Krıma kütləvi dron hücumu edilib: partlayışlar baş verib, yanğınlar başlayıb
Icma.az, Oxumeni.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
29 iyun gecəsi müvəqqəti işğal edilmiş yarımada kütləvi dron hücumuna məruz qalıb. Bu barədə Oxuməni.az "Krım küləyi" Telegram kanalına istinadən məlumat verib.
Yarımadanın bir neçə ərazisində partlayış səsləri eşidilib. Xüsusilə, Sevastopolda şahidlər Kazaçya körfəzi yaxınlığında və şəhərin şimal tərəfindəki Orlovka kəndində partlayışlar olduğunu bildiriblər.
Eyni zamanda Baxçisaray rayonuna dron hücumu edilib. İlkin məlumata görə, Nekrasovka kəndi yaxınlığındakı elektrik yarımstansiyası zədələnib və bu da yaxınlıqdakı kəndlərdə elektrik kəsintilərinə səbəb olub.
Daha sonra Kerç və Feodosiyada bir sıra partlayışlar qeydə alınıb və yerli sakinlər də başlarının üstündən uçan dronların səslərini eşidiblər.
Xatırladaq ki, işğal olunmuş Krım son bir həftədir Ukrayna Müdafiə Qüvvələrinin sistematik atəşinə məruz qalır. Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dmitri Pletençukun dediyinə görə dəmir yolu körpüsünə edilən son zərbələr düşmən qüvvələrini tükəndirmək üçün çoxmərhələli əməliyyatın son mərhələsi olub.
Əziz MUSTAFA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 29 İyun 2026 07:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















