“Kriştinao Roanldu ən yüksək səviyyədə oyun keçirir və ona böyük hörmətim var”
Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Argentina futbolunun əfsanəsi Lionel Messi Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo haqqında səmimi açıqlamalar verib.
Missiya.Az xəbər verir ki, Messi Ronalduya hörmət etdiyini bildirib.
"Kriştianonun karyerasına görə böyük hörmətim var, çünki o, hələ də ən yüksək səviyyədə oyun keçirir", - deyə Messi vurğulayıb.
Messi Ronaldu ilə aralarındakı rəqabətin yalnız futbol meydançasında baş verdiyini qeyd edib:
"Onunla rəqabətimiz meydanda idi, ikimiz də komandalarımız üçün ən yaxşısını istəyirdik. Bu rəqabət həmişə meydanda qalıb, biz meydandan kənarda iki normal insanıq. Ronaldu ilə heç vaxt dost olmamışıq, lakin hər zaman qarşılıqlı hörməti qoruyub saxlamışıq”, - deyə argentinalı ulduz əlavə edib.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 20 İyun 2025 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















