Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Biznes kreditlərində rekord artım

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Kreml yeni səfərbərliyə gedə bilərmi?

Kreml yeni səfərbərliyə gedə bilərmi?

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“The Wall Street Journal”un məlumatına görə, Rusiyada Ukrayna müharibəsi üçün yeni əsgər toplamağın çətinləşməsi fonunda hərbi xidmətə cəlb prosesində daha sərt və məcburedici üsulların tətbiq olunduğu iddia edilir. Könüllü müqaviləli xidmətə marağın azalması, cəbhədəki itkilər və hərbi hissələrdəki problemlər Kremlin əlavə səfərbərlik variantını yenidən gündəmə gətirə biləcəyini göstərir. Analitiklər hesab edirlər ki, Donbasın tam nəzarətə götürülməsi hədəfi dəyişməz qalarsa, Rusiya hakimiyyəti parlament seçkilərindən sonra siyasi risklərə baxmayaraq yeni səfərbərlik qərarı vermək məcburiyyətində qala bilər.Əgər Kreml seçkilərdən sonra yeni məcburi səfərbərlik dalğasına başlasa, bu addım Rusiya cəmiyyətində müharibəyə dəstəyin real səviyyəsini və Putin hakimiyyətinin uzunmüddətli daxili legitimliyini necə təsir altına ala bilər?

Politoloq Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiyanın gələcək səfərbərlik qərarı ilə bağlı rəsmi təsdiqlənmiş məlumat yoxdur və bu məsələ hazırda analitik proqnozlar səviyyəsində müzakirə olunur.

Politoloqun fikrincə, seçkilərdən sonra yeni məcburi səfərbərlik dalğasının elan edilməsi Rusiya cəmiyyətində müharibəyə münasibətin real vəziyyətini daha aydın göstərə bilər:

“2022-ci ilin qismən səfərbərliyi zamanı ölkədən on minlərlə insanın çıxması, etirazlar və narazılıqlar müşahidə olunmuşdu. Yeni səfərbərlik xüsusilə iri şəhərlərdə və orta təbəqə arasında narazılığı artıra bilər. Bununla belə, Rusiyada dövlətin informasiya məkanına nəzarəti, təhlükəsizlik strukturlarının geniş səlahiyyətləri və müxalif fəaliyyətə qoyulan məhdudiyyətlər kütləvi etirazların geniş siyasi böhrana çevrilməsi ehtimalını azalda bilər. Bu səbəbdən ictimai narazılığın artması ilə hakimiyyətin sabitliyinin dərhal zəifləməsi arasında birbaşa əlaqə qurmaq düzgün olmaz”.

Politoloq hesab edir ki, Putin hakimiyyətinin legitimliyi baxımından uzunmüddətli təsir əsasən müharibənin nəticələri və iqtisadi vəziyyətdən asılı olacaq. Əgər yeni səfərbərlik böyük itkilərlə müşayiət olunarsa və iqtisadi yük ağırlaşarsa, bu, hakimiyyətin sosial dəstək bazasına mənfi təsir göstərə bilər:

“Əksinə, Kreml hərbi məqsədlərini qismən də olsa reallaşdıra və iqtisadi sabitliyi qoruyub saxlaya bilsə, legitimlik üzərində yaranan təzyiqləri müəyyən dərəcədə idarə edə bilər”.

Politoloq bildirib ki, orduya insan cəlb etmək üçün eyni vaxtda maliyyə stimulları, inzibati təzyiq və mümkün əlavə səfərbərlik mexanizmlərindən istifadə edilməsi müharibənin uzunmüddətli xarakter daşıdığı ehtimalına uyğun siyasət kimi qiymətləndirilə bilər:

“Bu yanaşma göstərir ki, Kreml yalnız qısamüddətli hərbi kampaniyaya deyil, uzun müddət davam edə biləcək qarşıdurmaya hazırlaşır. Bunun əlamətləri kimi müdafiə sənayesinin istehsal gücünün artırılması, hərbi xərclərin dövlət büdcəsində yüksək pay tutması, müqaviləli hərbçilər üçün ödənişlərin artırılması və hərbi istehsalın genişləndirilməsi göstərilir”.

Onun sözlərinə görə, belə tədbirlər avtomatik olaraq Rusiyanın mütləq yeni ümumi səfərbərlik elan edəcəyi anlamına gəlmir. Kreml siyasi və sosial riskləri nəzərə alaraq ilk növbədə könüllü müqaviləli xidmət, yüksək maliyyə təşviqləri və digər inzibati mexanizmlərlə şəxsi heyət çatışmazlığını kompensasiya etməyə çalışa bilər. Bu resurslar kifayət etmədiyi halda isə əlavə səfərbərlik variantı daha real seçimə çevrilə bilər.

Politoloq hesab edir ki, ümumilikdə mövcud tendensiyalar Rusiya rəhbərliyinin Ukrayna müharibəsini qısa müddətdə başa çatacaq əməliyyat kimi deyil, hərbi, iqtisadi və sosial resursların uzun müddət səfərbər edilməsini tələb edən strateji qarşıdurma kimi planlaşdırdığına dair qiymətləndirmələri gücləndirir.

Bununla belə, gələcək qərarlar cəbhədəki vəziyyətdən, itkilərin səviyyəsindən, iqtisadi imkanlardan və beynəlxalq şəraitdən əhəmiyyətli dərəcədə asılı olaraq dəyişə bilər.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 04 Avqust 2026 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see433

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see383

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see356

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see344

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see297

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see294

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see285

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see263

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see261

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see254

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see249

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see246

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see242

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see234

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see225

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see218

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see212

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see199

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see196

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri