Icma.az
close
up
RU
KREML “RUS EVİ” Nİ BAKIYA QAYTARMAQ İSTƏYİR Matvienko Bakıda hansı məsələni qaldırıb?

KREML “RUS EVİ” Nİ BAKIYA QAYTARMAQ İSTƏYİR Matvienko Bakıda hansı məsələni qaldırıb?

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Rusiya Azərbaycanın haqlı olaraq fəaliyyətinə son qoyduğu Bakıdakı “Rus Evi”-ni yenidən dirçəltmək istəyir.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova son brifinqdə məlumat verib.

Zaxarova deyib ki, Rusiya Bakıdakı “Rus Evi” ətrafında yaranmış vəziyyətin həlli ilə bağlı təkliflərini Azərbaycan tərəfinə çatdırıb və konstruktiv qarşılıqlı yanaşma gözləyir: “Mövcud (Bakıdakı “Rus Evi” ətrafındakı-red.) vəziyyətin həlli ilə bağlı təkliflərimiz tərəfdaşlarımıza çatdırılıb. Biz Azərbaycan tərəfinin konstruktiv yanaşmasına və hansısa kompromis həllin tezliklə əldə olunmasına ümid edirik”.

Zaxarova “köhnə bayatıları” təkrarlayaraq, guya “Rus Evi”-nin yalnız humanitar və mədəni məqsədlərə xidmət etdiyini iddia edib: “Bakıdakı Rus Evi Rusiya Federasiyası ilə Azərbaycan arasında mədəni-humanitar yaxınlaşmada, daha doğrusu, mədəniyyət və incəsənət sahəsində əlaqələrin qorunmasında çox mühüm rol oynayır. Bir çox insanlar onu yaradıcı ideyaların, tapşırıqların və layihələrin həyata keçirilməsi üçün çox mənəvi bir yer hesab edirlər."

Zaxarova qeyd edib ki, Bakıda “Rus Evi”-nin fəaliyyətinin bərpası məsələsi Rusiya Federasiya Şurasının sədri Valentina Matvienkonun martın 16-18-də Azərbaycana səfəri zamanı müzakirə olunub. Qeyd edək ki, Azərbaycan tərəfinin səfərlə bağlı rəsmi açıqlamalarında bu barədə heç nə deyilmir... 

Xatırladaq ki, AZAL-a məxsus sərnişin təyyarəmiz Rusiya tərəfindən vurulandan və Moskvanın bu hadisəyə qeyri-adekvat reaksiyasından sonra iki ölkə arasında münasibətlər xeyli gərginləşib. Azərbaycan ən yüksək səviyyədə və açıq şəkildə ölkə Prezidentinin dilindən haqlı tələblərini və iradlarını Kremlə çatdırıb. Əvəzində Rusiya üzr istəmək, günahkarları müəyyən edib istintaqa cəlb etmək və kompensasiya ödəmək əvəzinə, bu ölkənin mediası və Kremlə yaxın kanallar, rusiyalı siyasətçilər, deputatlar, hakim partiya təmsilçiləri Azərbaycana qarşı çirkin iftira kampaniyası aparıblar.

Bu ilin fevralında isə uzun illərdir Azərbaycanda faktiki olaraq qanunsuz fəaliyyət göstərən “Rus Evi”-nin fəaliyyətinə son qoyulub. “Rossotrudniçestvo” rəhbərliyi Azərbaycan Xarici İşlər Nazirliyinin tələbi ilə əlaqədar Bakıdakı “Rus Evi”nin fəaliyyətini dayandırmağa və Bakının mərkəzindəki binaların boşaldılması üçün tədbirlər görməyə məcbur olduğunu bəyan edib.

Bir daha qeyd edək ki, Bakıdakı “Rus Evi” yerli qanunvericiliyin tələb etdiyi şəkildə hüquqi şəxs kimi qeydiyyatdan keçməyib. Bu təşkilatın təkcə Azərbaycanda deyil, digər keçmiş SSRİ respublikalarında, Avropada, eləcə də bir çox başqa dünya ölkələrində Rusiya tərəfindən “yumşaq güc”, təbliğat, kəşfiyyat məqsədləri və yerli gənclərin “beyinlərinin yuyulması” üçün istifadə edildiyi məlumdur.

Xatırladaq ki, Azərbaycan mediasında “Rus Evi”-nin gerçək məqsədləri və fəaliyyəti barədə materiallar dərc ediləndən sonra “Rossotrudniçestvo”-nun başçısı Yevgeni Primakov Azərbaycan KİV-lərini məhkəmə ilə hədələmişdi. Bundan sonra Azərbaycan XİN-in “Rus Evi”-nin qanunsuz fəaliyyəti ilə bağlı məlum bəyanatı yayıldı və təşkilatın Bakıdakı ofisi bağlandı.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Mart 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see147

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see139

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri