Icma.az
close
up
RU
“Xızı Abşeron” kimi layhələr Azərbaycana enerji bazarında rəqabət üstünlüyü qazandırır”

“Xızı Abşeron” kimi layhələr Azərbaycana enerji bazarında rəqabət üstünlüyü qazandırır”

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən həftə istifadəyə verilən “Xızı-Abşeron” Külək Elektrik Stansiyası  ölkəmizin enerji potensialını gücləndirəcək, bu sahədə qarşıya qoyulan məqsədləri təmin edəcək. 3 il ərzində ərsəyə gələn stansiyanın təhlükəsiz və dayanıqlı şəkildə işləməsi ölkənin inkişafına təkan verəcək. Bu gün dünyadakı geosiyasi vəziyyət Azərbaycanın enerji siyasətinin əhəmiyyətini daha da artırır. Enerji təhlükəsizliyinin ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olduğunu təsdiqləyir. Məlum olduğu kimi, Azərbaycan qazının təchizat coğrafiyası genişlənməkdədir və əhatəsinə görə ölkəmiz bu gün dünya miqyasında qabaqcıl yerlərdədir. 

Ölkəmizdə 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılması hədəflənib.  Yaşıl enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır.  Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası “yaşıl enerji” zonası elan edilib.

Bu illər ərzində ölkəmizdə enerji sistemi müasirləşdirilib. “Xızı-Abşeron” stansiyası Azərbaycanın “yaşıl enerji” siyasətinə uyğun olaraq enerji balansını daha davamlı edir. Həmçinin stansiyanın tətbiqi beynəlxalq investorlarla əməkdaşlığı gücləndirir, enerji layihələrinə olan etibarı artırır, bu da enerji sektorunda yeni layihələrin reallaşmasına təkan verir.

Külək enerjisi həm də ekoloji cəhətdən təmiz olduğundan atmosferə karbon emissiyalarını azaldacaq və ətraf mühitə mənfi təsiri minimuma endirəcək. 
Ötən il istifadəyə verilən “8 Noyabr” Elektrik Stansiyasının, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında su elektrik stansiyalarının istismara verilməsi nəticəsində enerjisistemin qoyuluş gücü 15.6% artıb. Belə ki, məhz bu stansiya hesabına şərti yanacaq sərfiyyatının kəskin aşağı düşməsilə təbii qaza qənaət etmək üçün imkan yaranacaq. Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat var və nə qədər biz daxildə təbii qaza qənaət etsək, ixrac imkanlarımız da bir o qədər artacaq. Bu nəticələr ilk növbədə hər istiqamət üzrə düşünülmüş siyasət və proqramlar hesabına əldə olunur.

Daha çox təbii qaza qənaət etmək imkanı verən yaşıl enerji gündəliyi də Azərbaycanı enerji təhlükəsizliyi baxımından daha cəlbedici edir. Təsadüfi deyil ki, Günəş və Külək Enerji stansiyalarına aid sərmayədarlarla imzalanmış müqavilələr 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin etməyə imkan verəcək. İşğaldan azad olunmuş ərazilərin potensialı hesabına növbəti beş il ərzində bərpaolunan mənbələrdən enerji istehsalını 2 dəfə artırmaq mümkün olacaq. 

Beləliklə, Azərbaycanın atdığı addımların nə dərəcədə düzgün olduğu bir daha təsdiqini tapır.Cənab Prezident bəyan edib ki, növbəti böyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur. Bu potensial, eyni zamanda investisiya və müsbət proqnozu olan reytinq səviyyəsində olması xarici invertorların Azərbaycana sərmayə yatırmaq marağını artırmaqdadır. “Xızı-Abşeron” kimi layhələr Azərbaycana enerji bazarında rəqabət üstünlüyü qazandırır.

Dövlətlər bərpaolunan enerji potensialını artırmaqla enerji təhlükəsizliyini gücləndirirlər. Belə ki, günəş, külək, su kimi mənbələr yerli olduğu üçün xarici enerji riskləri minimuma enir, baş verən böhranlar ölkə iqtisadiyyatına daha az təsir edir.

Könül Nurullayeva,

Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:19
embedMənbə:https://adalet.az
archiveBu xəbər 13 Yanvar 2026 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see198

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see197

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see195

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see193

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see185

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see173

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see165

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see162

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see157

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see149

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see148

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see140

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see140

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see138

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see133

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri