Icma.az
close
up
RU
Kritik plan işə düşür: Tramp böyük müharibəyə son qoyur? Britaniyalı politoloqdan şok açıqlamalar

Kritik plan işə düşür: Tramp böyük müharibəyə son qoyur? Britaniyalı politoloqdan şok açıqlamalar

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“ABŞ administrasiyası İsrailin Qəzzadakı müharibəsini dayandırmaq və bölgənin gələcək idarəetmə modelini müəyyənləşdirmək məqsədilə 21 maddəlik sülh planını açıqlayıb. Plan çərçivəsində Qəzza ABŞ və Böyük Britaniyanın rəhbərlik etdiyi “Sülh Şurası”nın idarəsinə veriləcək, şuraya ABŞ prezidenti Tramp sədrlik edəcək, üzvlər arasında isə Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer də yer alacaq. Plan bəzi müsəlman ölkələri və Fələstin Muxtariyyəti tərəfindən müsbət qarşılanıb. Bu sülh planı konsepsiyası həm siyasi cəhətdən cəsarətli, həm də diplomatik baxımdan mürəkkəbdir”

Bu sözləri Moderator.az-a britaniyalı politoloq Neil Vatson deyib.

Onun sözlərinə görə, bu planın həyata keçirilməsi üçün  bir neçə çətinliklər mövcuddur:

“ABŞ və Böyük Britaniyanın rəhbərlik etdiyi idarəçilik strukturu, xüsusilə də Tramp və Bleyerin iştirak etdiyi bir model, çox güman ki, bir çox fələstinli və ərəb dünyasının böyük hissəsi tərəfindən dərin şübhə ilə qarşılanacaq. Fələstin Muxtariyyəti belə bir planı ehtiyatla dəstəkləyə bilər — bəlkə də bunu HƏMAS-ı kənarlaşdırmaq yolu kimi görəcək — lakin yerli legitimlikdən məhrum olan hər hansı xaricdən diktə edilən həll yeni qarşıdurmalara səbəb ola bilər. Qəzza tarix boyu, xüsusilə Qərb güclərinin rəhbərlik etdiyi xarici modellərə müqavimət göstərib.

Planın bəzi müsəlman ölkələri tərəfindən müsbət qarşılanması isə bu münaqişədən yorğunluğun və sabitlik arzusunun artdığını göstərə bilər. Lakin İran, Türkiyə və Qətər kimi əsas regional oyunçular – müxtəlif fələstinli fraksiyalara təsir gücünə malik ölkələr – Tramp və Bleyerin iştirakına etiraz edə bilərlər. Çünki hər iki fiqur İraq müharibəsindəki rollarına və İsrailə uzunmüddətli dəstəklərinə görə şəxsi maraqlar naminə mübahisəli simalar hesab olunurlar”.

Politoloq qeyd edib ki, planın hər hansı şəkildə həyata keçə bilməsi üçün İsrailin müəyyən dərəcədə əməkdaşlığı vacibdir: 

“Lakin Baş nazir Netanyahunun sağçı koalisiyasının və radikal məskunlaşanların təzyiqi altında olduğu bir vaxtda, İsrailin nəzarətini məhdudlaşdıran və ya yeni fələstinli idarəçilik strukturlarını, hətta beynəlxalq nəzarət altında olsa belə, tanıyan bir planı qəbul etməsi siyasi baxımdan mümkünsüz görünə bilər.

Şübhəsiz ki, Tramp beynəlxalq və daxili siyasətdə hələ də parçalaycı fiqurdur və onun seçilməmiş mərkəzi diplomatik rola qayıtması kəskin etirazlara səbəb ola bilər. Toni Bleyer isə Yaxın Şərq sülh proseslərində təcrübəsinə baxmayaraq, İraq müharibəsi və tərəfli mövqeyi ilə bağlı mənfi imic daşıyır. Hər iki fiqur sülhün neytral memarları olmaq üçün çox zədələnmiş şəxslər kimi görülə bilər”.

Politoloq əlavə edib ki,hər hansı idarəçilik keçidi Qəzzanın dağıdılmış infrastrukturu, humanitar böhranı, həmçinin HƏMAS və digər silahlı qrupların mövcudluğu ilə üzləşməlidir:

“Texnokratik və ya xaricdən idarə olunan bir hakimiyyət orqanı ciddi təhlükəsizlik təminatları, bərpa yardımı və yerli güc mərkəzlərinin razılığı — heç olmasa müqavimət göstərməməsi — olmadan səmərəli fəaliyyət göstərə bilməz.

Əgər bu plan irəliləsə, Fələstin Muxtariyyəti, regional güclər və HƏMAS-ın qalıqları arasında siyasi rəqabət dövrü müşahidə oluna bilər. Qəzzanın gələcək idarəçiliyi beynəlxalq ictimaiyyətin vizyonu ilə əməkdaşlıq etməyə hazır olanların, həmçinin ondan kənarda qalanların mövqeyi ilə formalaşa bilər. Lakin fələstinlilərin öz müqəddəratını təyinetməsini əks etdirən, inklüziv və yerli köklərə əsaslanan bir yanaşma olmadan, xaricdən diktə edilən hər hansı həll ən yaxşı halda kövrək, ən pis halda isə tamamilə rədd edilə bilər".

Sonda  Neil Vatsın vurğulayıb ki, Trampın rəhbərliyi ilə irəli sürülən bu planın həyata keçirilməsi nəzəri cəhətdən mümkün olsa da, mövcud formada son dərəcə real görünmür. Daha geniş beynəlxalq dəstək (o cümlədən Aİ, BMT və Ərəb Liqası) və əsas fələstinli aktorlar ilə vətəndaş cəmiyyətinin heç olmasa dolayı dəstəyi olmadan, bu plan ya “doğulmadan ölə” ,ya da bölgədə növbəti qeyri-sabitlik mərhələsinə yol aça bilər.

Mehin Mehmanqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Oktyabr 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see224

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see208

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see186

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see182

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see162

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see156

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see146

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see141

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see138

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see137

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see137

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see136

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see134

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see132

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri