Icma.az
close
up
RU
Kristian Avram: Aris i Bakıda məğlub etsək də, Salonikidə bizim üçün asan olacağını düşünmürdük MÜSAHİBƏ

Kristian Avram: Aris i Bakıda məğlub etsək də, Salonikidə bizim üçün asan olacağını düşünmürdük MÜSAHİBƏ

Icma.az, Sportal.az saytına istinadən bildirir.

"Araz-Naxçıvan"ın qapıçısı Kristian Avram Sportal.az saytına müsahibə verib.

- "Araz-Naxçıvan” çoxlarının gözləmədiyini etdi. “Aris” səddini necə keçdiniz?

Bəli, komanda böyük iş gördü. Nəticəyə görə də çox sevinirik. Bu, bütün komandanın zəhmətidir. 

- Bakıdakı 2:1 hesablı qələbədən sonra yəqin ki, inamınız daha da artmışdı?

Bakıdakı matçda buraxılan qola çox yaxşı reaksiya vermişdik. Hətta "Aris"i Bakıda məğlub etsək də, Salonikidə bizim üçün asan olacağını qətiyyən düşünmürdük. Böyük üstünlüyümüzün olduğunu da fikirləşmirdik. Hər halda, sona qədər mübarizə apardıq və qalib gəldik.

- Salonikidəki görüşdə hesab 2:0 olduqdan sonra “Araz-Naxçıvan” üçün işlərin asan olacağını gözləmək olardı. Amma meydanda azlıqda qalmağınız işinizi daha da çətinləşdirdi?

"Aris"in bu üstünlükdən yararlanmaq istəyəcəyini yaxşı başa düşürdük. Əsas o idi ki, biz sakitliyimizi saxlayaq və oyunda diqtə edək. Çətin olsa belə, bunu etməliydik. Şadam ki, sona qədər bizə lazım olan hesabı saxladıq. Sonda da mərhələni adladıq.

- Bu görüşdə sənə çox iş düşdü. Amma bir epizodda ardıcıl iki seyv etdin. İlk zərbəni dəf etdikdən sonra yerə düşən topa rəqib hücumçunun toxunmasına imkan vermədin. Həmin anı necə şərh edərdin? 

Həqiqətən də asan zərbə deyildi. Əsas odur ki, həmin epizodun öhdəsindən gəldim və komandanın döyüşkən ruhunu saxladım.

- Matç bitdikdən sonra “Aris”in futbolçuları ilə aranızda mübahisə yaşandı. Orada nə baş vermişdi?

Həyatdır da. Həmin anda o cür emosiyaları gizlətmək elə də asan deyil. Onlar hər zaman müsbət olmaya bilər. Kart almaq asandır. Amma əsas odur ki, istənilən vəziyyətdə insan olaraq qalasan. 

- Növbəti mərhələdə rəqibiniz “Omoniya” olacaq. Onlar 2-ci təsnifat mərhələsində “Torpedo”(Kutaisi) klubunu keçdilər. Kipr klubu ilə mübarizədə şansları necə dəyərləndirirsən?

Tələsməyək. “Omoniya” güclü rəqibdir. atları güclü rəqibdən qabaq etməyək. Sadəcə yaxşı hazırlaşmaq lazımdır. Əminəm ki, məşqçilər korpusu ilə birlikdə bunu edəcəyik. Meydanda da sona qədər mübarizə aparacağıq.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:40
embedMənbə:https://sportal.az
archiveBu xəbər 03 Avqust 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see164

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see161

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see127

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see127

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri