Icma.az
close
up
RU
​Kredit ödənişində çətinlik çəkənlər nə edə bilər? Ekspertdən AÇIQLAMA

​Kredit ödənişində çətinlik çəkənlər nə edə bilər? Ekspertdən AÇIQLAMA

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kredit ödənişlərində çətinlik yaşayan vətəndaşlar üçün müddətin uzadılması aylıq maliyyə yükünü azaltmaq baxımından çıxış yolu ola bilər. Xüsusilə qısa müddətli kreditlərin daha uzun müddətə bölünməsi borcalanın ödəniş imkanlarını müəyyən qədər yüngülləşdirə bilər. Lakin kredit müddətinin uzadılması hər bir müştəri üçün eyni şərtlərlə tətbiq olunmur və əlavə faiz və digər ödənişlərə səbəb ola bilər. 

Kredit müddətinin uzadılması hansı hallarda və kimlər üçün mümkündür? Bu imkanın tətbiqi üçün banklar hansı meyarları nəzərə alır?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən Crypto Consulting MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev bildirib ki,kredit ödənişlərində çətinlik yaşayan vətəndaşlar üçün kredit müddətinin uzadılması aylıq maliyyə yükünün azaldılması baxımından mümkün həll yollarından biri ola bilər.

Onun sözlərinə görə, xüsusilə qısa müddətli kreditlərin daha uzun müddətə bölünməsi aylıq ödəniş məbləğini aşağı salaraq borcalanın ödəniş imkanlarını müəyyən qədər yüngülləşdirə bilər. Bununla belə, bu imkan bütün müştərilər üçün avtomatik və eyni şərtlərlə tətbiq edilmir: “Kredit müddətinin uzadılması əsasən maliyyə çətinliyi yaranmış, lakin yeni ödəniş qrafiki əsasında borcunu qaytara biləcək müştərilər üçün nəzərdən keçirilə bilər. Kredit ödənişlərinin çətinləşməsi, gəlirin azalması və ya digər maliyyə səbəbləri belə müraciət üçün əsas ola bilər. Yekun qərar isə bank tərəfindən hər bir müştərinin vəziyyəti ayrıca qiymətləndirildikdən sonra qəbul edilir. Bu zaman bank borcalanın yeni şərtlərlə krediti ödəmək imkanına, gəlirinin məbləği və mənbəyinə, mövcud kredit və digər borc öhdəliklərinə, əvvəlki ödəniş intizamına və ümumi maliyyə vəziyyətinə baxa bilər”.

Ekspert qeyd edib ki, kredit təminatla verilibsə, təminatın vəziyyəti və dəyəri də nəzərə alına bilər: “Əsas məqsəd müddətin uzadılmasından sonra formalaşacaq yeni ödəniş qrafikinin müştəri üçün real və davamlı olub-olmadığını müəyyən etməkdir. Məsələn, vətəndaşın 12 aylıq kredit üzrə aylıq ödənişi 500 manatdır və gəlirinin azalması səbəbindən bu məbləği ödəməkdə çətinlik çəkir. Bank onun müraciətini və maliyyə vəziyyətini uyğun hesab edərsə, kreditin müddətini 24 aya qədər uzada bilər. Bu halda aylıq ödəniş əvvəlki məbləğdən daha aşağı ola və borcalanın aylıq maliyyə yükünü azalda bilər. Lakin kredit daha uzun müddətə yayıldığı üçün ümumi faiz ödənişi arta bilər. Bundan başqa, restrukturizasiyanın şərtlərindən asılı olaraq digər ödənişlər də nəzərdə tutula bilər. Buna görə vətəndaş yeni qrafik üzrə yalnız aylıq ödənişə deyil, kreditin ümumilikdə neçəyə başa gələcəyinə də diqqət yetirməlidir”.

E.Quliyev əlavə edib ki, bu baxımdan, kredit ödənişində çətinlik yaranan şəxslərin gecikmələr artdıqdan sonra deyil, problem yarandığı ilk mərhələdə banka müraciət etməsi daha məqsədəuyğundur: “Bankla əlaqə saxlayaraq mövcud maliyyə vəziyyətini izah etmək və kredit müddətinin uzadılması və ya digər restrukturizasiya imkanlarını müzakirə etmək mümkündür. Nəticədə belə imkanın təqdim olunub-olunmaması və yeni şərtlər konkret müştərinin maliyyə vəziyyətindən, kredit tarixçəsindən və bankın qiymətləndirməsindən asılı olaraq müəyyən edilir”.

Oğuz Ayvaz 

 Elnur Quliyev 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 Avqust 2026 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri