Kuba Xarici İşlər Nazirliyi: ABŞ ın Quantanamodakı hərbi bazası beynəlxalq hüququ pozur
Icma.az, Oxumeni.az portalına istinadən məlumat yayır.
Kubanın Quantanamo əyalətində ABŞ-ın hərbi dəniz bazasının saxlanması Kubanın suverenliyini və ərazi bütövlüyünü, eləcə də beynəlxalq hüququ pozur. Bunu Karib hövzəsi respublikasının xarici işlər naziri Bruno Rodriqes Parrilla deyib.
“Amerikanın] hərbi-dəniz bazasının Quantanamoda]lması Kubanın suverenliyini və ərazi bütövlüyünü və beynəlxalq hüququ pozur”, - nazir öz səhifəsində yazıb. O xatırladıb ki, fevralın 23-də 1903-cü ildə müqavilənin imzalanmasından 122 il keçir,. Müqaviləyə görə də Kubanın 117 kvadrat kilometrdən çox ərazisi ABŞ hökumətinə məhdud müddətə icarəyə verilib və sənəddə müqavilənin ləğvi ilə bağlı bənd yoxdur.
2002-ci ildə ABŞ-ın 43-cü prezidenti Corc Buş dövründə Quantanamo bazasının ərazisində həbsxana yaradıldıqdan sonra Kuba hökuməti icarə şərtlərinin pozulduğunu iddia edərək müqaviləni ləğv etməyə və bazanın boşaldılmasına nail olmağa çalışsa da, bu cəhdlər uğursuz alınıb.
Quantanamo düşərgəsində ABŞ-ın Əfqanıstandakı əməliyyatı və digər antiterror reydləri zamanı əsir götürülən insanlar yerləşdirilib. Kiçik Buşu əvəzləyən Barak Obama 2009-cu il yanvarın 22-də ABŞ prezidenti vəzifəsinə gəldikdən dərhal sonra xüsusi həbsxananın 12 ay ərzində bağlanması haqqında fərman imzaladı. Bununla belə, Quantanamo düşərgəsi hələ də mövcuddur və insan haqları fəallarının Vaşinqtona qarşı kəskin tənqidinə səbəb olur və onlar düşərgə məhbuslarının praktiki olaraq hüquqi vakuumda olduğunu dəfələrlə qeyd edirlər. Kuba hakimiyyəti bu anklavı Karib respublikasının qanunsuz işğal olunmuş ərazisi hesab edir.
Əziz Mustafa, Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 24 Fevral 2025 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















