Kubanıçbek Omuraliyev TDT ölkələrinin kosmik agentliklərinin dördüncü görüşündə çıxış edib
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Türk Dövlətləri Təşkilatı olaraq biz kosmosun tədqiqinin yalnız texnologiya deyil, eyni zamanda əməkdaşlıq, innovasiya və ortaq gələcəyin qurulması ilə bağlı olduğunu dərk edirik".
Oxu.Az xəbər verir ki, bunu TDT-nin baş katibi Kubanıçbek Omuraliyev Bakıda keçirilən təşkilat ölkələrinin kosmik agentliklərinin dördüncü görüşündə deyib.
O bildirib ki, bu gün kosmik texnologiyalar ətraf mühitin monitorinqindən tutmuş təbii fəlakətlərin idarə olunmasına, təbii ehtiyatların tədqiqindən təhsilə və potensialın artırılmasına qədər qarşılaşdığımız qlobal çağırışların bir çoxunun həllində açar rol oynayır:
"Üzv və müşahidəçi ölkələrimizin bu sahədə əldə etdiyi nailiyyətlər bizim birgə əməkdaşlığımızın və ortaq məqsədlərə sadiqliyimizin əhəmiyyətini bir daha nümayiş etdirir".
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 23 Aprel 2025 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















