Icma.az
close
up
RU
Kreditin bitdiyi gün bankı təbrik edirsən: “Xeyirli olsun, birini də sizə aldım” Emin Əfəndi

Kreditin bitdiyi gün bankı təbrik edirsən: “Xeyirli olsun, birini də sizə aldım” Emin Əfəndi

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda bir çoxumuza tanış gələn ifadə: “Vaxtında ağlım olsa idi, burdan bir ev götürərdim, filan qədər idi qiyməti, yalvarırdılar almadım”. Bəli, bir neçə aydan, ya da ildən sonra bu günümüzlə də bağlı elə deyəcəklər. Çünki daşınmaz əmlak bazarında vəziyyət tamamilə dəyişir.

Sadə camaat iqtisadiyyatın çöküşünü və inkişafını üç şeyin qiymətində hiss edir: çörək, benzin və ev. İndi isə görünür ki, bu üçlüyün birində “titrəmə” var. Əvvəllər Bakıda üçotaqlı mənzilin qiyməti kiçik bir adanın dəyərinə bərabər idisə, indi artıq həmin mənzilləri məcbur olub endirimlə satmağa çalışırlar.

Niyə Qiymətlər Düşür?

Bunun əsas səbəbləri göz qabağındadır. Əvvəla, qiymətlər o qədər şişirdilmişdi ki, adi vətəndaş üçün əlçatmaz idi. Üstəlik, banklar da vəziyyəti düzəltməkdə aciz qaldılar. İpoteka təklifləri çox yüksək faizlə verilir, elə bir vəziyyət yaranır ki, ev alan adam əslində həmin mənzili özü üçün yox, bank üçün alır. Kreditin bitdiyi gün bankı təbrik edəsi olursan: “Xeyirli olsun, birini də sizə aldım”

İkinci əsas səbəb isə alıcı qıtlığıdır. İnsanlar bu süni qiymətləri görüb sadəcə gözləmə mövqeyi tutublar: “Qoy qiymətlər bir az da düşsün, onda baxarıq”. Bu gözlənti isə bazarı hərəkətsiz qoyur, satışlar dayanır, nəticədə qiymətləri aşağı salmaqdan başqa çarə qalmır.

Maklerlərin Çarəsizliyi

Azərbaycan maklerlərinin məşhur “hazır müştəri” fəndi də artıq işə yaramır. Əvvəllər onlar “bu dəqiqə götürəcəm” deyən müştəri ilə gəlib mənzili nümayiş etdirirdilər, amma həmin müştəri möcüzəvi şəkildə qeyb olurdu. İndi isə vəziyyət fərqlidir. Heç “hazır müştəri”ni oyuna salmağa ehtiyac yoxdur, çünki müştəri yoxdur! Əllərində qalan evləri satmaq üçün yeni fəndlər fikirləşməyə məcburdurlar, amma görünür ki, yaradıcılıqları da tükənib.

Digər Səbəblər

Qiymətlərin düşməsinə təsir edən başqa bir vacib amil də devalvasiya qorxusudur. Hamının ağlında eyni sual var: “Manatın dəyəri düşsə, evlərin qiyməti necə olacaq?” Bu sual bazarı passivləşdirir. Alıcılar düşünür ki, devalvasiyadan sonra qiymətlər daha da ucuzlaşa bilər, ona görə də indi almaq əvəzinə gözləməyi üstün tuturlar.

Bir başqa səbəb isə Rusiyadan gələn pul köçürmələrinin kəskin azalmasıdır. 2022-ci ildə bazarı hərəkətdə saxlayan milyardlarla dollar dəyərində köçürmələr indi demək olar ki, yox səviyyəsindədir. Nəticədə daşınmaz əmlak bazarı bu dəstəksiz qalıb.

Nə Gözləyək və Nə Etməliyik?

Sadə vətəndaşlar üçün əsas məsləhət: tələsməyin. Qiymətlər hələ də enir və bu proses bir müddət davam edəcək. Əgər mənzil almaq fikriniz varsa, bazarı diqqətlə izləyin, amma “ilk fürsətdə” almağa çalışmayın.

Satıcılar üçün isə vəziyyət daha mürəkkəbdir. Hazırda satış etmək istəyənlər qiymətləri real səviyyəyə endirmək məcburiyyətindədirlər. Yoxsa, maklerlər öz fəndləri ilə də vəziyyəti xilas edə bilməyəcək.

Nəticə

Daşınmaz əmlak bazarında nə baş verdiyini anlamaq üçün çox uzağa baxmağa ehtiyac yoxdur. Süni qiymət şişirtmələri artıq keçmişdə qalıb. İndi real bazar reallıqları danışır. Alıcılar daha ağıllı, satıcılar isə daha ehtiyatlı davranır.

Hər şeydən önəmlisi isə odur ki, bu proses bazarı daha şəffaf və sağlam edəcək. Bir dərs öyrənirik: qiymətləri süni şəkildə artırmaqla bazarı sonsuzadək idarə etmək mümkün deyil. Axırda reallıq gəlib öz sözünü deyir. Ona görə də ev mövzusunda emosiyalarınıza yox, məntiqinizə qulaq asın, ki  “vaxtında yalvarırdılar” məsələsinə dönməsin.

Emin Əfəndi

Sfera.az 

Yazıları Emin Əfəndinin teleqram kanalından izləyə bilərsiniz: //t.me/efendi19

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://sfera.az
archiveBu xəbər 17 Yanvar 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri