Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

ChatGPT də problem yarandı

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Samiq Sadıxov vəzifəsindən azad edildi

Kremlin əlinin altında olan ideoloqlar, politoloqlar Azərbaycana qarşı total hücum kampaniyası aparırlar

Kremlin əlinin altında olan ideoloqlar, politoloqlar Azərbaycana qarşı total hücum kampaniyası aparırlar

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiyada “xarici agent” elan edilmiş politoloq Fyodor Kraşeninnikov öz Teleqram səhifəsində yazır: “Mən belə bir fikir söyləmək istərdim ki, Putinin Ukraynadan sonra növbəti hədəfi ümumiyyətlə Baltikyanı ölkələr deyil, Azərbaycan ola bilər. Axı Baltikyanı ölkələr NATO, Aİ və ümumiyyətlə, hər ölümün dərhal birinci səhifədə olduğu birinci dünyadır. Azərbaycan elə bir bölgədə yerləşir ki, 100 min nəfər (Qarabağ erməniləri) son vaxtlar qaçqın vəziyyətinə düşüb və heç kimin fərqinə varmayıb. Əliyevin yeganə müttəfiqi Ərdoğandır və onların münasibətlərinin mahiyyəti bəlli deyil - ola bilsin ki, Ərdoğan Türkiyəyə dost olan hər hansı başqa fiqurla kifayətlənərdi. Amma Rusiyanın regionda müttəfiqi, Azərbaycana qarşı çoxlu iddiaları olan İran var”.

Kraşeninnikovun başqa sərsəm fikriləri də var. Məsələn; Fyodor Kraşeninnikov deyir ki, Azərbaycan Ermənistan ordusunu da deyil, hər mənada çox zəif olan Dağlıq Qarabağ ordusunu qəhrəmancasına məğlub etdi: “Bütün bunları bəyənib-bəyənmədiyim üçün yox, vəziyyətin mümkün inkişafı kimi yazıram”.

Politoloq Yusif Bağırzadə Bizimyol.info xəbər portalına açıqlamasında Fyodor Kraşeninnikov fikirləri ilə razı olmadığını bildirib: “Azərbaycan dövləti və Azərbaycan ordusu Pribaltika, Ukrayna və yaxud yaxın qonşularımızla da müqayisə edilməz bir dövlətdir. Müqayisəedilməz bir ordudur və bu gün Azərbaycanın hərbi qüvvələri, dünya çapında qeyd olunan bir ordudur. Eyni zamanda Azərbaycanda hakimiyyət, dövlət mövcuddur və hakimiyyətin, dövlətin bütün instituları işləyir. Bununla yanaşı beynəlxalq aləmdə Azərbaycanın nüfuzu bu və ya digər dövlətlərdən qat-qat üstündür. Azərbaycanın strateji müttəfiqi Türkiyədir. Türkiyə NATO-da ikinci böyük orduya və hərbi qüvvəyə malik ölkədir. Bunu hətta yaxınlarda ABŞ-ın dövlət xadimləri də qeyd etdilər. Eyni zamanda nüvə başlıqlı silaha malik olan Pakistan da Azərbaycanın hərbi müttəfiqidir”.

Yusif Bağırzadə qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərinin pozulmasının səbəbkarı da Rusiyanın özüdür: “AZAL-a məxsus təyyarənin Qroznu üzərində Rusiya səmasında vurulması və bununla əlaqədar Rusiya hakimiyyətinin beynəlxalq hüquqa söykənən qərarların qəbul etməməsi, yəni hadisəni boynuna alması, təzminatın ödənilməməsi və yaxud hadisəni törədənlərin cəzalandırılmaması, “quş sürüsü” və yaxud “texniki nasazlıqdan əmələ gəldi” və s. kimi sərsəm, hüquqa sığmayan bəyanatlar verilməsi münasibətləri get-gedə gərginləşdirdi”.

Politoloqun fikrincə, son zamanlar zamanlar Kremlin əlinin altında olan ideoloqlar, politoloqlar Azərbaycana qarşı total hücuma başlayıblar və Azərbaycana qarşı edilən bu çıxışlar, Rusiyanın özünün dövlət kimi zəif olmasının göstəricisidir: “Rusiya çalışır ki, bu və ya digər formada diplomatik cəbhədə və yaxud digər nəlayiq, yəni dövlət münasibətdən kənar hərəkətlərlə Azərbaycana ziyan vursun”.

Yusif Bağırzadə hesab edir ki, Kiyevin və Odessanın yaxınlığında Azərbaycanın neft şirkətinə məxsus obyektlərin vurulması bariz nümunədir.

“Bilirsiniz ki, Çində toplantı keçirilir. Ötən gün Rusiyanın dövlət başçısı ilə Ermənistan dövlət başçısının saat yarımlıq gərgin söhbətləri olub. Məndə olan məlumata görə, həmin görüş çox gərgin keçib. Hər iki tərəf kifayət qədər həmin görüşdə çox gərgin görünürdü. Yəqin ki, Rusiya çalışacaq ki, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə əlaqədar qərar verə bilməsin. Yəni ki, Ermənistanın qarşısında şərt qoyacaq.

Digər tərəfdən də Obxaziyanın Gürcüstana qaytarılması fonunda Gürcüstana da təsir etmək istəyəcək. Bildiyiniz kimi, Azərbaycanın karbohidrogen ehtiyatları Gürcüstan üzərindən Avropaya nəql edilir. Bu və ya digər formada Gürcüstana təsir edəcək. Bu, gözləniləndir. Yəqin ki, Osetiyanı özündə saxlayacaq. Obxaziyanı, Gürcüstana qaytarmaq istəyəcək”-deyən politoloq bildirib ki, Azərbaycan hər şeyə hazırdır, yəni bu və ya digər dövlət, istər Rusiya olsun və yaxud hər hansı bir dövlət Azərbaycana qarşı hərbi təcavüz edərsə, layiqli cavabını alacaq. Biz həmin cavaba hazırıq. Cənab Prezident Kəlbəcər sakinləri ilə görüşündə bu haqda öz sözünü dedi. Bidirdi ki, yeni dünya münasibətlərinin belə dəyişən modelində biz hər şeyə hazırıq. Güclü ordumuz var, hər an hərhansı bir hadisə ola bilər. Ancaq böyük ehtimalla belə münasibətlərə belə bir ehtiyac olmayacaq. Yəqin ki, Azərbaycan Rusiya münasibətləri öz gərgin anlarını arxada qoyacaq. Ola bilsin ki, iki dövlət başçısının Çində bu və ya digər formada görüşü keçirilsin. Bildiyiniz kimi, orada üç formatda görüş keçirilir.

Şanxay Əməkdaşlıq Təşkilatının yığıncağı keçirildi. Artıq bu gün ŞƏT+ tədbiri keçiriləcək. Yəni ŞƏT-ə daxil olmaq istəyən dövlətlərlə təşkilatın üzvləri arasında görüş keçiriləcək. Eyni zamanda Çin səviyyəsində İkinci Dünya müharibəsinin 80 illik yubileyi keçirilir. Yəni Çin-Yaponiya müharibəsinin bitməsi və bununla əlaqədar İkinci dünya müharibəsinin bitməsi ilə əlaqədar 80 yubiley. Qonşu, dost dövlətlər də yəqin ki, həm Türkiyə, həm Belarusiya və digər dövlətlər də istəyir ki, Azərbaycanla Rusiya arasında gərginlik olmasın”,-deyə Yusif Bağırzadə əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 01 Sentyabr 2025 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see240

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see216

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see210

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see195

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see192

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see175

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see173

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see156

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see148

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see139

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see126

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see122

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see119

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see119

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see118

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri