KTMT noyabrda Ermənistanla bağlı qərar verə bilər
Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Baş katib: “Qərar vermək dövlət başçılarının özlərindən asılıdır”
“Ermənistanın KTMT-dən çıxması ilə bağlı hadisələri əvvəlcədən qiymətləndirməyin heç bir mənası yoxdur. Çünki ölkə rəhbərliyinin, daha sonra isə Ermənistan xalqının öz fikri var”. AYNA.AZ TASS-a istinadən bildirir ki, bu sözləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Taatbek Masadıkov deyib.
Kollektiv Təhlükəsizlik Şurasının noyabr iclasından Ermənistanın KTMT-yə üzvlüyü ilə bağlı hansı qərarın gözlənilə biləcəyi sualına cavab olaraq baş katib qeyd edib ki, təşkilatdan çıxarılması və ya çıxarılmaması ilə bağlı qərarlar KTMT üzv dövlətlərinin dövlət başçıları tərəfindən qəbul edilir.
"Biz, katiblik olaraq, bu və ya digər tərəf üçün qərar verə bilmərik, ona görə də hər şey hələ qabaqdadır. Bu məsələnin bu ilin noyabr ayında Moskvada keçiriləcək növbəti KTMT iclasında ciddi şəkildə müzakirə olunub-olunmayacağı da bir sualdır; qərar vermək dövlət başçılarının özlərindən asılıdır. Gəlin hadisələri qabaqlamayaq", - deyə o bildirib.
Baş katib deyib: "Biz Ermənistanın Baş naziri Nikol Paşinyanın açıqlamalarını eşitmişik. Mən həmişə demişəm ki, müxtəlif məsələlərdə təkcə ölkə rəhbərliyinin deyil, həm də Ermənistan xalqının fikri var. Buna görə də hadisələri əvvəlcədən qiymətləndirməməliyik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 27 Avqust 2026 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















