Kreml Ankara Bakı Dəməşq alyansına qarşı: “Suriyada əsas oyunçu statusundan məhrum olacağıq”
Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Məlum olduğu kimi, Suriyanın prezidenti Məhəmməd əl-Şaara Colaninin Bakıya səfəri gündəm mövzulardan biridir.
Tribunainfo.az xəbər verir ki, onun səfəri fonunda Azərbaycanın regional məsələlərdə sülh vasitəcisi olması imici bir daha təsdiqlənib.
Belə ki, Colaninin Bakıda keçirdiyi görüşlərlə yanaşı, İsrail nümayəndələri ilə də müzakirə aparması rəsmi Bakının vasitəçiliyinin məhsullarından biridir.
Amma bundan təkcə, İran deyil, artıq Rusiya da narahat olmağa başlayıb. Azərbaycanın sərbəst hərəkəti, ən kritik bölgələrin rəhbərlərini belə müxtəlif risk və təhlükələrdən çəkindirməsi Kremlin ürəyincə olmayıb.
Rusiyanın “Kavcazar” Telegram kanalı yazır ki, Türkiyə öz geostrateji baxışı ilə Yaxın Şərqi yenidən formalaşdırmaq üçün əsas vasitə kimi “mavi yanacaq”dan istifadə edir. “Ankara-Bakı-Dəməşq enerji alyansı İranı Suriya qaz bazarından sıxışdırıb çıxara bilər. Eyni zamanda, Rusiya müharibədən sonrakı Suriyada əsas oyunçu statusunu itirmək riski ilə üzləşir”.
Kanal iddia edib ki, Türkiyə və Azərbaycan enerji diplomatiyası vasitəsilə Yaxın Şərqdə təsirlərini gücləndirirlər. “Azərbaycan Türkiyənin maraqlarının lideridir. SOCAR Türkiyənin nüfuzunun dövlətlərüstü aləti kimi çıxış edir”.
Fərda Uğur
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 14 İyul 2025 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















