Icma.az
close
up
RU
Kreml üçün təhlükəli yay: Putin ağır seçim qarşısında

Kreml üçün təhlükəli yay: Putin ağır seçim qarşısında

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əgər bir neçə ay öncəyədək Kreml zamanın öz xeyrinə işlədiyini hesab edirdisə, artıq vəziyyət dəyişir. Zaman tədricən Ukraynanın və onun Qərb müttəfiqlərinin xeyrinə işləməyə başlayır.

Kremlin ən zəif nöqtəsi üzə çıxır

Müharibənin ilk illərində Ukrayna əsasən cəbhə xəttində müdafiə xarakterli əməliyyatlar aparırdı. Lakin son aylarda Kiyev tamamilə fərqli strategiyaya keçib. Yüzlərlə uzaqmənzilli pilotsuz uçuş aparatı və raketlə Rusiyanın dərinliklərində yerləşən neft bazaları, neft emalı zavodları, yanacaq anbarları, logistika mərkəzləri və enerji infrastrukturu sistemli şəkildə vurulur.
Bu zərbələrin nəticələri artıq statistikadan çıxaraq gündəlik həyata təsir göstərməyə başlayıb. Rusiyanın əllidən çox regionunda yanacaq qıtlığı yaranıb, bir sıra yanacaqdoldurma məntəqələrində satış məhdudlaşdırılıb, logistika zəncirləri pozulub.

Vəziyyət o qədər kritik həddə çatıb ki, Rusiya Prezidenti Vladimir Putin iyunun 28-də yanacaq böhranına həsr olunmuş xüsusi müşavirə keçirməyə məcbur oldu və hökumətə vəziyyətin stabilləşdirilməsi üçün təcili tapşırıqlar verdi. Bu faktın özü göstərir ki, Ukraynanın hücumları artıq taktiki deyil, strateji nəticələr doğurmağa başlayıb.

Müharibə artıq Moskvanın küçələrinə gəlib

Uzun müddət Kreml müharibənin ağır nəticələrini əsasən sərhəd bölgələri ilə məhdudlaşdıra bilmişdi. Moskva və Sankt-Peterburq sakinləri isə müharibəni televiziya ekranlarından izləyirdi. Artıq vəziyyət dəyişib. Paytaxt və digər iri şəhərlər mütəmadi pilotsuz aparat hücumları ilə üz-üzə qalır. Aeroportların bağlanması, uçuşların məhdudlaşdırılması, sənaye obyektlərinə zərbələr, elektrik və logistika problemləri müharibənin artıq ölkənin mərkəzinə çatdığını göstərir.
Hərbi analitiklərin fikrincə, Ukraynanın əsas məqsədi yalnız zavodları vurmaq deyil, həm də Rusiya cəmiyyətinə müharibənin real qiymətini göstərməkdir.

Britaniyalı ekspert Kir Cayls də hesab edir ki, Putin artıq müharibənin reallıqlarını ictimaiyyət qarşısında etiraf etməyə məcbur olur. Onun sözlərinə görə, Ukrayna uzun müddətdir qarşısına qoyduğu məqsədə-müharibəni rusların öz evlərinə hiss etdirməyə nail olmağa başlayıb.

Diqqət yenidən Ukraynaya yönəlir

Yaxın Şərqdə gərginliyin müəyyən qədər azalması Vaşinqtonun strateji resurslarını yenidən Avropaya yönəltməsi üçün əlavə imkan yaradır.

ABŞ administrasiyası artıq diqqətini yenidən Rusiya-Ukrayna müharibəsinə yönəldir. Donald Trampın da son açıqlamalarında Ukraynanın müharibədə üstünlük qazanmaq imkanlarının artdığı etiraf edilir. Bu isə Qərbdə yeni siyasi atmosfer formalaşdırır.

Əgər bir müddət əvvəl Ukraynaya dəstəyin məqsədi onun müqavimətini qorumaq idisə, indi artıq Kiyevin qələbə qazanmasının mümkünlüyü açıq şəkildə müzakirə olunur. Məhz buna görə də uzaqmənzilli silahlar, pilotsuz sistemlər və yüksək texnologiyalar sahəsində dəstəyin genişləndirilməsi istiqamətində yeni qərarlar qəbul edilir.

Rusiya iqtisadiyyatı sanksiyaların ağırlığını daha çox hiss edir

Müharibənin ilk illərində Kreml iqtisadiyyatı sanksiyalara uyğunlaşdığını nümayiş etdirməyə çalışırdı. Ancaq bu gün mənzərə fərqlidir. Enerji obyektlərinin məhv edilməsi ilə Qərb sanksiyalarının təsiri üst-üstə düşərək iqtisadiyyata ikiqat zərbə vurur. İstehsal azalır, logistika bahalaşır, işçi qüvvəsi çatışmazlığı dərinləşir, müdafiə sənayesinin təminatında problemlər artır.
Hərbi ekspertlərin fikrincə, bu proses davam edərsə, Rusiya hərbi maşınının uzunmüddətli müharibə aparmaq imkanları ciddi şəkildə zəifləyəcək.

