Bu şəhərdəki eyni səviyyəli piyada keçidləri Bakıda tətbiq oluna bilər? FOTOSESSİYA
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Moskvanın müxtəlif küçə və prospektlərində eyni səviyyəli piyada keçidlərinin salınması artıq sistemli xarakter alıb.
Avtosfer.az xəbər verir ki, şəhərdə aparılan yenidənqurma işləri zamanı mövcud yeraltı piyada keçidlərinə alternativ olaraq, onların dublyoru hesab edilən səthüstü piyada keçidləri yaradılır. Məqsəd piyadaların hərəkətini daha rahat, əlçatan və təhlükəsiz etməkdir.
Moskva şəhər administrasiyası bu yanaşmanı xüsusilə yaşlılar, uşaq arabası ilə hərəkət edənlər, əlilliyi olan şəxslər və velosiped istifadəçiləri üçün daha əlverişli hesab edir. Eyni səviyyəli keçidlərdə işıqforla tənzimləmə, qaldırılmış platformalar, panduslar və sürəti azaldan yol həlləri tətbiq olunur. Bu isə avtomobillərin sürətini aşağı salaraq piyada təhlükəsizliyini artırır.
Piyada keçidinin yeri dəyişdirilib; əlillər və uşaqlı qadınlar təhlükədədir - FOTO
Mütəxəssislər qeyd edirlər ki, yeraltı keçidlər yalnız intensiv magistral yollarda özünü doğruldur. Şəhər mərkəzində və yaşayış zonalarında isə səthüstü keçidlər həm vaxt itkisini azaldır, həm də piyadaların keçidlərdən istifadə etmə faizini yüksəldir. Moskva təcrübəsi göstərir ki, insanlar məcbur edilmədikdə, daha rahat və məntiqli keçidlərə üstünlük verirlər.
Bəs bu model Bakıda tətbiq oluna bilərmi? Bakının bir çox küçə və prospektlərində, xüsusilə mərkəzi ərazilərdə yeraltı keçidlərə alternativ olaraq eyni səviyyəli piyada keçidlərinin təşkili mümkündür. Bunun üçün yolun eni, nəqliyyat intensivliyi və işıqforların düzgün sinxronlaşdırılması əsas şərt sayılır.
Qeyd olunur ki, Bakıda son illər bəzi kəsişmələrdə piyada zolaqlarının səthə çıxarılması artıq başlanıb. Lakin bu yanaşmanın sistemli və kompleks şəkildə tətbiqi, pandusların düzgün qurulması və sürət məhdudlaşdırıcı elementlərlə müşayiət olunması vacibdir. Ekspertlər hesab edirlər ki, Moskva nümunəsi düzgün adaptasiya olunduğu halda, Bakıda həm piyada komfortu, həm də yol təhlükəsizliyi baxımından müsbət nəticə verə bilər.
Eltac Zülfüqaroğlu
Oxunub 170
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 13 Yanvar 2026 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















