Kriştiano Ronaldo qələbədən yazdı və azarkeşlərə təşəkkür etdi
sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasının 16-cı turu çərçivəsində "Əl-Şəbab"ı 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, ulduz futbolçu qələbə ilə bağlı "X" sosial şəbəkəsində paylaşım edib bildirib:
"Bu komanda ilə fəxr edirəm. Biz etməli olduğumuzu etdik. Bizi bu qədər dəstəklədikləri üçün azarkeşlərə təşəkkür edirəm".
Bu "Əl-Nəsr"in liqada beş oyunluq uğrusuz seriyadan sonra ilk qalibiyyəti olub.
Qeyd edək ki, 15 oyundan sonra "Əl-Nəsr"in aktivində 34 xal var və lider "Əl-Hilal"dan dörd xal geridə qalaraq üçüncü yerdədir.
Baxış sayı:108
Bu xəbər 18 Yanvar 2026 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















