Icma.az
close
up
RU
Krımsız sülh variantı və ya Kiyev güzəştə gedir?

Krımsız sülh variantı və ya Kiyev güzəştə gedir?

Icma.az bildirir, Ayna portalına istinadən.

Refat Çubarov: “Krımın taleyini Ukrayna dövlətindən və Krım tatar xalqından başqa heç kim və heç bir halda həll edə bilməz”

Amerikanın “The New York” nəşri sülh sazişinin təfərrüatları ilə tanış olan rəsmilərə istinadən yazıb ki, Ukrayna Rusiyanın işğal etdiyi ərazilərin bir hissəsini “de-yure” deyil, “de-fakto” tanıyarsa, ondan imtina etməyə hazır olacaq. Məqalədə qeyd edilib ki, “de-fakto” o deməkdir ki, Ukrayna Rusiyanın bu torpağı işğal etdiyini etiraf edir, lakin Kiyevin ondan əbədi olaraq əl çəkməyəcəyini deyir. “De-yure” o deməkdir ki, Kiyev Rusiyanın bu torpağı ələ keçirdiyini tanıyır və bir daha ərazilərə iddia etməyəcək.

Krım tatarı olan ukraynalı siyasətçi və ictimai xadim Refat Çubarov sözügedən məsələ ilə bağlı yazısında qeyd edib ki, Krımı Ukraynadan ayırmaq mümkünsüzdür.

Siyasətçi əmindir ki, 2025-ci il fevralın 18-də ABŞ Prezidentinin Yaxın Şərq üzrə nümayəndəsi Stiv Vitkoff, dövlət katibi Marko Rubio, milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Səudiyyə Ərəbistanında ilk dəfə görüşəndə ​​Kreml bütün istəklərini ABŞ-ın yeni administrasiyasının diqqətinə çatdırıb: “Amerika tərəfinin Kremlin şıltaqlığından şoka düşdüyünü söyləmək çətindir. Çünki Rusiya Prezidenti Vladimir Putin əvvəllər səsləndirdiyi bütün tələblər bunlar idi: denazifikasiya, demilitarizasiya, Ukraynanın NATO-ya daxil olmaması və təbii ki, Krım da daxil olmaqla bütün işğal olunmuş Ukrayna torpaqlarının Rusiya ərazisi kimi beynəlxalq səviyyədə tanınması. İndi, mənə elə gəlir ki, - təbii, bu fərziyyələrimdir - Tramp administrasiyası Ukraynanın mövqeyini və siyasi dayanıqlılığını sınaqdan keçirir. Ona görə də, Kiyevin ərazi güzəştləri mövzusunda müxtəlif məlumatlar sızdırılır. Ağ Ev adminstrasiyası bəyan edir ki, onlarsız Rusiya-Ukrayna müharibəsini dayandırmaq və davamlı sülhə nail olmaq mümkün olmayacaq”.

“Hesab edirəm ki, Kiyev sülh müqabilində Ukraynanın ərazi güzəştləri ilə bağlı istənilən, hətta hipotetik təkliflərdən qəti şəkildə imtina etməlidir. Çünki aydındır ki, güzəşt halında Ukrayna dövlətinin nə sülhü, nə də gələcəyi olacaq”, - Çubarov vurğulayıb.

Siyasətçi hesab edir ki, bu təkliflərə Ukrayna hakimiyyəti və siyasətçiləri sərt cavab verməlidirlər: “Burada demək yerinə düşər ki, Krım tatar xalqının Məclisi üçün həm Rusiyanın Krım üzərində “de-fakto” nəzarətini tanımaq variantı, həm də daha çox Krımın Rusiya ərazisi olmasının beynəlxalq səviyyədə tanınması variantı qəbuledilməzdir. Tamamilə beynəlxalq hüquqa əsaslanan və Ukraynanın milli qanunvericiliyinə tam uyğun olan mövqeyimiz belədir: Krım yerli Krım tatar xalqının vətəni və Ukraynanın ayrılmaz hissəsidir. Buna görə də Krımın taleyini Ukrayna dövlətindən və Krım tatar xalqından başqa heç kim və heç bir halda həll edə bilməz”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://ayna.az
archiveBu xəbər 24 Aprel 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri