Məktəbin həyətindəki 100 illik bina yandı Bir vaxtlar bəy evi olubmuş+Fotolar
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ağcabədidə bir əsrdən çox yaşı olan keçmiş məktəb binasında yanğın baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə gecə saatlarında rayonun Minaxorlu kəndində, Məlikov adına Minaxorlu kənd tam orta məktəbinin həyətində yerləşən binada qeydə alınıb.
Yanğın baş verən binanın 100 ildən artıq yaşı var. Tarixi tikili əvvəllər bəy evi olub, sovet dövründə isə məktəb binası kimi fəaliyyət göstərib. Kənddə yeni məktəb binası tikilərək istifadəyə verildikdən sonra köhnə tikili məktəbin anbarı kimi istifadə olunub.
Hadisə yerinə Ağcabədi Rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun fəaliyyətdə olan məktəb binasına keçməsinin qarşısı alınıb.
Hazırda FHN əməkdaşları aktiv yanma ocaqlarının aşkar edilərək söndürülməsi istiqamətində işləri davam etdirirlər.
Ziya Əmirxanlı




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 29 Noyabr 2026 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















