Icma.az
close
up
RU
Qanı təmizləyən qidalar açıqlandı

Qanı təmizləyən qidalar açıqlandı

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qan orqanizmdə təbii yolla – qaraciyər, böyrəklər və limfa sistemi vasitəsilə təmizlənir. Amma bəzi qidalar bu orqanların sağlam qalmasına kömək edir.

BAKU.WS xəbər verir ki, bu barədə "Lenta.ru"ya bioloq İrina Lyalina məlumat verib.

Bioloqun sözlərinə görə, orqanizmin toksinlərdən təmizlənməsinə kömək edən qidaların başında tərəvəzlər və göyərtilər gəlir. Məsələn, çuğundur qaraciyərin fəaliyyətini dəstəkləyir və qan artımına kömək edir. Brokoli və digər kələmlər qaraciyərdə zərərli maddələri parçalamağa kömək edən fermentlərin ifrazını artırır. Ispanaq və digər yarpaqlı göyərtilər xlorofil baxımından zəngindir. Xlorofil isə toksinlərin bağlanaraq bədəndən çıxarılmasına kömək edir. Sarımsaq da faydalıdır – tərkibindəki kükürd qaraciyər və immun sisteminə dəstək verir.

Lyalina bildirib ki, alma, qara qarağat, moruq və limon orqanizm üçün faydalıdır. Pektin bağırsaqda toksinlərin tutulmasına kömək edir. Antioksidantlar isə damarların vəziyyətini yaxşılaşdırır və hüceyrələri oksidləşmədən qoruyur.

Taxıllı qidaların da bədənə faydası var. Məsələn, yulaf (xüsusilə yulaf kiselində) mədə-bağırsaq sistemini yumşaq şəkildə təmizləyir və qaraciyərin yükünü azaldır. Kətan toxumu isə həm omeqa-3, həm də lif baxımından zəngindir və toksinlərin çıxarılmasına kömək edir.

Mütəxəssis əlavə edib ki, digər faydalı məhsullara zərdəçal, zəncəfil və yaşıl çay da daxildir. Zərdəçal antioksidant kimi öd ifrazını artırır. Zəncəfil qan dövranını və həzmi yaxşılaşdırır. Yaşıl çayın tərkibindəki katexinlər isə qaraciyəri qoruyur.

Təmiz su da qan və orqanizm üçün çox vacibdir. Lyalinanın sözlərinə görə, böyrəklərin toksinləri bədəndən çıxarması üçün su əsas şərtdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://baku.ws
archiveBu xəbər 13 İyun 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri