Icma.az
close
up
RU
Kremldə Türkiyə və Azərbaycana qarşı təxribat hazırlanır İsrailli ekspertdən kritik XƏBƏRDARLIQ

Kremldə Türkiyə və Azərbaycana qarşı təxribat hazırlanır İsrailli ekspertdən kritik XƏBƏRDARLIQ

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

“Vaşinqton görüşü və əldə olunan razılaşma, əlbəttə ki, bütün istiqamətlərdə böyük imkanlar yaratması baxımından tarixi əhəmiyyətə malikdir”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında israilli tarixçi və politoloq Avraham Şmuleviç deyib.

“Aydındır ki, bu Vaşinqton görüşü, bu memorandum bir sıra dəyişikliklərin əsasını qoydu. Amma bu dəyişikliklərin necə baş verəcəyi və nə ilə nəticələnəcəyi hələlik müəyyənləşdirilməyib. Arxayın olmaq üçün hələ tezdir. Bu dəyişikliklər ilk növbədə, təbii ki, Rusiyanın Cənubi Qafqazdan çıxması, Rusiya imperiyasının süqutunun yeni mərhələsinin başlanğıcı ilə bağlıdır.

Mən uzun illərdir yazıram ki, Rusiya imperiyasının süqutu əsasən Rusiyanın cənubunda, Qafqazda başlayıb. Və vətəndaş müharibəsinin tarixini kim bilirsə, deyər ki, Sovet İttifaqının dağılması da Cənubi Qafqazdan başlayıb. İndi də elə Qafqazda Rusiya imperiyasının süqutunun yeni mərhələsi başlayacaq ki, biz artıq bunu görürük.

İndi Rusiya Cənubi Qafqazdan sıxışdırılıb çıxarılır, lakin bu, o demək deyil ki, oradan çıxmaq istəyəcək. Necə ki, 1917-ci və 1991-ci illərdə Rusiya imperiyasının süqutunun ilk iki mərhələsində Rusiya Cənubi Qafqazı və Şimali Qafqazı qeyri-sabit zonaya, müharibə zonasına çevirmək, bölgəni alovlandırıb yandırmaq üçün hər şeyi etmişdi, çox güman ki, indi də elə edəcək”.

A.Şmuleviç deyib ki, məlumatlara görə, Kremldə çaşqınlıq var:

“Onlar hələ nə edəcəklərini bilmirlər və ciddi zərbə aldıqlarını başa düşürlər, lakin bu çaşqınlıq uzun sürməyəcək. Rusiya əvvəlki idarəçilik üsuluna, yəni nəzarəti ələ keçirməyin özünəməxsus üsuluna, qeyri-sabitlik yaratmaq üsuluna qayıdacaq. Üstəlik, Rusiyanın Azərbaycana, xüsusən də Ermənistana təsir rıçaqları hələ də var. Siz bunu çox yaxşı bilirsiniz. Diasporalar, iqtisadi əlaqələr və s. Düşünürəm ki, bu rıçaqlardan istifadə olunacaq.

Bundan əlavə, Şimali Qafqaz regionu tarixən Cənubi Qafqazla bağlıdır. Rusiya Cənubi Qafqazı tərk edəndə sakit oturmayacaq, əvvəlki qüdrətini qaytarmaq üçün hərəkətə keçəcək. Azərbaycan vəziyyətin gərginləşməsinə hazır olmalıdır”.

Onun sözlərinə görə, artıq vəziyyət qismən gərginləşib:

Həmçinin oxuyun:

Prezident yerli televiziya kanallarına müsahibə verdi – FOTOLAR / VİDEO

“Rusiyanın iqtisadi əlaqələr və diasporadan başqa hansı təsir rıçaqları var? Bu, Rusiyanın yaxın müttəfiqi olan İrandır. Bəli, Rusiya İsraillə müharibə zamanı İrana kömək etmədi, sadəcə olaraq, buna imkanı yox idi. Rusiya, xüsusən də Amerika müharibəyə qoşulanda İrana müəyyən köməklik göstərsə də, bu müharibəyə girə bilmədi. Amma buna baxmayaraq, onlar yaxın müttəfiqdirlər. İran indi bəyanat verib. Bu, çox güman ki, İranın nöqteyi-nəzərində sabitliyin pozulması hesab edilir.

Avraham Şmuleviç

Rusiyanın ikinci etmək istəyəcəyi şey Ermənistanda sabitliyi pozmaq və Paşinyanı yenisi ilə əvəz etməkdir. Hansı ki, bu qüvvələr, hansısa yolla hələ də Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq, bu ölkələr arasında mövcud olan çoxdankı düşmənçiliyə son qoymaq haqqında düşünürlər. Qarabağın işğaldan azad edilməsi, dediyimiz kimi, buna yol açdı.

Ola bilsin ki, Ermənistanın özündə və ya Rusiya Federasiyasında müəyyən erməni qüvvələri tərəfindən hansısa təxribatlar olacaq. Rusiya hakimiyyət orqanlarının nəzarət etdiyi böyük erməni diasporu var. Eləcə də xaricdəki ermənilər tərəfindən hansısa təxribatlar ola bilər. Bəlkə də bu prosesi pozmaq üçün Türkiyə və Azərbaycana qarşı yönəlmiş terror aktları baş verə bilər ki, sonra Rusiya həmişə olduğu kimi vasitəçi qismində çıxış etsin. Rusiya əvvəlcə hansısa konflikti yaradır, onu alovlandırır, elə qondarma “Dağlıq Qarabağ”da olduğu kimi, sonra da vasitəçi rolunda çıxış edir, gəlib deyir, “məsələni həll edək”. Yəni bu, tipik quldur yanaşmasıdır. Onun bunu edəcəyi tamamilə mümkündür”.

A.Şmuleviç qeyd edib ki, münaqişədə bu, narahatedici məqamlardan biridir:

“Amma ümid edirik ki, ABŞ-ın mövqeyi kifayət qədər davamlı olacaq. Bu asan deyil. Bunun üçün ABŞ-ın öz öhdəliklərini yerinə yetirməsi, regionu və ona olan marağını dəstəkləməsi, ABŞ-ın özündə lobbiçilik fəaliyyətinin olması lazımdır. İsrail bu sahədə yüksək təcrübəyə malikdir. Amerikan ictimaiyyətinin geosiyasət sahəsində çalışanlarına çatdırmaq lazımdır ki, bu regionda sabitlik onların marağındadır və Azərbaycanın regiondakı maraqları Ermənistanın maraqları ilə üst-üstə düşür. İsrail bu sahədə çox yaxşı texnologiya işləyib hazırlayıb. Azərbaycan da ABŞ-ın regionun sabitliyində maraqlı olması, yəni münaqişənin sülh yolu ilə həllinə nail olmaqda maraqlı olması üçün bu texnologiya üzərində işləməlidir. Bu, mənim gördüyüm  əsas təhlükədir.

İstənilən halda, bu hadisə tarixi əhəmiyyətlidir. Yeni imkanlar açılıb və ümid edək ki, bu imkanlardan istifadə ediləcək”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Avqust 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see225

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see221

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see170

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see160

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see157

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see154

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see152

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see149

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see145

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see136

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri