Krokusda baş vermiş terror aktına görə Tver sakini nədə təqsirli bilindi?
Icma.az, Aznews.az portalına istinadən məlumat yayır.
Tver şəhər sakini Salohiddin Aşurov Crocus City Hall-da baş vermiş terror aktı işində adı hallanan Amincon və Dilovar İslomov qardaşlarını öz yaşayış yerində saxta qeydiyyata saldığına görə məhkəmə tərəfindən təqsirli bilinib.
AzNews.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Bildirilir ki, Aşurov Rusiya Cinayət Məcəlləsinin "vətəndaşları yaşayış yerində saxta yolla qeydiyyata salma" maddəsi ilə təqsirli bilinib.
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin bu iş üzrə 27 nəfərin təqsirləndirilən şəxs kimi cəlb edildiyini bildirib. O, Moskva ətrafında yerləşən Krasnoqorskdə baş vermiş terror aktını ötən ilin ən ağır və faciəvi hadisəsi adlandırıb.
Xatırladaq ki, Crocus City Hall -da terror aktı 22 mart 2024-cü ildə Moskva vaxtı ilə saat 20:00 radələrində baş verib. Hücum kütləvi atışma və partlayışlarla müşayiət olunub.
Crocus City Hall-un sahibi Azərbaycanlı iş adamı Araz Ağalarovdur.
AzNews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 26 Yanvar 2025 08:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















