Kriştiano Ronaldo: 1 000ci qolumu vurmaq istəyirəm Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Portuqaliyalı futbolçu Kriştiano Ronaldo karyerası ərzində 1 000-cu qolu vurma ehtimalı haqqında danışıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "A Bola" nəşri xəbər yayıb.
"Açıq şəkildə bildirmişəm ki, 1 000-ci qolumu vurmaq istəyirəm. Bunu bacarsam, möhtəşəm olacaq. Amma bacarmasam da, hələ heç kim məndən çox qol vurmayıb", - Ronaldo bildirib.
Qeyd edək ki, hazırda futbolçunun karyerasında 908 qol var.
Ronaldo 2023-cü ilin 2 yanvarında Səudiyyə Ərəbistanının "Al-Nəsr" klubuna keçib, o müqaviləyə əsasən ildə 200 milyon avro maaş alır. Həmçinin, portuqalıyalı futbolçunun və ailəsinin əlavə bonuslar aldığı barədə məlumatlar yayılıb. Ronaldo "Manchester Yunayted" klubu ilə müqaviləsini baş məşqçi Erik ten Haqla gərgin münasibətlər səbəbilə pozmuşdu.
O, Səudiyyə Ərəbistanının cari çempionatında 9 oyun keçirib, 6 qol vurub.
Baxış sayı:114
Bu xəbər 12 Noyabr 2024 23:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















