Pərviz Şahbazov: İndiyədək TAP ilə Avropaya 54,3 milyard kubmetr qaz nəql olunub
Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İndiyədək Trans-Adriatik Boru Kəməri vasitəsilə (TAP) Avropaya 54,3 milyard kubmetr qaz nəql olunub.
Bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın VI iclasında bildirib.
Nazir vurğulayıb ki, İtaliya ilə Cənub Qaz Dəhlizi üzrə əməkdaşlıq Avropanın, o cümlədən bu ölkənin enerji təhlükəsizliyinə töhfə verir: "İndiyədək TAP Avropanı 54,3 milyard, İtaliyanı isə 45,4 milyard kubmetr qazla təmin edib".
Nazir qeyd edib ki, Azərbaycanla Mərkəzi Asiya, Türkiyə və Avropa arasında regional "yaşıl enerji" dəhlizi təşəbbüsləri Azərbaycan-İtaliya əlaqələri üçün də yeni perspektivlər açır: "İtaliyanın "CESI" şirkəti Xəzər-Qara dəniz-Avropa və Mərkəzi Asiya-Azərbaycan yaşıl enerji dəhlizləri layihələrinin texniki-iqtisadi əsaslandırmalarının hazırlanmasında məsləhətçi tərəfdaşımızdır".
report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 13 Yanvar 2026 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















