“KTMT Ermənistan qarşısında götürdüyü bütün öhdəliklərə əməl edir”
Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Ermənistanın KTMT-nin işində iştirak etməməsi təşkilatın fəaliyyətinin effektivliyinə heç bir şəkildə təsir göstərmir. Lakin bu hərbi-siyasi ittifaq Ermənistanın müəyyən müddətdən sonra yenidən təşkilatın işinə qoşulacağına ümid edir”.
Missiya.Az xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.
Onun sözlərinə görə, Ermənistanla KTMT arasında mövcud münasibətlər formatı Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin qərarı ilə formalaşıb.
“Baxmayaraq ki, Ermənistanın təşkilatda müzakirə olunan məsələlərdə iştirak etməməsi bizim işimizin səmərəliliyinə təsir etmir. İstənilən halda biz ondan çıxış edirik ki, Ermənistan bizim müttəfiqimizdir və hökumətin qarşısında bütün öhdəliklərimizə əməl olunur. Ermənistan istənilən vaxt təşkilatın işində tam iştiraka qayıda bilər. KTMT üzvləri tərəfindən heç bir etiraz və maneə yoxdur. Ümid edirik ki, bir müddət sonra Ermənistan bizim təşkilatın işinə qoşulacaq”, - deyə Tasmaqambetov bildirib.
Xatırladaq ki, 2024-cü il fevralın 23-dən Ermənistan KTMT-nin fəaliyyətində iştirakını dayandırıb.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 04 Dekabr 2024 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















