Küçədə piyadaya qarşı quldurluq edən şəxslərə 8 il HƏBS CƏZASI
Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ali Məhkəmədə vətəndaşa qarşı quldurluq etməkdə təqsirləndirilən Mirzə Hüseynov və Fərid Belayevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 18 aprel 2023-cü il tarixdə saat 01 radələrində paytaxt ərazisində qeydə alınıb. Belə ki, Mirzə Hüseynov və Fərid Belayev küçə ilə piyada hərəkət edən zərərçəkmiş Turan Məmmədovu yanlarına çağırıb ondan üzərində olan pulları verməsini tələb edib. Sonra onlar zərərçəkmişə bıçaqla xəsarət yetirərək onun mobil telefonunu quldurluq yolu ilə ələ keçiriblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib.
Kamal Məmmədov


