şəkildə istifadə edəcəkdir.
“Daimi imkan alətləri növbəti ildə də banklararası pul bazarında faizlərin faiz dəhlizi daxilində formalaşmasını təmin edəcəkdir. Daimi imkan aləti olaraq gecəlik depozit və gecəlik əks-repo əməliyyatlarından istifadə ediləcəkdir. Bu alətlər üzrə faiz dərəcələri müvafiq olaraq faiz dəhlizinin aşağı və yuxarı hədlərinə bərabər olacaqdır”- deyə, Mərkəzi Bankdan bildirilir.
Qeyd edək ki, 2025-ci ildə olduğu kimi, 2026-cı ildə də Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinə 8 dəfə baxmağı planlaşdırır. Məlumata görə, AMB-nin pul siyasəti qərarları ictimaiyyətə fevralın 4-də, aprelin 2-də, mayın 6-da, iyunun 24-də, avqustun 5-də, sentyabrın 23-də, noyabrın 4-də və dekabrın 23-də açıqlanacaq. Fevral, may, avqust və noyabrda qərarların açıqlanması AMB-nin sədri Taleh Kazımovun mətbuat konfransı ilə müşayiət olunacaq, həmçinin həmin günlərdə ekspertlərlə görüşlər keçiriləcək. Qərarlar elan olunduqdan sonrakı iş günündə qüvvəyə minəcək.
2025-ci ildə illik inflyasiya əsasən hədəf diapazonunda (4±2%) qalaraq noyabrda 5.5% olmuşdur. 2026-cı ildə Mərkəzi Bank inflyasiyanı hədəf diapazonunda saxlamağı planlaşdırır və proqnozlara görə illik inflyasiya 5.7% səviyyəsində gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 26 Dekabr 2025 01:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















