Kseniya Pavlenko arzusu: “Pley offa lider kimi çıxaq”
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
“Bizim üçün vacib oyun idi”.
İdman.biz xəbər verir ki, bunu “Milli Aviasiya Akademiyası”nın voleybolçusu Kseniya Pavlenko federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
Hücumçu Azərbaycan Yüksək Liqasının XIII turunda “Abşeron” üzərində qazandıqları qələbəni şərh edib. O, oyunun maraqlı keçdiyini vurğulayıb: “Abşeron”u 3:0 hesabı ilə məğlub etdik. Məşqçinin bütün tapşırıqlarını yerinə yetirdik. Qarşıdakı matçlar da mühümdür. Biz bu qarşılaşmalara da yaxşı hazırlaşacağıq ki, pley-offa lider kimi çıxaq”.
Qeyd edək ki, “Milli Aviasiya Akademiyası” 13 turdan sonra 30 xalla turnir cədvəlində ikinci yerdə qərarlaşıb. Onlar lider “Abşeron”dan 2 xal geri qalırlar.
İdman.biz
Bu mövzuda digər xəbərlər:Kinomuza sahib çıxaq
21 Avqust 2026 04:13
Putin Kseniya Sobçakı öpüb
20 Fevral 2025 10:32
Kseniya Sobçakın Kann tərzi...
20 May 2026 12:22
Pley offa çıxanlar və pley in cütlükləri müəyyənləşib
06 Aprel 2025 16:36
Kseniya Sobçak azərbaycanlıların qətlindən yazdı
01 İyul 2025 20:04
Baxış sayı:252
Bu xəbər 28 Fevral 2025 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















