Kreml Trampın nadir torpaq resurslarına çıxış müqabilində Ukraynaya kömək təklifinə münasibət bildirib
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.
Kreml ABŞ prezidenti Donald Trampın nadir torpaq resurslarına çıxış müqabilində Ukraynaya kömək təklifinə münasibət bildirib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bunu
“yardımın alınması” adlandırıb.
"Əgər şeyləri öz adları ilə desək, bu, yardımı almaq təklifidir. Onu pulsuz əsasda davam etmirlər, amma kommersiya əsasında edirlər. Yaxşısı əlbəttə ki, heç yardım göstərməmək və bununla da bu münaqişənin sona çatmasına töhfə vermək olardı", deyə Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, Tramp Ukraynaya yardımların davam edəcəyini açıqlayıb. O, ölkəsinin bunun qarşılığında Ukraynadakı nadir torpaq resurslarına çıxış əldə edəcəklərini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 04 Fevral 2025 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