Səfərbərlik Kreml üçün siyasi mina sahəsinə çevrilir

Moskvanı narahat edən əsas problemlərdən biri də yeni səfərbərlik dalğasıdır. Artıq könüllü müqavilə sistemi əvvəlki effekti vermir. İtkilər artır. Yeni canlı qüvvəyə ehtiyac yüksəlir. Lakin növbəti genişmiqyaslı mobilizasiya xüsusilə Moskva və Sankt-Peterburq kimi iri şəhərlərin gənclərini əhatə edərsə, bu, Kremlin daxili sabitliyi üçün ciddi təhlükəyə çevrilə bilər.
ABŞ ordusunun Avropadakı keçmiş komandanı Ben Qoces hesab edir ki, imtiyazlı təbəqələrin övladları müharibəyə göndərilməyə başlasa, Putinə ictimai dəstək sürətlə zəifləyəcək.

Krım və Donbas uğrunda son geosiyasi yarış

Ekspertlərin fikrincə, Ukrayna artıq yalnız cəbhədə deyil, Krımın logistik təcridi istiqamətində də mühüm nəticələr əldə edir. Kerç körpüsünün və digər logistika marşrutlarının vurulması yarımadada enerji problemlərini daha da artırıb.

Ekspert Kir Cayls hesab edir ki, bu temp davam edərsə, Krımı əvvəlki şəkildə saxlamaq Moskva üçün getdikcə qeyri-mümkün olacaq. Bununla belə, Putin geri çəkilmək niyyətində görünmür.
Əksinə, Kreml ən azı Donbasın tam nəzarətini təmin etdikdən sonra danışıqlar masasına oturmağı planlaşdırır. Moskvanın son dövrlərdə həm Belarus Prezidenti Aleksandr Lukaşenko, həm də Çin rəhbərliyi ilə intensiv məsləhətləşmələri də məhz bu məqsədə xidmət edir. Lukaşenkonun Putinlə görüşündən dərhal sonra Pekinə səfər etməsi və Si Cinpinlə danışıqlar aparması yaranmış vəziyyətin koordinasiyası baxımından diqqət çəkən hadisədir.

Tehran artıq Moskvanın dayağı ola bilmir

ABŞ-la əldə olunan anlaşmadan sonra İranın prioritetləri də dəyişib. Tehran nə iqtisadi, nə hərbi baxımdan Rusiyaya əvvəlki həcmdə dəstək vermək imkanındadır. Əksinə, İran üçün hazırkı mərhələdə beynəlxalq diqqətin yenidən Rusiya-Ukrayna müharibəsinə yönəlməsi daha sərfəlidir. Bu isə Kremlin regional dayaqlarından birinin zəifləməsi deməkdir.

Putinin qarşısında ağır seçim formalaşır

Mövcud proseslər göstərir ki, Ukraynanın genişmiqyaslı zərbə kampaniyası müharibənin xarakterini dəyişib. Rusiyanın arxa cəbhəsi artıq təhlükəsiz deyil. Yanacaq böhranı dərinləşir. Sanksiyalar iqtisadiyyatı zəiflədir. Mobilizasiya problemləri artır. İctimai narazılıq genişlənir.
Qərbin Ukraynaya dəstəyi isə əvvəlkindən daha sistemli xarakter alır. Əgər bu tendensiyalar yaxın aylarda da davam edərsə, Kreml getdikcə daha çətin dilemma ilə üzləşəcək. Bir tərəfdən müharibəni davam etdirmək Rusiyanın iqtisadi və sosial resurslarını tükəndirəcək, digər tərəfdən isə münaqişəni dondurmaq indiyədək bəyan etdiyi maksimalist məqsədlərdən geri çəkilmək anlamına gələcək.

Bu səbəbdən qarşıdakı aylar təkcə cəbhədə deyil, Kremlin siyasi gələcəyi baxımından da həlledici dövr hesab olunur. Müharibənin ağırlıq mərkəzi artıq tədricən Rusiyanın öz daxilinə keçir və bu, Vladimir Putinin indiyədək üzləşdiyi ən ciddi strateji sınaqlardan biri kimi qiymətləndirilə bilər.

Mürtəza Bünyadlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://olke.az
archiveBu xəbər 01 İyul 2026 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri